Bilicilər Nabranda yarışırlar
Bakı, 18 iyun (AZƏRTAC). Xəzər İntellektual Gənclər Klubunun Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “Universitet liqası” layihəsi davam edir. Layihə çərçivəsində növbəti ikigünlük turnir iyunun 18-də keçirilir.
AZƏRTAC xəbər verir ki, bilicilər güclərini fərdi oyun üzrə bilik yarışmasında sınayacaqlar. Qeyd edək ki, yarış bu dəfə Bakının mərkəzində deyil, Azərbaycanın əsrarəngiz guşələrindən biri olan Nabranda təşkil olunacaqdır. Fərdi oyun üzrə suallar toplusunun müəllifi “Diplomat” komandasıdır. Bilicilər turnirin qeyri-rəsmi hissəsində “Nə? Harada? Nə zaman?” oyunu üzrə də biliklərini sınayacaqlar.
İki gün ərzində iştirakçılar həm öz biliklərinin səviyyəsini yoxlayacaq, həm də istirahət edəcəklər. Yarışın sonunda turnirdə ən güclü bilicinin adı məlum olacaqdır.
Qeyd edək ki, Xəzər İntellektual Gənclər Klubu 2001-ci ildə yaradılmışdır. Klubun yaradılmasının məqsədi ölkədə Azərbaycan dilində intellektual oyunlar hərəkatının inkişafını təmin etməkdir. Xəzər İntellektual Gənclər Klubu hazırda Bakı Dövlət Universitetində, Azərbaycan Tibb Universitetində və Bakı Slavyan Universitetində fəaliyyət göstərir. Oyunlar hər şənbə və bazar günləri təşkil olunur. Klub 10 illik yubileyini qeyd edir və bu il təşkil olunan bütün yarışlar bu tarixin qeyd olunmasına yönəldilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]