BDU-nun laboratoriya müdiri vəfat edib
Bakı, 11 noyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Azərbaycan dilinin tətbiqi məsələləri elmi-tədqiqat laboratoriyasının müdiri, dosent Əliheydər Ağakişiyev vəfat edib. Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Əliheydər Ağakişiyev 1957-ci il iyunun 29-da Bakı şəhərində anadan olub. 1975-1980-ci illərdə BDU-nun Filologiya fakültəsində təhsil alıb. 2006-2012-ci illərdə həmin universitetin Ümumi dilçilik kafedrasının doktorantı olub. 2012-ci ildə "Dildə nidaların linqvistik təhlili (Azərbaycan və rus dilləri əsasında)" mövzusunda dissertasiya müdafiə edib və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini, 2018-ci ildə dosent elmi adını alıb.
O, 1990-1995-ci illərdə BDU-nun "Azərbaycan dilinin tətbiqi məsələləri" ETL-də tərcüməçi və elmi işçi, 2010-2014-cü illərdə Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının, 2014-2016-cı illərdə Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının baş müəllimi, 2016-2018-ci illərdə Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının dosent əvəzi, 2018-ci ildən həmin kafedranın dosenti olub. 1995-2021-ci illərdə BDU-nun "Azərbaycan dilinin tətbiqi məsələləri" ETL-in böyük elmi işçisi, 2021-ci ildən isə müdiri vəzifəsində çalışıb.
Əliheydər Ağakişiyev elmi-pedaqoji fəaliyyəti dövründə 10 məqalə, 3 tərcümə və 1 kitab müəllifi olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.11.2026 [19:24]
Kimya İnstitutunun tədqiqatları Çexiyada beynəlxalq konfransda təqdim olunub
- 13.11.2026 [18:38]
Hərbi İdarəetmə İnstitutunun kurs iştirakçıları AzTU-da infoturda olublar
- 13.11.2026 [18:31]
Bakı məktəb və bağçalarının qış mövsümünə hazırlığı yekunlaşıb
- 13.11.2026 [18:08]
ADAU tələbələri innovativ suvarma layihələrini təqdim ediblər
- 13.11.2026 [18:02]
ADPU ilə ABŞ universitetinin ikili diplom proqramı genişləndirilir
- 13.11.2026 [17:59]
BDU tələbələri “mygov” platformasının imkanları ilə tanış olublar
Bu saata olan əsas xəbərlər
- [12:00]
Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb
- 13.11.2026 [23:47]
Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”
- 13.11.2026 [23:37]
Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq
- 13.11.2026 [23:15]
Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz
- 13.11.2026 [22:14]
DİN yeraltı keçiddən istifadə etməyən piyadalara müraciət edib
- 13.11.2026 [22:12]
Azərbaycanda Geoloji parkın yaradılması istiqamətində işlər davam etdirilir
- 13.11.2026 [21:59]
Almaniya gələn həftə Ukraynanın müttəfiqlərinin sammitini keçirəcək
- 13.11.2026 [20:56]
“Evklid” missiyası 900 milyondan çox qalaktikanı müşahidə edib
- 13.11.2026 [20:43]
Qazaxıstan Prezidenti ölkənin nəqliyyat sektorundakı vəziyyəti tənqid edib
- 13.11.2026 [20:23]
Paris küçələrinə 60 minə yaxın etirazçının çıxacağı gözlənilir
- 13.11.2026 [20:10]
Bu saata olan əsas xəbərlər
- 13.11.2026 [20:00]
Kimya İnstitutunun tədqiqatları Çexiyada beynəlxalq konfransda təqdim olunub
- 13.11.2026 [19:24]
Biləsuvarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
- 13.11.2026 [19:07]
Səadət Yusifova: Qazaxıstanla mədəni əlaqələrimiz uğurla inkişaf etdirilir
- 13.11.2026 [18:41]