BAMF region gənclərinin problemlərini öyrənir
Bakı, 10 mart (AZƏRTAC). Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) BMT-nin Uşaq Fondunun (UNİCEF) maliyyə dəstəyi ilə 2011-ci ilin oktyabr ayından həyata keçirdiyi “Azərbaycan gənclərinə dəstək proqramı” layihəsinin yeni mərhələsinin icrasına başlamışdır.
BAMF-dan AZƏRTAC-a bildirmişlər ki, Goranboy, Tərtər, Ağdam, Ağcabədi, Beyləqan, Bərdə və Yevlax rayonlarında gənclərin üzləşdikləri problemlərin aşkar edilməsində və aradan qaldırılması yollarının müəyyənləşdirilməsində əhəmiyyətli rola malik olan layihə çərçivəsində çoxsaylı görüşlər keçirilmişdir. Məqsəd hər rayondan 20 fəal gəncin seçilərək təbliğat qruplarına cəlb edilməsidir. Artıq bu məsələ həllini tapmışdır. Yaradılmış təbliğat qrupları rayonlarda gənclərin problemlərinin öyrənilməsi istiqamətində apardıqları sorğulara yekun vurmuşlar. Sorğularda 1000-ə yaxın gənc iştirak etmişdir.
Tədqiqatlar zamanı müəyyən edilən problemlərin aradan qaldırılması üçün yaxın günlərdə maarifləndirmə və təbliğat işlərinin metodologiyası ilə bağlı təlimlərə başlanacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]
Bakıda 5 heyvan kəsimi və ət satışı məntəqəsi ilə əlaqədar tədbir görülüb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:03]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Peruda güclü zəlzələ baş verib
- [07:09]