BEYLƏQANDA ƏHALİNİN İÇMƏLİ SU PROBLEMİ HƏLL EDİLİR
Beyləqan, 16 fevral (AZƏRTAC). Beyləqan rayonunda əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədi ilə son illər 23 artezian və subartezian quyuları qazılmış, 334 ailəyə 13,3 min metr uzunluqda müxtəlif ölçülü su xətləri çəkilmiş, yeni cənlər quraşdırılmış, mərkəzi boru və ötürücü xətlərdə əsaslı və cari təmir işləri aparılmışdır. Ötən il şəhərin SMD qəsəbəsində yanıb sıradan çıxmış iki ESV-6 markalı dərinlik nasosu, 255 metr uzunluqda D-200 millimetrlik polad boru dəyişdirilmişdir. Həyata keçirilmiş tədbirlər sayəsində son 5 ildə 32 min nəfərdən artıq əhalinin içməli su problemi yaxşılaşdırılmışdır.
Rayonda içməli su və kanalizasiya sisteminin əsaslı surətdə yenidən qurulmasına dair Dövlət Proqramında nəzərdə tutumuş tədbirlərə uyğun olaraq hazırlıq işləri görülmüşdür. Sınaq quyusundan götürülən nümunənin analizinin nəticəsinə əsasən rayonda keyfiyyətli içməli su mənbəyi aşkar edilmişdir. Hazırda bu istiqamətdə geniş miqyaslı tədbirlərə başlanılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]