Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bir yazıçı ömrünün manifesti...

Bir yazıçı ömrünün manifesti...

Bu gün böyük yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 117 il ötür

Bakı, 26 aprel, AZƏRTAC

Böyük zəhməti, parlaq istedadı, ürəyində gəzdirdiyi mərhəmət və xeyirxahlıq hissi onu daim yüksəklərə səsləyirdi. Elə buna görə də onun mənalı ömrü tutduğu vəzifəsindən asılı olmayaraq mənsub olduğu millətə xidmət etməklə keçib.

XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayev həm də yüksək insani keyfiyyətləri ilə nurlu şəxsiyyətlərdən biri kimi xalqımızın yaddaşında özünə əbədiyaşarlıq qazanıb.

AZƏRTAC xəbər verir ki, bu gün görkəmli yazıçı Mir Cəlal Paşayevin anadan olmasının 117-ci ildönümü tamam olur.

Mir Cəlal Əli oğlu Paşayev 1908-ci il aprelin 26-da Cənubi Azərbaycanın Ərdəbil vilayətində yoxsul kəndli ailəsində dünyaya göz açıb. Kiçik yaşlarında atası Gəncəyə köçdüyündən uşaqlığını burada keçirib. Mir Cəlal 10 yaşında olanda atası vəfat edib və o, böyük qardaşının himayəsində yaşayıb.

Əzablı ömür qisməti dünyaya gəldiyi ilk illərdən bu oğlanı izləməyə başlasa da, Ulu Tanrının mərhəməti sayəsində Mir Cəlal Paşayev çox çətinliklərə sinə gərərək, öz yolu ilə inadla, inamla irəliləyib. O, 1918–1919-cu illərdə Xeyriyyə Cəmiyyətinin köməyi ilə ibtidai təhsil alıb və Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Gəncə Darülmüəllimliyinə daxil olub. Tələbə təşkilatının, sonra isə şəhər tələbə həmkarlar təşkilatının sədri seçilib.

Mir Cəlal Paşayev Kazan Şərq Pedaqoji İnstitutunun ədəbiyyat şöbəsində, Azərbaycan SSR Elmlər Akademiyasının aspiranturasında təhsilini davam etdirməklə yanaşı, müəllimlik edib və millətinin övladlarına xalqının ədəbiyyatını, mədəniyyətini, zəngin keçmişini mənimsədib. Bu mənada Mir Cəlal Paşayevin XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafındakı xidmətləri misilsizdir.

Yazıçı kimi 1928-ci ildə ədəbiyyata gələn Mir Cəlal, elə həmin ildə də ilk tədqiqat əsərini yazıb.

Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) sevimli müəllimi, nüfuzlu professoru kimi xatirələrdə daim yaşayan Mir Cəlal Paşayev həqiqət, düzlük, səmimiyyət aşiqi, ailəsini, övladlarını sevən, qoruyan şəxsiyyət olub. Onun bu kəlamı indi də dillər əzbəridir: “Həyatımda yaratdığım ən böyük əsər ailəmdir”.

XX əsrin 20-30-cu illərində ədəbi aləmdə əvvəlcə şeir, sonra isə oçerk və hekayələri ilə görünən Mir Cəlal, az sonra istedadlı və orijinal yaradıcılıq üslubu olan yazıçı kimi tanınıb. Səməd Vurğun, Süleyman Rəhimov, Süleyman Rüstəm, Mehdi Hüseyn kimi görkəmli söz ustadları ilə bir dövrdə yaşayan Mir Cəlal öz yazı üslubu ilə həmkarlarından fərqlənərək Azərbaycan ədəbiyyatına yeni nəfəs gətirib. XX əsr Azərbaycan ədəbiyyatının bir sıra nailiyyətləri bilavasitə onun adı ilə bağlıdır. Mir Cəlal Paşayev ədəbi-bədii, ictimai-fəlsəfi yaradıcılığı ilə ədəbiyyatımızda əsaslı dönüş yaradan mütəfəkkir yazıçılardan biri olub. Əlli illik yaradıcılıq fəaliyyətində o, görkəmli nasir kimi Azərbaycan ədəbiyyatı tarixində öz layiqli və şərəfli yerini tutub.

Tam əminliklə deyə bilərik ki, təkcə “Bir gəncin manifesti” əsərinə görə Mir Cəlal klassik sənətkarlar sırasında dayanmaq haqqını qazanıb. Bu əsər çapdan çıxanda onun heç 30 yaşı yox idi. 1928-ci ildə mətbuatda ilk şeirləri (“Dənizin cinayəti”, “Ananın vəsiyyəti”, “Müxbir”) çap olunub. Lakin o, bundan sonra, daha doğrusu, 1930–cu ildən etibarən hekayələr yazıb. O dövrün “Şərq qadını”, “Gənc işçi”, ”İnqilab və mədəniyyət”, “Ədəbiyyat qəzeti” kimi nüfuzlu nəşrlərində “Doktor Cinayətov”, “İfşa”, “Mərkəz adamı”, “Naxələf”, “Bostan oğrusu”, “Qüdrət nümayişi”, “İstifadə”, “Dəzgah qızı”, “Heyrət” və digər hekayələrini çap etdirib. 1932-ci ildə “Sağlam yollarda”, 1935-ci ildə “Boy” adlı ilk oçerklər və novellalar kitabları işıq üzü görüb.

Sözün gücünə güvənib, onun böyüklüyünə baş əyən bu sənətkarın yaradıcılıq dünyası ilə tanışlıqdan sonra belə qənaətə gəlmək olur ki, həyati məsələləri, milli folklorun, xalq təfəkkürünün işığını, milli mənəvi dəyərlərin klassik ənənələrə uyğun inkişafını və bu istiqamətdə yaranan problemləri, xalq həyatının real görüntüsünü nəsr dilində aydın, qabarıq şəkildə vermək mümkündür. Necə ki, Sabiri oxuyanda şeirin, Mirzə Cəlili oxuyanda satira və yumorun gücünü duyursan, Mir Cəlal hekayələrini oxuyanda da eyni hissləri keçirirsən.

Yazıçının ilk irihəcmli əsəri - “Dirilən adam” romanı 1935-ci ildə ayrıca kitab kimi nəşr olunub. Akademik Məmməd Arif bu əsər haqqında yazıb: “Mir Cəlal “Dirilən adam”la diqqətli bir realist yazıçı olduğunu göstərmişdir”.

İlk dəfə 1937-39-cu illərdə hissə-hissə “Revolyusiya və kultura” jurnalında nəşr olunan “Bir gəncin manifesti” isə yazıçının həyatında böyük bir dönüş yaradıb, ədəbi zirvəyə aparan yoluna cığır açıb və müəllifə böyük oxucu auditoriyası qazandırıb. 1940-cı ildə “Uşaqgəncnəşr”də kitab halında kütləvi tirajla buraxılan bu əsər oxucu tələbatına görə sonrakı illərdə də çap edilib. “Bir gəncin manifesti” bu gün də könüllərə yanğı salır, qəlbləri riqqətə gətirir. Doqquz dəfə müxtəlif illərdə ayrıca kitab halında nəşr olunmuş bu əsər Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda da sevilir.

Mir Cəlalın “Dirilən adam”, “Yolumuz hayanadır” romanlarında keçmiş, “Açıq kitab”, “Yaşıdlarım”, “Təzə şəhər” romanlarında isə müasir həyat lövhələrinin bədii təsviri ustalıqla qələmə alınıb. Yazıçının “İnsanlıq fəlsəfəsi” (1961) kitabında toplanmış hekayələri böyük tərbiyəvi-əxlaqi əhəmiyyətə malikdir. “İnsanlıq fəlsəfəsi”, “Subaylıq fəlsəfəsi”, “Təzə toyun nəzakət qaydaları”, “Vicdan mühakiməsi”, “Vicdan əzabı”, “Hesab dostları”, “Təsadüf, ya zərurət”, “Qocaların uşaq söhbəti” və digər hekayələrində isə real həyat lövhələri, fəlsəfi düşüncələr əks olunub.

Qüdrətli nasirin bədii yaradıcılıq nümunələri dəfələrlə çap edilib. Onun “Seçilmiş əsərləri” (2 cilddə, 1956-57), “Seçilmiş əsərləri” (4 cilddə, 1967-68), “Seçilmiş əsərləri” (2 cilddə, 1986-87), hekayə və povestlərdən ibarət “Şəfəqdən qalxanlar” (1972), “Dağlar dilə gəldi” (1978), “Ləyaqət”, hekayələrdən ibarət “Bostan oğrusu” (1937), ”Gözün aydın” (1939), “Vətən” (1944), “Həyat hekayələri” (1945), “Sadə hekayələr” (1955), “Xatirə hekayələri” (1962), “Gülbəsləyən qız” (1965), “Silah qardaşları” (1974) və digər kitabları bu qəbildəndir. Ümumiyyətlə, indiyədək yazıçının 70-dən çox kitabı işıq üzü görüb.

XX əsrin ədəbi-elmi fikrinin korifeylərindən olan Mir Cəlal Paşayev çağdaş Azərbaycan tarixində ədəbiyyatşünas-nəzəriyyəçi alim kimi də xüsusi yer tutub. Filologiya fakültəsi tələbələrinin birinci kursda istifadə etdikləri “Ədəbiyyatşünaslığın əsasları” dərsliyi sonralar da mütəxəssislərin stolüstü kitabı olub. Böyük pedaqoq 1936–cı ildən ömrünün sonunadək dərs dediyi universitetin auditoriyalarında bu fəndən mühazirələr oxuyub.

Mir Cəlal Paşayev 1940-cı ildə “Füzulinin poetik xüsusiyyətləri” dissertasiyasına görə filologiya elmləri namizədi, 1947-ci ildə isə “Azərbaycanda ədəbi məktəblər” əsərinə görə filologiya elmləri doktoru elmi dərəcələrini alıb. Füzuli poeziyasını dərindən duyan, klassik ədəbiyyata qəlbən bağlı olan görkəmli alim 1958-ci ildə bu mövzuya yenidən müraciət edərək “Füzuli sənətkarlığı” adlı monoqrafiyasını nəşr etdirib. Professor Qara Namazov bu monoqrafiyanı Füzuli ədəbi irsinin öyrənilməsində, mənimsənilməsində və dərk edilməsində elmi açar kimi dəyərləndirir. Təsadüfi deyil ki, əsər 1994-cü ildə yenidən işıq üzü görüb.

“Azərbaycanda ədəbi məktəblər (1905-1917)” əsərində isə Mir Cəlal Paşayev XX əsrin əvvəllərində inqilabi-demokratik meyllərlə əlaqədar baş verən ictimai-siyasi hadisələr kontekstində Azərbaycanda realizm, romantizm ədəbi məktəbləri, maarifçi-didaktik yazıçılar və xırda məişət dramları haqqında müfəssəl tədqiqatlar aparıb, əhatəli elmi nəticələr çıxarıb.

Ədəbiyyatşünas alimin tanınmış tədqiqatçı Firudin Hüseynov ilə birgə yazdığı “XX əsr Azərbaycan ədəbiyyatı” əsəri 40 ilə yaxındır ki, ali məktəblərdə dərslik kimi istifadə olunur. Bu dərslikdə XX əsrin böyük ədəbi şəxsiyyətləri, onların yaradıcılığı, ədəbi mühitə gətirdikləri yeniliklər haqqında əhatəli elmi fikirlər tam dolğunluğu ilə əksini tapıb.

Mir Cəlal Paşayev böyük şəxsiyyətlərin həyat və yaradıcılıqlarını, dövrün ictimai-siyasi, ədəbi-mədəni mühitini öyrənməklə, tədqiq etməklə özü də zirvələrə ucalıb, əsl şəxsiyyət kimi müdrikləşib.

Əməkdar Elm Xadimi Mir Cəlal Paşayevin XX əsr ədəbiyyatında, ədəbiyyatşünaslıq tarixində açdığı cığır çağdaş təfəkkürümüzün də əsas sütunu olaraq qalacaq.

1978-ci il sentyabrın 28-də əbədiyyətə qovuşmuş, böyük şəxsiyyət kimi tarixləşmiş, gözəl müəllim, görkəmli yazıçı, istedadlı ədəbiyyatşünas Mir Cəlal Paşayevin xatirəsi daim qəlblərdə yaşayacaq, ədəbiyyatımızın, ədəbiyyatşünaslığımızın əbədi mövzusu olaraq qalacaq.

Müdriklər deyiblər ki, kamil insan, alim, yazıçı dünyanı təkcə izah etmir, eyni zamanda, onu dəyişdirir, insanların şüuruna, baxışlarına təsir edə bilir. Bu mənada Mir Cəlal Paşayevin çoxşaxəli yaradıcılığı nəinki müasirlərinə, həm də özündən sonra gələn nəsillərə örnəkdir.

Mir Cəlal bütün yaradıcılığı boyu oxucuları ilə həmişə səmimi söhbət aparıb. Elə buna görə də görkəmli ədibin həyat və yaradıcılığı bu gün nəinki Azərbaycanda, onun sərhədlərindən kənarda da geniş şəkildə öyrənilir və əsərləri müxtəlif dillərdə nəşr edilərək maraqla oxunur.

Azərbaycan Respublikası Prezidentinin “UNESCO-nun 2008-2009-cu illərdə görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin qeyd edilməsi proqramına Azərbaycanla bağlı daxil olmuş yubileylərin keçirilməsi haqqında” 2008-ci il 31 yanvar tarixli Sərəncamına əsasən, yazıçı Mir Cəlal Paşayevin yubiley mərasimi təntənə ilə qeyd edilib. Parisdə, UNESCO-nun iqamətgahında XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, alim, pedaqoq Mir Cəlal Paşayevin 100 illiyinə həsr olunmuş mərasim keçirilib. Bu həm də Azərbaycan elminə, mədəniyyətinə və ədəbiyyatına dünya miqyasında verilən dəyərin təzahürüdür.

Xatırladaq ki, 2014-cü ildə böyük ədibin “Seçilmiş əsərləri”nin (5 cilddə) təqdimatı olub. “Adiloğlu” nəşriyyatında nəfis şəkildə çapdan çıxmış beşcildliyin tərtibçiləri M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının rektoru, professor Nərgiz Paşayeva və filologiya elmləri doktoru, professor Təhsin Mütəllimov, redaktoru Şəmsəddin Axundov, rəssamı isə Nüsrət Süleymanoğludur. Uzun illərdən sonra ədibin əsərlərinin ardıcıllıqla, vahid toplu halında işıq üzü görməsi əslində ədəbi hadisədir.

İllər ötdükcə Mir Cəlal Paşayevin təkcə elmi irsi tədqiq edilmir, onun həm də xeyirxahlığı, böyük və əlçatmaz müəllimliyi, bəşəriliyi heyranlıqla qarşılanır və sevilə-sevilə qəlblərdə özünə abidə qurur. Ədibin bu zirvədəki yeri daim qalacaq və onun mərhəmət sevgisi dünya durduqca yaşayacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ali Məhkəmə özünüməşğulluq proqramı ilə verilmiş əmlakın geri qaytarılması qaydasına aydınlıq gətirib

Dakar-2026: Azərbaycan komandasının son təmsilçisi bu gün yarışacaq

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Azərbaycanda göz xəstəliklərindən əziyyət çəkənlərin sayı açıqlanıb

Azərbaycan nefti 99 dollara satılır

Ağsuda avtomobilin vurduğu piyada ölüb

Ağstafada iki avtomobil toqquşub, xəsarət alanlar var

MİDA Hövsan, Binəqədi, Şirvan və Yevlaxda güzəştli mənzilləri satışa çıxarıb

Bu gün Beynəlxalq Gözdən Əlillər Günüdür

“Google” və “Samsung” süni intellektlə işləyən “ağıllı eynəklər” təqdim edəcəklər

Hazırda Bakıda bir neçə istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

SEPAH Bəhreyndə ABŞ-yə məxsus radar sistemini məhv etdiyini açıqlayıb

Arktikada buz örtüyünün azalması Avropada yay quraqlıqlarından xəbər verə bilər - Tədqiqat

“Bloomberg”: “SpaceX” və “Tesla” şirkətləri dekabrda birləşə bilər

Papua-Yeni Qvineya sahillərində güclü zəlzələ baş verib

Kuşner: Avropanın iştirakı olmadan Ukrayna ilə bağlı razılığa gəlmək mümkün deyil

Böyük Britaniya miqrantların keçmiş hərbi bazada yerləşdirilməsi planını təsdiqləyib

Vitkoff: Ukrayna ilə bağlı daha bir görüş planlaşdırırıq

İtaliya UEFA Millətlər Liqasında Fransanı məğlub edib

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

Tramp: İrana qarşı hərbi gücdən istifadə etməkdə tərəddüd etməyəcəyəm

Afinada Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu ilə bağlı dəyirmi masa təşkil edilib

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib  YENİLƏNİB VİDEO

İsveçrə Prezidenti: “Avropa Siyasi Birliyi”nin növbəti sammiti Sürixdə keçiriləcək

Türkiyə Prezidenti: Qlobal orta temperatur artımını 1,5°C ilə məhdudlaşdırmaq hədəfinə nail olaq

Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb VİDEO

Tramp prezidentlik müddəti başa çatana qədər Kuba məsələsini həll etmək istədiyini bildirib

Fariz Əhmədov: “Sükut içində addımlar” filmi Qarabağın minalardan təmizlənməsində iştirak edən qadınların gündəlik həyatını əks etdirir

Bakı Media Mərkəzinin “Sükut içində addımlar” filminin təqdimatı olub

Prezident İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub VİDEO

Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşü olub VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşüb VİDEO

Dakar-2026: Azərbaycan komandası medal sıralamasında bir pillə irəliləyib

Nyu-Yorkda binanın uçması nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb

Azərbaycan şahmatçıları Avropa çempionatında daha iki medal qazanıblar

CECECO COP31 çərçivəsində təmiz enerji və dayanıqlı inkişaf üzrə müzakirə aparıb

Maltanın Baş naziri: Süni intellekt, enerji əlçatanlığı və bağlantı əsas müzakirə mövzularımız olub

Türkiyə millisi Belçikaya məğlub olub

İrlandiyalı nazir: Ukrayna müharibəsi Aİ-nin iqtisadiyyatına mənfi təsir göstərir

Şimali Makedoniya Prezidenti: “Avropa Siyasi Birliyi”nin sammitinin 2028-ci ildə Azərbaycanda keçirilməsi etimad göstəricisidir

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

Azərbaycan nümayəndə heyəti Həştərxanda Heydər Əliyev adına 11 nömrəli məktəbi ziyarət edib

Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Toral Bayramov: Sabah qələbə qazanaraq xalqımızı sevindirmək istəyirik

Ukrayna mediası Azərbaycan və Ukrayna prezidentlərinin görüşünə geniş yer ayırıb

Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub VİDEO

Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub VİDEO

Mateuş Çuxnovski: “Sükut içində addımlar” filmi uzun zaman və böyük zəhmət tələb edən layihədir

İsmayıl İman: "Sükut içində addımlar" filminin çox vacib mövzusu və qeyri-adi hekayələri var

Qaradağ rayonunda Konstitusiya Günü ilə bağlı dəyirmi masa keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Ermənistanın Baş naziri ilə görüşü olub YENİLƏNİB VİDEO

Türkiyədə helikopter qəzaya uğrayıb, 4 hərbçi şəhid olub

COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub

Azərbaycanın gənc gimnastı dünya çempionatında gümüş medal qazanıb

ABŞ Prezidentinin nümayəndələri Moskvadan Dublinə uçublar

Vüqar Süleymanov: Mina hadisələrinin təxminən 60 faizi keçmiş təmas xəttindən içəridə baş verib

"Azərbaycançılıq ideyası: media fəaliyyəti və yeni dövrün çağırışları” mövzusunda Dəyirmi masa

Dövlət idarəçiliyində süni intellektin tətbiqi imkanlarına dair təlim keçirilib

Yaradıcılıq gecəsi: “Laçından keçən ulduzlar”

Azərbaycan və Tacikistan ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparıb

Süni intellekt yazıçını əvəz edə bilərmi? VİDEO

Bu saata olan əsas xəbərlər

Azərbaycan və Dünya Bankı əməkdaşlığın prioritet istiqamətlərini müzakirə edib

Tramp Meksikanı gömrük rüsumlarını ikiqat artırmaqla hədələyib

Göyçay narı niyə bahadır? Fermerdən bazara qədər qiymət fərqi - REPORTAJ

Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb VİDEO

Bünövrə rolunu oynayan Konstitusiyamız hüquqi dövlətin Azərbaycan modelini formalaşdırdı - ŞƏRH

Qazaxıstanda xərçəngə qarşı ilk yerli dərman preparatı gələn il bazara çıxarıla bilər

Böyük Britaniyada jurnalistlərə qarşı hücum planlaşdıran iki İran vətəndaşı təqsirli bilinib

COP31 çərçivəsində Azərbaycan ilə Qırğızıstan arasında ətraf mühit məsələləri barədə müzakirələr aparılıb

Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib

Deflimpiya Komitəsinin nümayəndəsi: Qarşıdakı yarışlarda idmançıların və medalların sayını artırmaq istəyirik VİDEO

Deflimpiya Komitəsinin nümayəndəsi: Qarşıdakı yarışlarda idmançıların və medalların sayını artırmaq istəyirik VİDEO

Nazirlik rəsmisi: Yeni subsidiya mexanizmi atçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsinə xidmət edir

12 Noyabr - Konstitusiya Günü bölgələrdə müxtəlif tədbirlərlə qeyd olunub

“Bir əsrin işığında türkologiya: irs və perspektivlər” - SDU-da beynəlxalq forum

Azərbaycan-Aİ iqtisadi əməkdaşlığında prioritet enerji ixracından geniş iqtisadi tərəfdaşlığa keçid olmalıdır – ŞƏRH

London Brüssellə yeni razılaşmalar əldə etməyə çalışır

Azərbaycan boksçusu Avropa yığmasının heyətində döyüşəcək

Polyaklar Britaniyanı tərk edərək vətənlərinə qayıdırlar

Ədəbiyyat Muzeyində tanınmış şair Sərdar Əsəd yaradıcılığına həsr edilmiş ekspozisiyanın açılışı olub

Vaşinqtonda silahlı insident baş verib

TÜRKPA-nın gənc parlamentariləri Ankarada toplaşıblar

Kəlbəcərdə iməcilik aksiyası təşkil olunub VİDEO

Kəlbəcərdə iməcilik aksiyası təşkil olunub VİDEO

NVIDIA-nın baş direktoru Censen Huan istefa verib

Britaniya Çaqos adalarının Mavrikiyə verilməsi istiqamətində növbəti hüquqi maneəni aradan qaldırıb

Toxunaraq oxunan dünyalar: Brayl Nəşrləri İnformasiya Resurs Mərkəzindən REPORTAJ

67 ölkənin nümayəndəsi Antalyada dayanıqlı şəhərlər mövzusunu müzakirə edib VİDEO

67 ölkənin nümayəndəsi Antalyada dayanıqlı şəhərlər mövzusunu müzakirə edib VİDEO

Günay Əfəndiyeva: Mədəniyyətə ayrılan vəsait gələcək nəsillərin mədəni-intellektual inkişafına qoyulan sərmayədir

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib YENİLƏNİB VİDEO

® “Azərikard” süni intellekt və davranışəsaslı yeni həllini təqdim edib

Bu ilin 9 ayında Azərbaycana ən çox Rusiya və Türkiyədən turist gəlib

NATO-nun Baş katibi: “PURL” proqramı çərçivəsində Amerika texnikasının Ukraynaya çatdırılması davam edir VİDEO

NATO-nun Baş katibi: “PURL” proqramı çərçivəsində Amerika texnikasının Ukraynaya çatdırılması davam edir VİDEO

Qırğızıstan-Türkiyə Manas Universitetində Zəfər Gününə həsr olunan tədbir keçirilib

Bakıda "17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası" keçirilib

Azərbaycan MDB-də münaqişələrə məruz qalan ölkələr arasında suverenliyini ilk bərpa edən dövlətdir

Məktəbəqədər təhsil müəssisələrində valideynlərlə əməkdaşlıq gücləndirilir

Ağsuda fermerlər dövlət dəstəyi imkanları barədə məlumatlandırılıblar

Kreml Əbu-Dabidə Ukrayna ilə bağlı danışıqların nəticələrini açıqlayıb

Milli Məclisin daha üç komitəsinin birgə iclasında gələn ilin dövlət büdcəsi müzakirə olunub VİDEO

Milli Məclisin daha üç komitəsinin birgə iclasında gələn ilin dövlət büdcəsi müzakirə olunub VİDEO