Bədbəxt hadisələr nəticəsində xəsarət alanlar və ölənlər vardır
Bakı, 15 fevral (AZƏRTAC). Fevralın 14-də Nizami rayonu Heydər Əliyev prospektində inşa olunan tikinti obyektində işləyən Cəlilabad rayon sakini Fariz Kərimov 10-cu mərtəbədən yıxılaraq dünyasını dəyişmişdir.
Yasamal rayonu M.Müşfiq küçəsindəki “Gilan” tikinti şirkətinin inşa etdiyi binada işləyən Türkiyə vətəndaşı Edib Baybars 10-cu mərtəbədən yıxılaraq ölmüşdür.
Sumqayıt şəhər sakini Rüstəm Gəncəliyev dəm qazından, Xırdalan şəhər sakini Hilal Dəmirli isə dərman preparatlarından zəhərlənərək xəstəxanaya yerləşdirilmişlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]