Bədbəxt hadisələr nəticəsində ölən və xəsarət alanlar vardır
Bakı, 7 fevral (AZƏRTAC). Fevralın 6-da Nəsimi rayon sakini Elvira Odilova evindən dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilmişdir. Həkimlərin ciddi cəhdlərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmamışdır.
Elə həmin gün Sumqayıt şəhər sakini Şüküranə Həsənzadə, Xırdalan şəhər sakini Anar Bayramov mənzilindən dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilmişlər.
Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “AB” yaşayış massivində yaşayan ruhi xəstə Səadət Cabbarova yaşadığı evin 4-cü mərtəbəsindən yıxılaraq xəsarət almışdır.
Yasamal rayon sakini Azad Hətəmovun evində yaşayan Balakən sakini Nurlan Hətəmov, Xətai rayon sakinləri Gülşən Həşimova və oğlu Rəsul dəm qazından zəhərlənərək ölmüşlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]