BMT-nin Baş katibi İsrailə müraciət edib
Bakı, 16 oktyabr, AZƏRTAC
BMT-nin Baş katibi Antonio Quterreş İsraili Qəzza zolağına humanitar yardım göstərməyə çağırıb.
AZƏRTAC qazeta.ru saytına istinadla xəbər verir ki, BMT-nin Baş katibi Antonio Quterreş İsraili Qəzza zolağına sürətli və maneəsiz humanitar girişi təmin etməyə çağırıb.
“Yaxın Şərqdə uçurumun astanasında olduğumuz bu dramatik anda iki güclü humanitar çağırış etmək BMT-nin Baş katibi kimi mənim borcumdur. İsrail humanitar yardımın, həmçinin Qəzza zolağındakı humanitar işçilərə çatdırılması üçün sürətli və maneəsiz çıxış təmin etməlidir”, - deyə Baş katib bildirib.
O, həmçinin Fələstinin HƏMAS hərəkatından girovların heç bir şərt qoyulmadan dərhal azad edilməsini istəyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.11.2026 [18:34]
Avropada təbii qazın qiyməti həftə ərzində 16 faizədək azalıb
- 06.11.2026 [18:31]
London metrosunda iş şəraiti ilə bağlı tətillər keçiriləcək
- 06.11.2026 [17:58]
Bomba təhdidi ilə əlaqədar Sofiya hava limanına iki təyyarə eniş edib
- 06.11.2026 [17:14]
Oktyabrda dünya ərzaq qiymətləri ucuzlaşıb
- 06.11.2026 [16:14]
BMT: 90 milyona yaxın köçkün insan iqlim riskləri ilə üz-üzədir
- 06.11.2026 [15:21]