Bədbəxt hadisələr nəticəsində ölən və xəsarət alanlar vardır
Bakı, 22 yanvar (AZƏRTAC). Yanvarın 21-də Yasamal rayonu ərazisində yaşayan Xavər Ramazanova qaz sobası ilə ehtiyatsız davrandığından yanıq xəsarəti alaraq ölmüşdür.
Yanvarın 21-də Yevlax rayonunun Cırdaxan kəndi ərazisində kənd sakini Xətai Sofiyev elektrik cərəyanı vurması nəticəsində ölmüşdür.
Elə həmin gün Sumqayıt şəhəri Xəzər bağlar yaşayış sahəsindəki bağ evlərindən birində yaşayan Tapdıq Hüseynov, qızları Ceyran, Aişə və Aynurə evlərindən dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilmişlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]