Bədbəxt hadisələr nəticəsində ölən və xəsarət alanlar vardır
Bakı, 29 yanvar (AZƏRTAC). Yanvarın 28-də Nəsimi rayonundakı B.Səfəroğlu küçəsində kirayədə yaşayan Hindistan vətəndaşları Suracit Kar, Açanata Nayak və Avicit Das yaşadıqları mənzildən dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilmiş və onlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılmışlar.
Sumqayıt şəhər sakinləri Aysel Nuriyeva, Adil Qədirov, Ramil Bədəlov mənzillərindən dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanalara aparılmışlar.
Ceyranbatan qəsəbə sakini İlkin Əliyev isə dərmandan zəhərlənmiş və təcili xəstəxanaya yerləşdirilmişdir.
Daha bir bədbəxt hadisə Kürdəmirin Yeni Şıxımlı kəndində baş vermişdir. Ərazidəki transformatora müdaxilə etməyə cəhd göstərən Vəfalı Abıyev elektrik cərəyanı vurması nəticəsində ölmüşdür.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]