BİR ÇOX DƏRMAN BİTKİSİ YOX OLA BİLƏR
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, dərman bitkilərinin yüzlərlə növü yox olmaq təhlükəsi altındadır və bu, bir çox xəstəliklərə qarşı əczaçılıq preparatlarının yaradılmasına mane ola bilər. Bitkilərin mühafizəsi üzrə nəbatat bağlarının Beynəlxalq Şurası belə bir xəbərdarlıq etmişdir. Həkimlərin resepti ilə buraxılan dərmanların təqribən yarısının tərkibində yabanı bitkilərdən ayrılan inqrediyentlər vardır. Lakin onların vəhşicəsinə yığılması və meşələrin məhv edilməsi nəticəsində yabanı floranın bu dəyərli nümunələrinin bir çoxu yox olmaq həddindədir.
Təşkilat 120 ölkədə nəbatat bağlarını təmsil edir. Nəsli kəsilmək təhlükəsi olan 400 bitkinin siyahısını həm Şuranın özünün, həm də dünyanın aparıcı universitetlərinin 600-dən çox eksperti tərtib etmişdir. Dörd bitki ən böyük təhlükəyə məruz qalır ki, onlardan xərçəng və ürək xəstəliklərinə qarşı dərman hazırlamaq üçün komponentlər hazırlanır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]