Bitkilərlə müalicə üsullarından bəhs edən kitab
Bakı, 23 noyabr, AZƏRTAC
Bitki və bitki kombinasiyalarından bəhs edən “Çarəsiz qalma” kitabı çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, fitoterapevtlər Fizuli Hüseynov və Sadıx Salamovun müştərək müəllifliyi ilə işıq üzü görən kitab iki hissədən ibarətdir.
Birinci hissədə yeddi bitki - zəncəfil kökü, sarıkök, şirin biyan kökü, güldəfnə toxumu, udi hindi kökü, zəyərək (kətan) və qarazirə (çörəkotu) toxumu haqqında məlumat verilir. Kitabda həmin bitkilərin toz, çay və məcun formasında hazırlanaraq istifadəsindən bəhs edilir.
Kitabın ikinci hissəsində sadə və mürəkkəb reseptlər verilib. Orqanizmin möhkəmləndirilməsi, immunitetin daim yüksək səviyyədə olması üçün məcunların tətbiqi, hamilələrə və uşaqlara ünvanlanan məsləhətlər, müxtəlif detoks proqramları, sümük-əzələ sisteminin möhkəmləndirilməsi üçün bitki qarışıqları, daxili orqanların təmizlənməsi üçün vasitələr, faydalı mürəbbələr, bəkməzlər hazırlanması və onların tətbiqi ilə əlaqədar reseptlər öz əksini tapıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.11.2026 [11:18]
Baş prokuror Binəqədi rayonunda vətəndaşların müraciətlərini dinləyəcək
- 13.11.2026 [09:55]
Azərbaycanda göz xəstəliklərindən əziyyət çəkənlərin sayı açıqlanıb
- 13.11.2026 [09:15]
MİDA Hövsan, Binəqədi, Şirvan və Yevlaxda güzəştli mənzilləri satışa çıxarır
- 13.11.2026 [09:10]
Bu gün Beynəlxalq Gözdən Əlillər Günüdür
Azərbaycan şahmatçıları Avropa çempionatında daha iki medal qazanıblar
- 12.11.2026 [23:58]
Türkiyə millisi Belçikaya məğlub olub
- 12.11.2026 [23:36]