Baş prokuror Beyləqanda vətəndaşlarla görüşəcək
Bakı, 10 yanvar, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Baş prokuror Kamran Əliyev yanvarın 16-da saat 10:00-da Beyləqan Rayon Prokurorluğunun inzibati binasında Beyləqan, Ağcabədi, Füzuli, İmişli, Laçın və Xocavənd rayonunun sakinləri ilə görüşəcək.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Beyləqan rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instaqram, feysbuk və X) vasitəsilə də qəbula yazıla bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.11.2026 [12:47]
Yol şəraitinə məhəl qoymayan sürücü və sərnişin faciə qurbanı oldular VİDEO
- 18.11.2026 [12:26]
Sabah Dövlət-Biznes Əməkdaşlıq Forumu keçiriləcək VİDEO
- 18.11.2026 [11:46]
Sosial sahə üzrə e-sistemlərə 361 milyon sorğu və müraciət daxil olub
- 18.11.2026 [11:31]