Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Bir ömür xidmətinizdə”...

“Bir ömür xidmətinizdə”...
Səhiyyə və tibb sahəsində dövlət siyasəti:
qabaqcıl yanaşma, beynəlxalq standartların tətbiqi

 

“Təbabət insan biliklərinin və əməli fəaliyyətinin bütün başqa
sahələrindən daha artıq dərəcədə ümumbəşəri xarakter daşıyır”.
Heydər Əliyev

 

Bakı, 1 dekabr, AZƏRTAC

Səhiyyə və tibb sahəsində dövlət siyasəti. Son illər Azərbaycanda səhiyyə sektorunun inkişafı ilə bağlı islahatlar həyata keçirilir. Mühüm dövlət proqramlarının qəbul olunması, əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, vətəndaşların ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə edilməsi bu sahədə dövlət siyasətinin prioritetlərini təşkil edir. Sağlam ictimai mühitin formalaşmasında səhiyyənin rolu böyükdür. Müasir dövrümüzdə səhiyyənin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi və digər irimiqyaslı tədbirlər həyata keçirilib. Bütün bu uğurlar səhiyyənin dünya standartları üzrə inkişafına, onun dünyanın qabaqcıl ölkələrinin səhiyyə sisteminə ardıcıllıqla inteqrasiya edilməsinə zəmin yaradan amillərdir.

Ölkəmizdə səhiyyə sahəsində aparılan islahatlar, Prezident İlham Əliyevin sərəncam və tapşırıqlarına əsasən, tikilib istifadəyə verilən, yenidən qurulan tibb ocaqları Azərbaycan səhiyyəsinin inkişafının bu gün ən yüksək səviyyədə inkişaf etdiyini göstərir. Qeyd etmək olar ki, müxtəlif aspektlərdən səhiyyədə aparılan uğurlu islahatlar əhalinin sağlamlığının təminatına, onun tam şəkildə dünya standartları səviyyəsində qurulmasına istiqamətlənib. Ölkəmizdə müasir tibb avadanlığı və cihazlarla təchiz olunmuş 700-ə yaxın səhiyyə müəssisəsinin əhalinin istifadəsinə verilməsi insan sağlamlığına ayrılan diqqətin bariz nümunəsidir. Bu gün Azərbaycanda “Talassemiya” Mərkəzi, Milli Onkologiya Mərkəzinin Uşaq Klinikası, Respublika Uroloji Klinik Xəstəxanası, ən son texnologiyalarla təchiz olunmuş diaqnostika mərkəzləri və s. əhaliyə lazımi xidmət edir. Hər növ müasir tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş xəstəxanalar dünya standartlarına uyğunlaşdırılıb. Yeni istifadəyə verilən, təmir və bərpaolunan səhiyyə ocaqlarına dünyanın inkişaf etmiş ölkələri olan Almaniya və İsveçrə kimi ölkələrdən avadanlıqlar gətirilir. Ölkə rəhbərliyinin həyata keçirdiyi sosial siyasət nəticəsində dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitin ildən-ilə artırılması tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, ümumilikdə xidmətin səviyyəsinin yüksəlməsinə imkan yaradır.

Səhiyyə sahəsində bir sıra dövlət proqramlarının reallaşdırılmasında Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun müstəsna xidmətləri var. Belə ki, Fond diabetli, talassemiyalı xəstələrə qayğı və onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunması işinin yaxşılaşdırılmasında bir çox böyük layihələrə imza atıb.

Hazırda ölkəmizdə tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün, həmin xidmətlərə əhalinin əlçatanlığını təmin etmək məqsədilə İcbari tibbi sığortanın tətbiqi həyata keçirilir. Bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxs yaradılıb. Həmçinin icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar tibb müəssisələrinin idarə edilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi məqsədilə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxs yaradılıb. TƏBİB-in fəaliyyətinin əsas məqsədi tabeliyində olan tibb müəssisələrində tibbi xidmətlərin təşkilini təmin etməkdən və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görməkdən ibarətdir. TƏBİB, həmçinin tibb müəssisələrinin fəaliyyətini icbari tibbi sığorta sisteminin tələblərinə uyğunlaşdırır. Vətəndaşlara tibbi xidmətlər TƏBİB-in tabeliyindəki tibb müəssisələrində xidmətlər zərfi çərçivəsində göstərilir. TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində müvafiq xidmətin göstərilməsi mümkün olmadıqda vətəndaşa agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrindən birinə göndəriş vərəqəsi verilir. TƏBİB-in tabeliyində olan tibb müəssisələrində çalışan işçilərin sayı 97125 nəfərdir. Onların 16381 nəfəri həkimdir. 38949 orta tibb işçisi, 22608 kiçik tibb işçisidir. 2022-ci ildə 12440 işçi işə qəbul olunub. Tibb müəssisələrində çalışan həkim və orta tibb işçilərinin peşə hazırlığının artırılması, təcrübə mübadiləsinin təşkil edilməsi, təlim proqramlarının hazırlanması, müvafiq sahə üzrə təlimçilərin hazırlanması məqsədilə tibb müəssisələrindən ümumilikdə 2000-dən çox personal təlimlərə cəlb edilib. Ölkəmizdə səhiyyəyə ayrılan büdcə vəsaiti son 10 il ərzində 11 dəfədən çox artıb. Yoluxucu xəstəliklərlə mübarizə işində mühüm nəticələr əldə olunub. Ana və uşaq ölümünün səviyyəsi bir neçə dəfə aşağı salınıb. Belə ki, 2013-cü illə müqayisədə beş yaşadək uşaq ölümü 2234-dən 1256-ya, ana ölümü 25 nəfərdən 18-ə düşüb.

Azərbaycan səhiyyə sisteminin dayanıqlılığı, həkimlərimizin bacarığı, fədakar səyi koronavirus pandemiyası dövründə bu sahənin inkişafını bir daha təsdiqlədi. Həmin dövrdə virusun diaqnostikası və müalicəsi üçün zəruri olan laborator testlər, bəzi tibbi avadanlıqlar və ləvazimatlar ölkəyə gətirilərək testlərin aparılması üçün mühüm şərait yaradıldı. Bununla bağlı çoxsaylı laboratoriya fəaliyyətə başladı. Azərbaycan 80-dən çox xarici ölkəyə maliyyə və humanitar yardım göstərdi, həmçinin beynəlxalq təşkilatlara, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində könüllü ianə verdi. Ölkəyə ən etibarlı vaksinlər gətirildi və 14 milyona yaxın peyvənd istifadə edildi.

Səhiyyə və tibb sahəsində qabaqcıl yanaşma. Azərbaycan səhiyyəsinin bugünkü inkişafı təkcə ölkə daxilində deyil, beynəlxalq aləmdə də qəbul edilir. Ölkəmiz 2005-ci ildən etibarən ardıcıl olaraq Ümumdünya Səhiyyə Təşkilatının və onun Avropa Regional Bürosunun rəhbər orqanlarında təmsil olunur. Səhiyyənin ən aktual problemləri üzrə qəbul edilmiş dövlət proqramlarının icrası əhalinin sağlamlığının mühafizəsi ilə əlaqədar çox mühüm vəzifələri uğurla yerinə yetirməyə imkan yaradır. Səhiyyə sistemində islahatların davam etdirilməsi, ölkə əhalisinin keyfiyyətli və əlverişli şərtlərlə tibbi xidmətlə təmin olunması “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında xüsusi yer tutur: "Konsepsiyada səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni tibb müəssisələrinin tikintisi, əsaslı təmiri və yenidən qurulması, onların ən müasir tibb avadanlıqları ilə təchiz edilməsi, səhiyyə islahatlarının planlı şəkildə davam etdirilməsi nəzərdə tutulub. Bundan əlavə, dövlət tərəfindən sosial xəstəliklərlə (diabet, hemofiliya, talassemiya, hemodializ, onkoloji xəstəliklər, immunoprofilaktika, vərəm, QİÇS və s.) mübarizə sanitariya maarifi işi, narkomaniya və alkoqolizmlə mübarizə üzrə müxtəlif dövlət proqramları vasitəsilə həyata keçiriləcək. Azərbaycanda əhalinin sağlamlığının qorunmasına və səhiyyə xidmətlərinin dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə çatdırılmasına yönələn dövlət siyasəti ölkənin uzunmüddətli inkişaf strategiyasının mühüm elementlərindən biridir. Belə ki, sağlam insan və güclü səhiyyə uzunmüddətli, dayanıqlı inkişafı təmin etmək üçün insan resurslarına nail olmağa imkan verir.

Yeni normativlərin yer aldığı bir zamanda tibb müəssisələri dünya standartlarına uyğun şəkildə qurulub. Azərbaycan səhiyyəsi qabaqcıl dövlətlərin səhiyyə sisteminə inteqrasiya olunur. Bu məqsədə çatmaq üçün önəmli və mühüm amillərdən biri ölkəmizdə istifadə olunan həkim ixtisaslarının Avropanın və Amerikanın inkişaf etmiş ölkələrində qəbul olunmuş reyestrə maksimal uyğunlaşdırılmasıdır. Hazırda tibbi xidmətin yaxşılaşdırılması üçün Avropa standartlarına cavab verən xəstəxanalarımız fəaliyyətdədir. Qeyd etmək olar ki, dünyada olduğu kimi, Azərbaycanda da idarəetmə bacarığı əsas məsələlərdən biri olaraq diqqətdədir. İnkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da yüksək səviyyəli ambulator tibbi xidmət göstərilir. Xəstələr müayinə və müalicə üçün ancaq müasir avadanlıqları olan xəstəxanalara üz tuturlar. Son dövrlər səhiyyə sahəsində çox böyük uğurlar əldə olunub. Dövlətimizin başçısının bu istiqamətdə lazımi dəstək göstərməsi səhiyyə sahəsində mövcud olan bütün problemlərin həlli üçün geniş imkanlar açıb. Onun səhiyyənin inkişafı ilə bağlı imzaladığı hər bir sərəncamı səhiyyə sahəsinə xüsusi diqqət və qayğısının bariz nümunəsidir.

Səhiyyə və tibb sahəsində standartların tətbiqi. Keyfiyyətli tibbi yardım bir tərəfdən köhnəlikdən yaxa qurtarmağı, dünyanın artıq çoxdan imtina etdiyi müalicə üsullarından əl çəkərək, innovasiyalara yol açmağı, digər tərəfdən isə düşünülmüş addımlar atmağı, tam tədqiq edilməmiş və sübut olunmamış hər hansı yeniliyin tətbiqindən çəkinməyi nəzərdə tutur. Standartlar tibbi yardım göstərilməsi sahəsində qaydaları müəyyən edən bir vasitədir. Səhiyyə sisteminin fəaliyyətinin planlaşdırılması və maliyyələşdirilməsi, dövlət, səhiyyə sistemi və pasiyentlər arasında əlaqələr məhz bu əsas üzərində qurulmalıdır. Deyə bilərik ki, bu bütün dünyada qəbul edilmiş və tibbi yardım göstərilməsi sahəsində şəxsi dəyərləndirmə, subyektiv fikirlər və özbaşınalıqdan normativ tənzimlənməyə keçidi təmin edən bir yanaşmadır.

Tibbi standartların tətbiqinin əsas məqsədi ölkə əhalisinə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsidir. Yəni ölkənin istənilən nöqtəsində dövlət və ya özəl tibb müəssisəsinə müraciət etmiş vətəndaş zəmanətli şəkildə keyfiyyətli tibbi xidmətlə təmin olunmalıdır. Digər tərəfdən isə bu standartlar lüzumsuz olaraq təyin edilən diaqnostik proseduralar və dərman vasitələrinin həcmini minimuma endirməli, səhiyyəyə sərf edilən vəsaitlərin daha effektiv və səmərəli şəkildə istifadəsini təmin etməlidir.

Vətəndaşların sağlamlığına göstərilən qayğı ölkəmizin həm bugünkü, həm də gələcək nəsillərinin sağlamlığının təminatıdır. Bu sahədə görülən işlər və uğurlar həm də ondan xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi sosial siyasət və bütövlükdə Ulu Öndərin ideyaları layiqincə davam etdirilir.

 

Material Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurasının “Bir ömür xidmətinizdə”... mövzusundakı birgə müsabiqəsinə təqdim edilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ və Çin Rusiya ilə üçtərəfli danışıqların keçirilməsini vacib hesab edirlər

Litvada enerji şirkətlərinin fövqəladə mənfəətinə vergi tətbiq ediləcək

Kiyev ballistik raketlərlə vurulub

WSJ: Tramp Vensin İranla dialoqu bərpa etmək cəhdlərinə etiraz etməyib

“Fox News”: Ağ Ev nazirlərin ictimai bəyanatlarına nəzarəti yumşaldacaq

Rusiyada hasil edilən nadir mavi almazın bir karatının qiyməti 1 milyon dolları ötə bilər

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər

Aİ-nin gömrük rüsumu Macarıstan istehlakçılarını Asiya onlayn mağazalarından uzaqlaşdırır

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım edilib

Fikrət Sadıxovun “Diplomat olmaq asandırmı?” kitabı işıq üzü görüb

ABŞ Rusiyadan Avropa ilə təhlükəsizlik sazişinə dair yeni təklif istəyib

Ermənistan borcunu ödədikdən sonra KTMT-də tamhüquqlu iştirakını bərpa edə bilər

Şavkat Mirziyoyev: Özbəkistan iqlim dəyişmələri ilə mübarizə səylərinə qətiyyətlə sadiqdir

Azərbaycan şahmatçısı fenomenal nəticə ilə Avropa çempionu olub

Almaniya hökuməti strateji qaz ehtiyatının yaradılması barədə qərar qəbul edib

Dmitri Nataluxa: Ukrayna yeni aktivlərin əldə edilməsi ilə bağlı Azərbaycanın biznes nümayəndələri ilə danışıqlar aparır - EKSKLÜZİV VİDEO

Dmitri Nataluxa: Ukrayna yeni aktivlərin əldə edilməsi ilə bağlı Azərbaycanın biznes nümayəndələri ilə danışıqlar aparır - EKSKLÜZİV VİDEO

Xudatda avtomobil yanaraq yararsız hala düşüb

Tallində “Ad günü şamları” sənədli filminin dünya premyerası olub

Medina Tuqanova: Türkiyəli dinləyicilər Azərbaycan musiqisini çox sevirlər

Azərbaycanın Niderlanddakı səfiri etimadnaməsini Kral Villem-Aleksanderə təqdim edib

Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib

Dövlət Komitəsi: İrəvan Göy məscidinin mərasim zalına erməni şairin adının verilməsi sülh səylərinə qarşı təxribatdır

Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası

Bu saata olan əsas xəbərlər

UNEC-in yeni rəsmi saytı təqdim olunub

Əfsanə Mehdiyeva RAGB-nin gələcəyi və gənclər diplomatiyası haqqında

KTMT sammitində Ermənistanın səsvermə hüququndan məhrum edilməsi barədə qərar qəbul olunub

G7 ölkələri süni intellekt texnologiyalarının təhlükəsizliyinin vacibliyini vurğulayıb

Bir gözü yolda, bir gözü ekranda... VİDEO

Bir gözü yolda, bir gözü ekranda... VİDEO

GAİM-in gənc güləşçiləri beynəlxalq arenada uğur qazanıblar

Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

Media və Yayım Şurasının təşəbbüsü ilə növbəti təlim proqramına başlanılıb

Həmyerlimiz İsveçdə komitə sədrinin birinci müavini vəzifəsinə təyin olunub

Qobustanın Təklə kəndi ərazisində mindən çox şam ağacı əkilib

İrəvan Göy məscidində keçirilən tədbir Azərbaycan müsəlmanları tərəfindən qınanılıb

Krakovdakı faciə ilə əlaqədar Azərbaycan Hökuməti adından Polşaya başsağlığı verilib

Ştutqart Azərbaycan Evində Zəfər Gününə həsr olunan tədbir keçirilib

Mozaik dünyasının rəngləri: Oqtay Şıxəliyevin 95 illiyinə həsr olunmuş sərgi VİDEO

Mozaik dünyasının rəngləri: Oqtay Şıxəliyevin 95 illiyinə həsr olunmuş sərgi VİDEO

Qərbi Azərbaycana həsr olunmuş kitabın özbək dilində nəşri təqdim edilib

“Google”, “Meta” və “TikTok” İndoneziyada hökumətin təklif etdiyi yeni müəlliflik hüququ qanununa etiraz edir

44 gündə qazanılan Zəfərin arxasında onilliklərin zəhməti və güclü iradə dayanır - ŞƏRH

Prezident İlham Əliyevin sosial media hesablarında COP31-in Liderlər Sammiti ilə bağlı videoçarx paylaşılıb VİDEO

Milli Məclis komitələrinin birgə iclasında 2027-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinə baxılıb

BŞTİ-nin tabeliyindəki bağçalarda valideyn konfranslarına başlanılıb

Azərbaycan və Böyük Britaniya təqvimlərinin müqayisəli təhlili: Kelt ənənələrindən Novruza qədər

Küveytdə KƏŞ-ə üzv dövlətlərin vahid hərbi komandanlığının qərargahı yaradılacaq

Sadır Japarov namizədliyini dəstəkləmək üçün 60 min seçici imzası toplayıb

Bakı Dəniz Limanında konteyner aşırmaları 31 faiz artıb

Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb VİDEO

Edinburqdan Oksforda, oradan Sauthemptona: azərbaycanlı gənc tədqiqatçının elm yolu - MÜSAHİBƏ

OPEC qlobal neft tələbatının artımına dair proqnozlarını dəyişməyib

Oktyabrda OPEC-in sutkalıq neft hasilatı 2 milyon barelədək artıb

Saymon Stil: COP31-də genişmiqyaslı tədbirlər barədə razılığa gəlmək imkanımız var

Daha iki məsələ Milli Məclisin plenar iclasına tövsiyə edilib VİDEO

Daha iki məsələ Milli Məclisin plenar iclasına tövsiyə edilib VİDEO

Azərbaycan cüdoçusu Bakıda Avropa çempionu olub VİDEO

Azərbaycan cüdoçusu Bakıda Avropa çempionu olub VİDEO

Prezident İlham Əliyevin Xankəndi müraciəti: Zəfərdən yeni strateji hədəflərə - TƏHLİL

Mədəniyyət Nazirliyi qrant müsabiqəsi elan edib

“Qızların Təhsilinə Dəstək” layihəsi çərçivəsində bir qrup tələbə təltif edilib

Professor: Sahibkarlar dövlət dəstəyinin müqabilində ölkənin iqtisadi və intellektual inkişafına töhfə verməlidirlər

Baş katib: Avropa çempionatı eşitmə məhdudiyyətli cüdoçularımız üçün böyük həyəcan və məsuliyyət deməkdir VİDEO

Baş katib: Avropa çempionatı eşitmə məhdudiyyətli cüdoçularımız üçün böyük həyəcan və məsuliyyət deməkdir VİDEO

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans təşkil edilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər YENİLƏNİB-2 VİDEO

Səfir: Azərbaycan-Ukrayna dostluq münasibətləri bu gün yeni məzmun kəsb edir

Bazarlarda ərzaq məhsullarının təhlükəsizliyinə necə əmin ola bilərik?

“Azparking” adından istifadə edilməklə vətəndaşlara qarşı fişinq hücumları həyata keçirilir

Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib

Moskvada “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb

COP31-də Qarabağ Dirçəliş Fondunun sifarişi ilə çəkilən “Ölümcül miras” sənədli filmi nümayiş olunub

Azərbaycan və Qana kənd təsərrüfatı sahəsində qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsini nəzərdən keçirib

Müəllim: Kamançanın tədrisində milli ifaçılıq ənənələri qorunmalıdır

Fondu zərərdə olsa da “Arini”nin qurucusu Londonda 40 milyon funt sterlinqə malikanə almağa razılaşıb

Azərbaycan və Gürcüstanın regionları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Rumıniya nəqliyyatçıları Azərbaycan üzərindən keçən Orta Dəhlizin genişləndirilməsində yeni imkanlar görürlər

Məktəblər üçün 146-4 texniki dəstək xətti fəaliyyətə başlayıb

Qida təhlükəsizliyi sahəsində məsafədən təlimlərə start verilib

Azərbaycan Honkonqun nüfuzlu universitetləri ilə akademik əlaqələri gücləndirir

AzMİ Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin layihəsində iştirak imkanı əldə edib

Ekspert: ABŞ-dəki aralıq seçkilərdən sonra Tramp-Kim sammitinin baştutma ehtimalı artır

Rusiya ilə Ukrayna arasında hərbi əsirlərin mübadiləsi üzrə razılıq əldə edilib

Prezident Ərdoğan COP31-də bütün dünyaya qətiyyətli mövqe nümayiş etdirməyə çağırıb

İngiltərə Bankının keçmiş baş iqtisadçısı: Britaniya iqtisadiyyatı ciddi böhranla üzləşə bilər

Milli Kitabxanada “Xalq şairi Balaş Azəroğlu – 105” adlı ənənəvi kitab sərgisi açılıb

Heydər Əliyev Fondu COP31 çərçivəsində pavilyonla təmsil olunur

AYNA 35 avtobus marşrutu üzrə müsabiqə elan edib

Azərbaycan Əqli mülkiyyət və süni intellekt üzrə Qlobal Forumda təmsil olunub

Neft bazarında qeyri-müəyyənlik davam edir

Milli Kibertəhlükəsizlik Agentliyi: Dövlət Yol Polisinin adından fişinq hücumları müşahidə olunur

Bakıda eşitmə qabiliyyəti məhdud cüdoçular arasında Avropa çempionatının açılışı olub VİDEO

Bakıda eşitmə qabiliyyəti məhdud cüdoçular arasında Avropa çempionatının açılışı olub VİDEO

Rəqəmsal inkişaf və nəqliyyat naziri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Azərbaycanda kiberhücum indikatorlarının sayı 3 dəfə artıb

Lüksemburq: LuxAz assosiasiyası “La Fête de bienvenue” tədbirində Azərbaycan mədəniyyətini təqdim edib

Azərbaycan 30-cu Ümumdünya İnvestisiya Konfransında təmsil olunub

İki mina partlayışından sağ çıxan istehkamçı: Uşaqlara dedim ki, niyə baxırsınız, gəlin kömək edin VİDEO

İki mina partlayışından sağ çıxan istehkamçı: Uşaqlara dedim ki, niyə baxırsınız, gəlin kömək edin VİDEO

Böyük Britaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərilib

® “Birbank Taksit” kartı ilə noyabr alış-verişlərinə əlavə 5 faiz bonus

Azərbaycan və Çin arasında təhsil sahəsində birgə təşəbbüslər nəzərdən keçirilib

Konqo müstəmləkəçilik dövründə Belçikaya aparılan insan qalıqlarının qaytarılmasını tələb edir

Bakıda Frankofon Filmlər Festivalı təşkil olunacaq

Braziliya Prezidenti: İqlim fəlakətləri ehtimalı artır