Bəzi yerlərdə leysan olub, şimşək çaxıb
Bakı, 12 avqust, AZƏRTAC
Avqustun 12-si saat 9:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti müşahidə olunub. Bəzi yerlərdə leysan xarakterli olub, şimşək çaxıb.
Düşən yağıntının miqdarı Astarada 14, Balakəndə 10, Lənkəranda 8, Qubada 6, Zaqatala, Qəbələ, Qaxda 5, Göyçay, Lerik, Goranboy, Ordubadda 2, Şəki (Kişçay), Şamaxı, Qobustan, Altıağac, Xaltan, Şabran, Şahdağ, Mingəçevir, Yevlax, Beyləqan, İmişli, Sabirabad, Neftçala, Yardımlı, Daşkəsən, Gəncə, Tovuz, Cəbrayıl, eləcə də Bakıda və Abşeron yarımadasında 1 millimetr təşkil edib.
Avqustun 11-də bəzi yerlərdə şərq küləyi əsib. Küləyin maksimal sürəti saniyədə Culfada 21, Tərtərdə 18 metrədək güclənib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.11.2026 [17:41]
Nigar Arpadarai: Azərbaycan nümayəndə heyəti COP31-ə töhfə verməyə çalışır
- 12.11.2026 [16:41]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 12.11.2026 [15:53]
ETSN: Ceyranlar və Bezoar keçiləri tarixi areallarına qaytarılır
- 12.11.2026 [12:32]
COP31-də müzakirələr davam edir
- 12.11.2026 [12:30]