BMT LİVAN ÜÇÜN 100 MİLYON DOLLAR AXTARIR
Yan Egeland jurnalistlərə demişdir ki, vəziyyəti yerindəcə müəyyənləşdirmək və sonra beynəlxalq donorları Livana ərzaq, dərman, içməli su və digər yardım göndərməyə “inandırmaq və onlara yalvarıb-yaxarmaq” üçün Britaniyanın hərbi vertolyotunda Kiprdən Beyruta yola düşəcəkdir. BMT-nin nümayəndəsi izah etmişdir: “Bu artıq ciddi böhrandır. O, yarım milyondan artıq adamı əhatə etmişdir, çünki onlar ya qaçqın, ya da köçkün olmağa məcburdurlar”. Egeland İsrailin Cənubi Livan sakinlərinə öz evlərini tərk etmək çağırışından təşvişə düşdüyünü bildirmişdir, axı, bu, köçkünlərin sayının daha da artmasına səbəb olacaqdır.
Egeland həmçinin bildirmişdir ki, Livana hava, quru və dənizlə humanitar yüklər çatdırmağın şərtlərini razılaşdırmaq üçün iyulun 25-də İsrailə yola düşəçəkdir.
BMT nümayəndəsi İsrail hərbçilərinin və “Hizbullah” yaraqlılarının humanitar yardım gətirən nəqliyyatın təhlükəsizliyini təmin etməyə söz vermələrinə nail olmağa çalışacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.11.2026 [19:55]
Tramp Çinə səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb
- 16.11.2026 [17:42]