BAZAR GÜNÜ YAĞIŞ YAĞMAYACAQDIR
Bakı, 5 dekabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, dekabrın 6-da ölkə ərazisində yağış yağmayacaq, hava əsasən yağmursuz keçəcəkdir. Temperatur əvvəlki günlə müqayisədə bir-iki dərəcə aşağı düşəcək, mülayim cənub-qərb küləyi əsəcəkdir. Tibbi-meteoroloji proqnoza əsasən, Abşeron yarımadasında atmosfer təzyiqi yüksələcəkdir.
Bakıda havanın temperaturu gecə müsbət 6-8, gündüz 9-11, Naxçıvanda gündüz 9-11, gecə mənfi 4-6, aran bölgəsində gündüz müsbət 10-12, gecə 1-3, dağlıq zonada gündüz 5-7, gecə 0-2 dərəcə təşkil edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]