Bədbəxt hadisələr nəticəsində xəsarət alanlar vardır
Bakı, 22 fevral (AZƏRTAC). Fevralın 21-də Nəsimi rayonundakı D.Əliyeva küçəsində kirayədə yaşayanlar - Bakı şəhər sakini Vəfa Nəbiyeva, Mingəçevir şəhər sakinləri Aytən Hacıyeva və onun bacısı Vəfa, Sumqayıt şəhər sakinləri Firəngiz Xudiyeva, Arif Həsənov, Gülsarə Rüstəmova və Ellada Ağasıyeva yaşadıqları mənzillərdən dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanalara yerləşdirilmişlər.
Elə həmin gün Abşeron rayonu Ceyranbatan qəsəbə sakini Zəhra İmanova civə məhlulundan zəhərlənmə ilə xəstəxanaya aparılmışdır.
Fevralın 21-də Abşeron rayonunun Sulutəpə qəsəbə sakini Gülnar Mustafayeva mənzilində dərmandan zəhərlənərək xəstəxanaya yerləşdirilmişdir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]