BANQKOKDA GÖRÜŞ KEÇİRİLMİŞDİR
Tailandın paytaxtı Banqkokda BMT-nin Asiya və Sakit okean regionu üzrə İqtisadi və Sosial Komissiyasının Pekin Fəaliyyət Platformasının həyata keçirilməsinin hesabatına dair yüksək səviyyəli görüş keçirilmişdir. 47 ölkənin nümayəndəsinin iştirak etdiyi hökumətlərarası bu görüş 2005-ci ilin mart ayında Nyu-Yorkda keçiriləcək BMT sessiyasında Pekin Deklarasiyası və Platformasının fəaliyyətinin həyata keçirilməsinə dair veriləcək qlobal hesabata hazırlıq iclası idi. Bu tədbirdə Azərbaycanı Qadın Problemləri üzrə Dövlət Komitəsinin (QPDK) sədri Zəhra Quliyeva və sədrin müavini Möminat Ömərova təmsil etmişlər.
Komitədən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, tədbirdə qadın və yoxsulluq, qadın və səhiyyə, qadınlara münasibətdə zorakılıq, qadınlar və silahlı münaqişələr, qadınlar hökumət strukturlarında və digər sahələr üzrə problemlərə toxunulmuş, ölkələr üzrə hesabatlar dinlənilmişdir.
QPDK-nin sədri Zəhra Quliyeva ölkəmizdə qadınların vəziyyətinin yaxşılaşdırılması üzrə son illər görülən işlər barədə məlumat vermişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.11.2026 [18:31]
TÜRKPA-nın gənc parlamentariləri Ankarada toplaşıblar
- 12.11.2026 [16:43]
YAP Veteranlar Şurasının VIII Qurultaydan sonrakı ilk iclası olub
- 12.11.2026 [15:28]
Rumen Radev: Azərbaycanla əməkdaşlıqdan məmnunuq VİDEO
- 12.11.2026 [15:23]
“Tarixi Zəfər, sülhə sədaqət”: Zəfər Günü Nyu-Cersidə qeyd edilib
- 12.11.2026 [14:57]