BELARUSLAR TƏLƏB EDİRLƏR
BOK-un prezidenti Jak Roggenin adına ünvanlanmış bəyanatda deyilir ki, “Belarus MOK-un İcrakomu Beynəlxalq Olimpiya Komitəsi İcraiyyə Komitəsinin iclasını çağırmağı, yaranmış vəziyyəti araşdırmağı, Yuri Sivakov və ümumən, Belarusun olimpiya nümayəndə heyəti barəsində ədalətin bərpa olunmasını qəti şəkildə tələb edir”.
Sənəddə göstərilir ki, “Belarus MOK Avropanın siyasi dairələri tərəfindən MOK İcrakomunun üzvlərinə, idman və turizm naziri, olimpiya nümayəndə heyətinin rəhbəri Yuri Sivakova qarşı başlanmış kampaniyaya etirazını bildirir. Avropanın siyasi dairələri ali məhkəmə instansiyası rolunu öz üzərinə götürmüş və uydurma ehtimallar əsasında Y.Sivakovun Olimpiya oyunlarına buraxılmaması üçün hər şey etmişlər”.
BelaPAN agentliyinin yaydığı bəyanatda vurğulanır ki, Belarus MOK İcrakomunun fikrincə, “heç kimin irqi, dini və siyasi əsaslara görə Olimpiya oyunlarında iştirakdan uzaqlaşdırıla bilməməsinə təminat verən Olimpiya xartiyasının əsas maddələri və müddəaları kobudcasına pozulmuşdur”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.11.2026 [20:42]
QUAD ölkələrinin dəniz təlimləri başlayıb
- 05.11.2026 [20:36]
Britaniyanın Hitrou və Birmingem hava limanlarına bomba təhdidi
- 05.11.2026 [20:15]
Türkiyənin Afyonkarahisar vilayətində silahlı hücum olub: 8 nəfər ölüb
- 05.11.2026 [18:11]
Türkiyədə meşə yanğınlarının sayı bir il ərzində 35 faiz azalıb
- 05.11.2026 [15:36]
“KLM” aviaşirkəti əməkdaşlarının sayını 15 faiz azaldır
- 05.11.2026 [15:06]