Baş prokuror Saatlıda vətəndaşlarla görüşəcək
Bakı, 2 fevral, AZƏRTAC
Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev fevralın 9-da saat 10:00-da Saatlı Rayon Prokurorluğunun inzibati binasında Saatlı, Sabirabad, Biləsuvar və Cəbrayıl rayon sakinlərinin qəbulunu keçirəcək.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Saatlı rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instaqram, feysbuk və X) vasitəsilə də qəbula yazıla bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.11.2026 [18:02]
AQTA-da uşaqlar üçün əyləncəli və maarifləndirici gün
- 18.11.2026 [17:40]
Almaniyanın XİN rəhbəri Bakıda yəhudi icmasının sinaqoqunu ziyarət edib
- 18.11.2026 [16:12]
Bakının ruhunu yaşadan memarlıq inciləri - FOTOREPORTAJ
- 18.11.2026 [15:46]