Bədbəxt hadisələr nəticəsində ölən və yaralananlar vardır
Bakı, 11 yanvar (AZƏRTAC). Səbail rayonu Badamdar qəsəbəsində tikintisi başa çatmamış evdə təmir işləri aparan Ağsu rayon sakini Əliyar Hüseynov sərxoş halda elektrik plitəsinin üstünə yıxılmış və aldığı yanıq xəsarətindən ölmüşdür.
Sabunçu rayonunun Maştağa qəsəbə sakini Məşədibaba Aydınbəyov üstünə neft tökərək özünü yandırmışdır. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş M.Aydınbəyov orada dünyasını dəyişmişdir.
Sumqayıt şəhərində yaşayan Aytən Əliyeva, Lamiyə Vəliyeva, H.Z.Tağıyev qəsəbə sakini Bahar Əzizova, Təzə Kotec qəsəbə sakini Gülnar Şəmdinova evlərində dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilmişlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]