“BNF İcazə”lərinin vaxtı uzadılıb
Bakı, 14 noyabr, AZƏRTAC
“Beynəlxalq Nəqliyyat Forumunun İcazələri” (BNF) üzrə sənəd qəbulu daha 15 gün uzadılıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) AZƏRTAC-a bildirilib ki, sənədlərin yoxlanılması və “BNF İcazələri”nin bölgüsü daşıyıcıların iştirakı ilə komissiya tərəfindən həyata keçiriləcək.
2024-cü il üzrə “BNF İcazələri”nin bölgüsündə iştirak etmək istəyən daşıyıcılar aşağıda qeyd edilən sənədləri dekabrın 1-dək ABADA-nın sənəd qəbulu mərkəzinə təqdim etməlidirlər. Operator tərəfindən yazılan ərizəyə aşağıdakı sənədlər əlavə olunur.
Qeyd edək ki, şirkətə, avtonəqliyyat vasitələrinə, sürücüyə dair sənədlər tələb olunur. Əlavə olunub ki, “BNF İcazələri”nin bölgüsündə “Buraxılış vəsiqəsi” olan hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Bundan başqa, təqdim edilən hər bir avtonəqliyyat vasitəsinin beynəlxalq daşımalara “Buraxılış kartı” olmalıdır o, cümlədən Rusiya açıq “BNF İcazələri” yalnız Avro-6 ekoloji sinfinə aid avtonəqliyyat vasitələrinə münasibətdə bölünəcək.