Bədbəxt hadisələr nəticəsində ölən və yaralananlar vardır
Bakı, 19 yanvar (AZƏRTAC). Nəsimi rayonu ərazisində yaşayan Məxmər Əliyevanın qonağı Cəsarət Əliyev dərmandan zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilmiş və orada ölmüşdür.
Xırdalan şəhər sakini, 2010-cu il təvəllüdlü Gültac Məmmədovanın üstünə qaynar su tökülmüşdür. Nəticədə yanıq xəsarəti almış G.Məmmədova xəstəxanaya yerləşdirilmişdir.
Xırdalan şəhər sakini Aynurə Ağayeva evindən dərmandan zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilmişdir.
Nərimanov rayonu ərazisindəki yeni tikilmiş evlərdən birində yaşayan Şamxal Mustafayev evində dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdir.
Neftçala rayonunda yaşayan, ruhi xəstə Möhübbət Mehnətova evində elektrik sobasının üstünə yıxılmış və aldığı yanıq xəsarətindən ölmüşdür.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]