BEYNƏLXALQ SEMİNAR BAŞA ÇATMIŞDIR
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, DGT-nin eksperti Lui Pink tərəfindən aparılan seminarda respublikamızın gömrük orqanlarının 16 əməkdaşı ilə yanaşı, Moldova gömrük xidmətinin nümayəndələri də iştirak etmişlər. Onlara "Qiymət metodu tranzaksiyası", "Qiymətləndirmə rejiminin idarə olunması", "Rəsmiləşdirmədən sonra audit" və s. qaydalar barədə, habelə Azərbaycan, Ukrayna, Özbəkistanın qiymətləndirmə sistemləri ilə əlaqədar məlumat verilmiş, sertifikatlar təqdim olunmuşdur.