BLEYER ÜÇÜNCÜ MÜDDƏTƏ DƏ QALMAĞA HAZIRDIR
Qəzetin fikrincə, Baş nazir öz planlarını artıq indidən, Leyboristlər Partiyasının 2004-cü il sentyabrın 26-da başlanacaq illik konfransından əvvəl açıqlasaydı, daha məqsədəuyğun olardı. Digər tərəfdən, İraqda britaniyalı girov Kennet Biqli ilə bağlı yaranmış böhran fonunda, xüsusilə də, Bleyerin onu azad etmək naminə terrorçuların tələblərinə tabe olmaq istəməməsi barədə bəyanatından sonra bu, etikadan kənar ola bilərdi.
Belə ehtimal var ki, Bleyerin yeni planları onun Böyük Britaniyanın maliyyə naziri, əvvələr Leyboristlər Partiyasından Baş nazir vəzifəsinə əsas namizəd sayılan Qordon Braunla münasibətlərini daha da kəskinləşdirəcəkdir.