Azərbaycan Dövlət İnformasiya Agentliyi

Biliklərə əsaslanan tərəqqi

Bakı, 25 iyul (AZƏRTAC). Son illər respublikamızda həyat sürətlə dəyişir, insanların rifahı yaxşılaşır,yeni iqtisadi və sosial layihələr həyata keçirilir, paytaxtda, bölgələrdə genişmiqyaslı tikinti-abadlıq işləri aparılır. Yeni yaranan sənaye, aqrar və xidmət müəssisələri, tikilən göydələnlər, nəhəng körpülər, rahat yollar müstəqil Azərbaycanın getdikcə artan iqtisadi qüdrətindən xəbər verir. Bütün ölkə boyu elm, təhsil, sağlamlıq, o cümlədən idman müəssisələrinin yaradılması, onların fəaliyyətinin yeni səviyyədə təşkili iqtisadi imkanların ölkənin uzunmüddətli inkişafına hədəflənməsini, dövlət siyasətinin innovativ əsasda qurulmasını və sosialyönümlü olmasını göstərir. Bu gün Azərbaycan Respublikası müasir dünyada qəbul edilmiş dövlət idarəetmə sistemlərinə uyğun milli dövlət quruculuğu istiqamətində islahatlarını uğurla davam etdirir. Azərbaycanın XXI əsrdə innovativ modernləşmə mərhələsinə keçidini, cəmiyyətin zamanın ruhuna uyğun olan yeni duruma transformasiyasını daha da sürətləndirəcək  istiqamətlər və prioritetlər müəyyənləşdirilir.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərovun “Biliklərə əsaslanan tərəqqi” sərlövhəli məqaləsində bu və digər aktual məsələlər geniş şərh olunmuşdur. AZƏRTAC məqaləni təqdim edir.
Heç şübhəsiz, bu nailiyyətlərin altında müstəqil dövlətimizin memarı, ulu öndər Heydər Əliyevin imzası durur. İstənilən dövlətin müstəqilliyinin ən mühüm zəmini onun dövlət başçılarının təfəkkürü, düşüncə tərzinin müstəqilliyidir. Eyni zamanda, hər bir xalqın milli azadlığa və dövlət müstəqilliyinə qovuşması üçün bir neçə mühüm şərt, o cümlədən tarixi şans, milli iradə və liderə malik olması vacibdir.  Bu baxımdan müstəqil Azərbaycanın ideya müəllifinin, liderinin dünya siyasi fikir tarixində öz dəst-xətti ilə seçilən ümummilli lider Heydər Əliyev olması və onun zamanında, tələb olunan şəraitdə siyasi arenada parlaması konkret Azərbaycan gerçəkliyindən çıxış edən milli müstəqillik konsepsiyasının həmişəyaşarlığı və həyatiliyinin qarantı olub. Bunun nəticəsidir ki, hazırda dünya XXI yüzillikdə tarixi inkişafın obyektiv yekunu - müasir “Azərbaycan möcüzəsinin” təntənəsinin şahididir.
Yuxarıda sadalananlar Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi xidmətlərin yalnız bir qismidir. Bütün bunlar Azərbaycanın gələcək inkişafının - XXI əsrdə inkişafının əsas meyllərini müəyyən edir. Maraqlıdır ki, ümummilli lider Heydər Əliyev XX əsrdə qazanılan müvəffəqiyyətlər əsasında XXI əsrin inkişaf meyllərini də uzaqgörənliklə göstərmişdir. Onun “Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında: yeni 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti” və ondan sonrakı başqa çıxış və nitqləri keçən əsrin tarixi salnaməsi olmaqla, həm də XXI yüzilliyin siyasi və sosial-iqtisadi inkişafının bitkin konsepsiyası və aydın proqramıdır. Heydər Əliyev həmin müraciətində deyirdi: “Sizi əmin edirəm ki, Azərbaycan dövləti indiyə qədər olduğu kimi, bundan sonra da Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin, Azərbaycan xalqının milli azadlığının keşiyində daim duracaq və bu müstəqilliyi cəsarətlə qoruyub saxlayacaqdır. İnanıram ki, müstəqil Azərbaycan Respublikası XXI əsrdə həyatın bütün sahələrində geniş inkişaf edən, çiçəklənən bir ölkə kimi böyük uğurlar qazanacaqdır”.    
 Azərbaycanın bugünkü uğurları və tərəqqi perspektivləri bu fikirləri bir daha təsdiqləyir. Hazırda ulu öndərimizin müdrik siyasi kursu onun ən layiqli siyasi varisi, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla, yaradıcılıqla davam etdirilir. Böyük sürətlə yeniləşən Bakı şəhəri və regionlarımız, xüsusi templə dəyişən və inkişaf edən Azərbaycan iqtisadiyyatı, həyata keçirilən möhtəşəm regional və qlobal əhəmiyyətli layihələr - Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və digər uğurlar məhz Heydər Əliyev siyasi kursunun davam etdirilməsinin real bəhrələri, sanballı töhfələridir.

Bu gün Azərbaycan iqtisadi artım  templərinə görə dünyada analoqu olmayan özünəməxsus bir inkişaf modeli ortaya qoymuşdur.

     Son 20 ildə ölkəmiz faktiki autsayderlərin sıralarını tərk etməklə kifayətlənməyib, üstün start imkanlarına malik ölkə imici qazanıb və artıq intensiv və ən müasir inkişaf dövrünü yaşayır. Ölkədə davamlı inkişafa yönələn dövlət siyasətinin uğurları və bu nailiyyətlərin BMT, Dünya Bankı, digər beynəlxalq inkişaf təşkilatlarının hesabatlarında qeyd olunması, bəzi hallarda isə dünya üçün innovativ xarakter daşımasının xüsusi vurğulanması deyilənləri bir daha sübut edir.     
Davamlı inkişaf bəşəriyyətin XXI əsrdə əsas prioritetidir və onun başlıca prinsipi hazırkı nəsillərin rifahını yüksək səviyyədə təmin etməklə, gələcək nəsillərin inkişaf imkanlarını məhdudlaşdırmamaqdan ibarətdir. Bu ilk növbədə təbii ehtiyatlardan, xüsusilə bərpa olunmayan təbii sərvətlərdən istifadənin səmərəliliyinin durmadan artırılmasını tələb edir. Sənayenin, kənd təsərrüfatının, xidmət sahələrinin diversifikasiyası, istehsalın və idarəetmənin optimallaşdırılması, fasiləsiz yeniləşən texnoloji tərəqqi iqtisadi və sosial stabilliyin və ümumiyyətlə, davamlı inkişafın uğurunu təmin edən ən vacib şərtlərdəndir. Azərbaycan Respublikası bu istiqamətdə inamla irəliləməkdədir. Məlum olduğu kimi, ölkədə ümumi daxili məhsul (ÜDM) surətlə artmaqdadır. 2003-cü illə müqayisədə adambaşına düşən ÜDM-in həcmi 3 dəfədən çox artmışdır. Çox önəmlidir ki, bu kəmiyyət artımı keyfiyyət artımı ilə müşayiət olunur. Eyni zamanda, son on ildə ÜDM-in hər bir vahidinin istehsalı üçün enerji sərfiyyatı sürətlə azalıb. Bu isə davamlı inkişaf və yaşıl iqtisadiyyatın ən önəmli göstəricilərindən sayılır və biliyə əsaslanan inkişafın prioritet olmasından xəbər verir. Məsələn, BMT tərəfindən təklif edilmiş və bütün dünyada qəbul olunmuş davamlı inkişaf və iqtisadiyyatın diversifikasiya səviyyəsini əks etdirən göstəricilər mövcuddur. Bu göstəricilərdən biri və ən əhəmiyyətlisi enerjinin hər bir vahidinin istifadəsi nəticəsində sənaye, kənd təsərrüfatı və xidmətlər sahəsində istehsal olunan məhsulun dəyəridir. Beynəlxalq müqayisələrin keçirilməsini təmin etmək, qabaqcıl təcrübənin yayılmasına dəstək vermək məqsədilə aparılan təhlillərdə enerji vahidi kimi bir kiloqram neftdə olan enerjinin ekvivalenti götürülür, istehsal olunan məhsul və yaxud xidmətin qiyməti isə ABŞ dolları ilə dəyərləndirilir. Bu seçimin bir səbəbi də ondadır ki, hər hansı bir vaxt kəsiyində neftin, o cümlədən onun bir barrelinin və onu təşkil edən 136  kiloqramının qiyməti bəllidir və fəaliyyətin “sərfiyyat-effekt” aspektində qiymətləndirilməsi üçün şərait yaradır. Milli iqtisadi təhlükəsizliklə yanaşı, belə yanaşma qlobal problemlərin həlli üçün də əhəmiyyətlidir. Belə ki, eyni iqtisadi nəticəni əldə etmək üçün enerjinin daha az sərfiyyatı qlobal problem olan iqlim dəyişmələrinin qarşısının alınmasının əsas yollarından biridir. Qeyd edilməlidir ki, milli və qlobal problemlərin həllinə sinergetik yanaşma, inkişafın planlaşdırılması zamanı bu iki amilin əhəmiyyətinin və maraqlarının eyni dərəcədə nəzərə alınması, bunun üçün ən optimal idarəetmə texnologiyalarının tətbiqi ölkə rəhbərliyinin həyata keçirdiyi siyasətin uğurlarındandır.        
Azərbaycan üçün enerji effektivliyi beynəlxalq təşkilatlar tərəfindən hesablanıb. Onların bu il yaydığı məlumatlar və dərc edilmiş rəsmi hesabatlara əsasən, ölkədə miqdarca hər bir kiloqram neftdəki enerjinin istifadəsi nəticəsində 2010-cu ildə dəyəri 7,6 ABŞ dolları olan məhsul istehsal edilib və yaxud xidmət göstərilib. Dünya Bankı tərəfindən həyata keçirilmiş təhlillər və onların əsasında dərc edilmiş rəsmi hesabatlar göstərir ki, Azərbaycanda bu rəqəm əksər neft və qaz ixrac edən ölkələrin göstəricilərindən daha yüksəkdir. Bu həm bizim yaxın qonşularımıza, həm də digər qitələrdə yerləşən ölkələrə aiddir. Dünya Bankının rəsmi hesabatlarına görə, bir çox ən tanınmış neft və qaz ixrac edən ölkələrdə bu rəqəm əsasən 1,9 - 4,1 ABŞ dolları təşkil edir.  Sözügedən göstəriciyə görə, ölkəmiz yalnız Norveçdən geri qalır.  Bu ölkədə hər bir kiloqram neftdə olan enerji miqdarının istifadəsi nəticəsində istehsal olunmuş məhsul və xidmətlərin dəyəri 10ABŞ dolları təşkil edir. Lakin Azərbaycan Respublikasında bu davamlı inkişaf göstəricisinin artım dinamikası Norveçdən daha sürətlidir. Belə ki, 2009-cu ildə Azərbaycanda  bu göstərici 7,0 ABŞ dollarıtəşkil edib. Deməli, bu rəqəm bir il ərzində 0,6 ABŞ dolları artmışdır. Eyni zamanda, nəzərə alınmalıdır ki, həmin beynəlxalq təşkilatların 2003-cü ilin nəticələrinə görə hazırlanmış və dərc edilmiş hesabatlarında Azərbaycan Respublikasında bu rəqəm yalnız 2,1, 2005-ci ildə isə 2,7 ABŞ dolları təşkil edirdi. Davamlı inkişafın ən vacib göstəricilərindən olan enerji effektivliyinin Azərbaycanda son on ildə müşahidə edilən artım templəri Şəkil 1-də verilmişdir. Bir daha qeyd edilməlidir ki, göstərilən rəqəmlər beynəlxalq təşkilatların rəsmi hesabatlarından götürülmüşdür.
Bu məlumatlar göstərir ki, ölkə davamlı inkişaf istiqamətində inamla irəliləməkdədir. Enerji istifadəsinin səmərəliliyi 2003-cü illə müqayisədə 2010-cu ildə 3,6 dəfə artmışdır. Göstərilən dinamikanı nəzərə alaraq tam inamla qeyd etmək olar ki, 2013-cü ildə Azərbaycanda enerji effektivliyi və davamlı inkişaf prinsiplərinin həyata keçirilməsi istiqamətində daha yüksək nailiyyətlər qazanılmışdır. Əldə edilən bu yüksək nailiyyət ölkə Prezidenti İlham Əliyevin “qara qızıl”ın insan potensialının yüksəldilməsinə yönəldilmiş konsepsiyasının və bu istiqamətdə həyata keçirilən ardıcıl uğurlu fəaliyyətin nəticəsidir.     
 
Şəkil 1. Azərbaycan Respublikasında miqdarca 1 kiloqram neftə olan enerjinin istifadəsi ilə istehsal olunmuş məhsul və xidmətlərin dəyəri, ABŞ dolları, 2003 - 2010 (mənbə: World Development Indicators & Global Developmwent Finance. World Bank/data, 2013).
Ölkədə davamlı inkişafa yönəldilmiş siyasətdən xəbər verən digər bir  göstərici qorunan ərazilərin, yəni qoruqların, milli parkların sayı  və onların ölkə ərazisinin neçə faizini təşkil etməsi ilə bağlıdır. Azərbaycanda son illər milli parkların, qoruqların sayı artıb, sahələri genişlənməkdədir. Bunun real nəticəsi olaraq, ölkədə qorunan təbii ərazilərin ümumi sahəsi 2000-ci ildə 478 min hektardan 2013-cu ildə 894 min hektara çatdırılmışdır. Bu, həm yeni qorunan ərazilərin yaradılması, həm də mövcud ətraf mühitin mühafizəsi obyektlərinin ərazilərinin genişləndirilməsi sayəsində mümkün olmuşdur. Eyni zamanda, 2003-cü ildə Azərbaycanda ilk dəfə olaraq mühafizə edilən təbii ərazilərin yeni növü olan biosfer qoruğunun  yaradılması üzrə irihəcmli layihə işlənib hazırlanmışdır. Qeyd olunmalıdır ki, dünyada, ümumiyyətlə, qorunan təbii ərazilərin azalması fonunda Azərbaycanda qoruqların, milli parkların, digər qorunan ərazilərin genişlənməsi və ölkənin 10 faizdən artıq sahəsini əhatə etməsi beynəlxalq qurumlar tərəfindən çox böyük nailiyyət kimi qəbul edilir.
Eyni zamanda, milli davamlı inkişaf proqramına əsasən ölkədəki meşə əraziləri də ilbəil artıb. Azərbaycanda meşə bərpa istiqamətində məqsədəuyğun və intensiv işlər aparılır. Hazırda ildə 10 min hektara yaxın yeni meşə massivləri salınır. Son 10 ildə meşə sahələri 63 min hektardan çox sahədə salınmışdır. Dünyada sürətli meşəsizləşmə getdiyi bir dövrdə Azərbaycan Respublikasında son on ildə meşə sahələrinin genişlənməsinə yönəldilmiş fəaliyyət davamlı inkişafın çox vacib bir amilidir. Ətraf mühitin mühafizəsi və təbii sərvətlərin səmərəli istifadəsinin təşkilində dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyətinin, ictimai birliklərin rolu böyükdür. Bu istiqamətdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış “Ətraf mühit naminə beynəlxalq dialoq” kampaniyası olduqca əhəmiyyətlidir.
Digər diqqətçəkən misal Prezident İlham Əliyevin təşəbbüsü ilə 2012-ci ildə Sosial innovasiyalar üzrə Dövlət Agentliyinin və “ASAN xidmət”in yaradılması ilə bağlıdır. Qeyd edək ki, XXI əsrin əvvəllərində onun təşəbbüsü ilə məhz Azərbaycanda insan inkişafı və davamlı gəlir əldə olunması üçün yaşayış yerinə, onun əhalisinə məxsus olan dünyada ilk insan inkişafına əsaslanan sosial müəssisələr yaradılmışdı. Hələ o zaman bu təşəbbüs və qeyri-ənənəvi qərarlar dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilmişdi. BMT-nin Baş Qərargahı (Nyu-York) tərəfindən 2005-ci ildə Azərbaycanda yaranmış həmin təşəbbüsü “innovativ ideya və fəaliyyət” kimi bütün dünyaya tanıtmışdı (http://hdr.undp.org/nhdr/impact). İndi yuxarıda qeyd olunan agentliyin yaradılması və xidmətlərlə yanaşı, onun funksiyalarından birinin bilavasitə sosial innovasiya olması haqda qərarın əhəmiyyəti təsəvvür edilməyəcək qədər böyükdür. Bu, yenə də qlobal miqyaslı innovasiyadır. Sözügedən agentliyin fəaliyyəti təkcə xidmət sahəsinə, iqtisadiyyat, sosial sahənin inkişafına təsir göstərməyəcək, həmçinin bir sıra demoqrafik problemlərin, gender problemlərinin həllinə, demokratiya və özünüidarəetmənin inkişafına, tarixi istehsal və istehlak mədəniyyətinin, əsrlərlə toplanan təcrübənin qorunması və səfərbər edilməsinə imkan yaradacaqdır.   
Tarixi baxımdan qısa bir vaxt kəsiyində əldə edilmiş yüksək nailiyyət yalnız iqtisadi diversifikasiyanın və texnoloji tərəqqinin effektiv idarə edilməsi şəraitində mümkündür. Bu isə öz növbəsində ancaq biliyə və onun daşıyıcısı olan insan potensialının inkişafına əsaslanan siyasət sayəsində reallaşa bilər. Alınmış nəticələr uzunmüddətli iqtisadi təhlükəsizlik və davamlı insan inkişafı nöqteyi-nəzərindən olduqca əhəmiyyətlidir və bu istiqamətdə dövlətin strateji baxımdan uzaq perspektivə hesablanmış siyasət gerçəkləşdirməsindən xəbər verir.
Müasir dövrdə strateji önəm daşıyan tükənməyən və daim təkmilləşən təbii sərvətlər arasında ən böyük əhəmiyyətə malik olanı və ən dəyərlisi insan potensialıdır. İnsan amili hər zaman inkişafın həlledici amili kimi çıxış edib və etməkdədir. Son zamanlar isə ölkələrin inkişafının, əhalinin həyat səviyyəsi və rifahının bilik və bacarıqlardan asılı olması insan amilinin vacibliyini bir daha ön sıraya çıxarıb. Bəllidir ki, idarəetmə və istehsal sahələrində qazanılmış nailiyyətlər, ölkənin nüfuzu və rəqabət qabiliyyəti istifadə edilən elmi yanaşmalardan və tətbiq edilən müasir texnologiyalardan asılıdır. Bu bilik və texnologiyaların yaradıcısı, onları təkmilləşdirən və tətbiq edən də insandır. Bu səbəbdən dünyada insanı inkişafın mərkəzinə qoymaq, bu prosesi insana doğru yönləndirmək, göstərilən istiqamətdə mövcud olan problemləri aradan qaldırmaq və mənəvi dirçəlişə yol açmaq prioritetdir. Əslində, bir çox davamlı inkişaf ideoloqları da qeyd olunan gerçəkliyi proqnozlaşdırılan innovativ inqilabın təməli kimi görürlər. Vaxtilə ümummilli lider Heydər Əliyev də insan potensialını bütün sahələrdə və hər zaman inkişafın aparıcı lokomotivi, mərkəzi və həlledici amili kimi müəyyənləşdirib. Onun təşəbbüsü ilə hələ keçən əsrin 70-ci illərindən başlayaraq hər il minlərlə azərbaycanlı gəncin keçmiş Sovet İttifaqının aparıcı ali mülki və hərbi məktəblərinə göndərilməsi bu siyasətin təzahürüdür. Müstəqillik qazanmış Azərbaycan Respublikasında müasir anlamda insan inkişafı ilə bağlı vəziyyətin fasiləsiz monitorinqinin aparılması, təhlil və qiymətləndirmələr əsasında insan inkişafı prosesinin idarə edilməsi ilk dəfə Ümummilli Lider  tərəfindən həyata keçirilmişdir. Onun təşəbbüsü ilə Azərbaycan Respublikasında BMT-nin İnkişaf Proqramı ilə birlikdə insan inkişafı haqqında ilk hesabatlar hazırlanmışdır. Bu layihə əsasında insan potensialının inkişafının ölkədəki vəziyyətinin təhlilinə 1994-cü ildən başlanmışdır. Ölkə və BMT-nin rəhbərliyinin qərarı ilə bu layihənin həyata keçirilməsi hazırkı məqalənin müəllifinə tapşırılmışdı.
BMT-nin Azərbaycanda insan inkişafına aid ilk milli hesabatı 1995-ci ildə dərc edilmişdir. Onun ölkə ictimaiyyəti və beynəlxalq təşkilatlara təqdimatı ümummilli lider Heydər Əliyev tərəfindən şəxsən həyata keçirilmişdir. Qeyd edilməlidir ki, insan potensialının formalaşmasının təşkili və idarə edilməsi sahəsində müstəsna bilik, bacarıq və təcrübəyə malik olan, bu sahədə hələ Sovet İttifaqı dövründə olduqca önəmli işlər görən ümummilli lider Heydər Əliyev yenicə müstəqillik qazanmış ölkədə gerçəkləşdirilən bu beynəlxalq əhəmiyyətli layihəyə xüsusi diqqət yetirirdi. Bunun nəticəsində BMT-nin Azərbaycanda İnsan İnkişafına dair 1996-cı il hesabatı dünyada ən uğurlu, inkişaf prosesinin nəzəriyyəsi və praktikasına yenilik gətirən hesabatlar  sırasına daxil edilmişdir. Bu səbəbdən Hesabatın təqdimat mərasiminə ulu öndər Heydər Əliyev ilə yanaşı, BMT Baş Katibinin müavini, BMT-nin inkişaf proqramının rəhbəri, dünyada tanınmış siyasi xadim və alim cənab Qustaf Spet də qatılmışdı. O zamandan Azərbaycanda insan potensialının zənginləşdirilməsi ölkənin inkişafının əsas prioritetinə çevrilmişdir. Elə bu səbəbdən də ölkədə insan potensialı inkişafının göstəricisi olan insan inkişafı indeksi ilbəil artmaqdadır.
Qeyd edilməlidir ki, Azərbaycan Respublikasında insan inkişafı sahəsində qazanılmış yüksək nailiyyətlər ölkənin 2010-cu ildən insan inkişafı sahəsində yüksək nəticələr əldə etmiş ölkələr qrupuna daxil olunması ilə sonuclanıb. Həmin zamana qədər ölkə beynəlxalq təşkilatlar tərəfindən insan inkişafı sahəsində orta göstəricilərə nail olmuş ölkələr qrupuna aid edilirdi.
Davamlı insan inkişafı sahəsində əldə edilmiş yüksək nəticələr ölkədə həyata keçirilən müasir təhsil strategiyasının uğurudur. Ölkənin təhsil strategiyasına görə, Azərbaycan Respublikasında davamlı insan inkişafı fənninin orta ümumtəhsil məktəblərinin proqramlarına daxil edilməsi prosesinə 2001-ci ildə start verilib.  2003-cü ildən ölkənin Təhsil Nazirliyinin 175 və 688 nömrəli əmrləri əsasında orta məktəblər üçün davamlı insan inkişafına dair dünyada ilk tədris proqramı və dərs vəsaiti dərc edilib. Bu sahədə Azərbaycanın birinciliyi barədə məlumat BMT-nin Baş Qərargahı (Nyu-York) tərəfindən 19 dekabr 2005-ci ildə dünyaya yayılıb. Qlobal miqyasda isə bu prosesə 4 il sonra - 2005-ci il martın 1-də BMT-nin baş katibi Kofi Annan və UNESCO-nun baş direktoru Koişiro Matsuura arasında imzalanan sənədlə təkan verilib.
          Cədvəl. Davamlı insan inkişafı tədrisinin xronologiyası: Azərbaycan və dünya
 
İl
Dünya
Azərbaycan
2001
Məlumat yoxdur
Davamlı insan inkişafı ölkənin orta ümumtəhsil məktəblərində pilot layihə.
Təhsil Nazirliyinin əmri
2003
Məlumat yoxdur
Davamlı insan inkişafına dair orta ümumtəhsil məktəbləri üçün ilk kurikulum (tədris proqramı və dərs vəsaiti) dərc edilir.
Təhsil Nazirliyinin 175, 688 nömrəli əmrləri
2005
BMT və UNESCO 2005-2014-cü illəri davamlı inkişafın tədrisi onilliyi elan edir (4)
Davamlı insan potensialına əsaslanan inkişaf bütün orta məktəblərdə (İnsan və cəmiyyət fənni tərkibində) tədris edilir.
Təhsil Nazirliyinin 880 nömrəli əmri
2007
Məlumat yoxdur
Ali məktəblər üçün davamlı inkişaf üzrə dərs vəsaiti. 
Təhsil Nazirliyinin 961 nömrəli əmri
2010
Məlumat yoxdur
“Yaşıl” peşə təhsili.
Təhsil Nazirliyinin 569 nömrəli əmri
 
Azərbaycanda insan inkişafı haqqında hesabatlar müxtəlif illərdə fərqli sahələrin təhlilinə, onların vəziyyətinin qiymətləndirilməsi və inkişaf potensialının  müəyyənləşdirilməsinə yönəldilmişdir. Məsələn, 2002-ci ilin hesabatı yoxsulluğa həsr edilmişdir. Ölkə ərazisinin 20 faizinin işğal altında olduğunu, bir milyona yaxın vətəndaşın qaçqın və məcburi köçkün statusu daşıdığını əks etdirən bu hesabatda, eyni zamanda, ölkədə yoxsulluq ilə mübarizə sahəsində həyata keçirilən siyasət barədə geniş material təqdim edilmişdir. Sözügedən siyasətin uğurları artıq göz qabağındadır. Yoxsulluq 2001-ci ildə 49, 6 faizdən 2012-ci ildə  6 faizə enib. Xüsusilə vurğulanmalıdır ki, bu göstərici yoxsulluq həddi ayda 24 manatdan 117 manata qalxdığı şəraitdə qeydə alınmışdır. Bu nailiyyətin qazanılmasında insan potensialının inkişafı xüsusi əhəmiyyət daşıyır. 
Digər bir misal informasiya və kommunikasiya texnologiyalarının (İKT) inkişafı və tətbiqi ilə əlaqədardır. Azərbaycan Respublikasının BMT ilə birgə hazırladığı 2003-cü ilə aid İnsan İnkişafı haqqında hesabat İKT-yə, bu istiqamətin ölkənin inkişafına təsirinə həsr edilmişdir. Ölkə rəhbərliyinin bu sahədə həyata keçirdiyi ardıcıl siyasət göstərilən istiqamətin böyük əhəmiyyət daşıdığını bir daha sübut etdi. Buna misal kimi ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2013-cü ilin İKT ili elan edilməsini, Azərbaycanın ilk milli peykinin orbitə çıxarılmasını, məktəblərin kompyuterləşdirilməsini və s. göstərmək olar. Bu istiqamətdə Heydər Əliyev Fondu, onun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın xüsusi qayğıya ehtiyacı olan tələbə və gənclər üçün İKT-dən istifadə imkanlarının yaradılması təşəbbüsü də diqqətəlayiqdir. Qeyd edilməlidir ki, bu Fond  Azərbaycanın dünya miqyasında tanıdılması sahəsində misilsiz təşəbbüslərə və önəmli layihələrə imza atmışdır. 
Azərbaycan Respublikasının son illərdə davamlı inkişaf sahəsində qazandığı uğurların əsasında müasir və innovativ idarəetmə texnologiyalarının tətbiqi durur.  Davamlı inkişaf naminə dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının və fərdi sektorun vahid milli proqramlar və layihələr çərçivəsində birgə fəaliyyət göstərməsi gələcək uğurların təminatçısıdır. Ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü ilə qəbul edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” proqramı davamlı inkişafın təmin edilməsində yeni mərhələdir.   
 
Urxan Ələkbərov
akademik, Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət İdarəçilik Akademiyasının rektoru

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb

Hörmüz boğazında gəmiçilik trafiki müharibədən əvvəlki səviyyədən 65 faiz azdır

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək

Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər

ABŞ Ukrayna pilotlarının F-16 qırıcılarını idarə etməsi üzrə təlimləri davam etdirir

“Sky News”: Böyük Britaniyadakı ABŞ aviabazası üzərində naməlum dronlar aşkarlanıb

ABŞ-də dörd saatdan çox davam edən uçuş məhdudiyyəti aradan qaldırılıb

İraq ABŞ-nin himayəsi altında Hörmüz boğazından neft ixracını bərpa edib

Yeni Orlean limanı yaxınlığında gəmi qəzası nəticəsində 32 nəfər xəsarət alıb

“Bloomberg”: FTB ABŞ-də uçuşların dayandırılmasını kiberhücumla əlaqələndirmir

UEFA Millətlər Liqası: Niderland Yunanıstan yığmasını böyük hesabla məğlub edib

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteynə qalib gəlib

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub

ABŞ-də bütün hava limanlarında uçuşların dayandırılması barədə qərar verilib

Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb

Fon der Lyayen: Aİ Ukrayna ilə bağlı danışıqlarda atəşkəs və təhlükəsizlik zəmanətlərini prioritet sayır

Tusk: Polşa Ukrayna üçün silah alınmasını maliyyələşdirməyəcək

Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb

Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”

Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq

Aİ Rusiya ilə danışıqlar aparmaq üçün nümayəndə heyətinin tərkibini təsdiqləyib

Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz

DİN yeraltı keçiddən istifadə etməyən piyadalara müraciət edib