Azərbaycan Dövlət İnformasiya Agentliyi

Balaton – macarsayağı dəniz VİDEO

Bakı, 22 oktyabr, AZƏRTAC

Balaton Macarıstanın və Mərkəzi Avropanın ən böyük gölüdür. Böyüklüyünə görə burada onu hətta “Macarıstan dənizi” adlandırırlar. May ayından sentyabradək davam edən mövsümdə gölün sahili çimərlik turizmi həvəskarları ilə dolub-daşır. Eyni zamanda, Balaton təkcə su kənarında istirahət etmək imkanı ilə deyil, həm də mədəni proqramların müxtəlifliyi və qastronomik təəssüratlarla cəlbedicidir. Gölün ətrafı gəzməli-görməli yerlərlə zəngindir. Burada tarixi şəhərlər, qoruqlar, orta əsr qəsrləri və dəbdəbəli saraylar yerləşir. Çimərlik mövsümü artıq başa çatsa da, Azərbaycanda haqqında çox eşitdiyimiz məşhur gölü görmək zövqündən özümüzü məhrum etmədik.

Kesthey, Feştetiçlər və dəbdəbəli saray

Beləliklə, Hevizə səfərimizin ikinci gününü Balaton gölünün qərb sahilindəki Kesthey şəhərini gəzməyə həsr etmək qərarına gəldik. Hevizdən Kestheyə qədər olan məsafə 6 kilometrdir. Bu yolu qət etməyin ən yaxşı üsulu meşə cığırı ilə velosipedlə getməkdir. Hevizdə velosiped kifayət qədər populyar nəqliyyat vasitəsidir. Onu şəhərdəki informasiya-turizm mərkəzinin ofisində icarəyə götürmək olar. Belə də etdik və tezliklə turizm mərkəzinin marketinq üzrə meneceri Kristina Çoryanın müşayiəti ilə yola çıxdıq.

Əvvəlcə marşrut yayda qayıq gəzintisinə çıxmaq imkanı olan çiçəkli suzanbağıları ilə dolu gözəl su kanalı boyunca uzanıb gedirdi. Az sonra cığır bizi meşənin içərisinə apardı. Yol kənarlarında çinarlar, sərv ağacları və nadir yabanı şabalıd boy atmışdı. Havanı yaşıllıq ətri ilə bürümüşdü. Yolda qarşımıza hər iki tərəfə gedən velosipedçilər çıxırdı.

Təxminən iyirmi dəqiqədən sonra artıq Kestheydə idik. Vaxt azlığından Ovçuluq Muzeyinin yanından ötüb şəhərin əsas memarlıq abidəsinə - 1745-ci ildə inşa edilən Feştetiçlərin bəyaz sarayına yollanırıq.

Feştetiç zadəgan nəsli xeyriyyəçilər kimi tanınıb, onların sayəsində şəhərdə gimnaziya, kənd təsərrüfatı liseyi, eləcə də apteklər və xəstəxanalar açılıb. Feştetişlərin ata-baba mülkü olan qəsr ən böyük və gözəl macar malikanələrindən biridir. Bu qəsr barokko üslubda tikilib və ingilis üslubunda möhtəşəm parkla əhatə olunub. Sarayda ümumən 101 zal var, onların əksəriyyətində maraqlı muzey ekspozisiyası təşkil edilib. İlkin görünüşündə bərpa edilmiş otaqlarda adlı-sanlı aristokratiyanın həyat tərzini, rəngkarlıq kolleksiyasını və ölkədə özəl mülkiyyətdə saxlanılan yeganə qədim kitabxananı görmək olar. Divarların orijinal bəzəyi, tavanın taxta üzlüyü, ağır pərdələr, sobalar, iri çilçıraqlar və zərif mebel - hər şey insana kübar qəbulları xatırladır. Sarayda tez-tez klassik konsertlər olur, güzgülü zal isə nikah mərasimləri üçün ən populyar yerlərdən biridir.

Yayın istisində qəsrin parkında, əsas girişin yaxınlığında yerləşən XVIII-XIX əsrlərə aid fəvvarənin yanında xüsusən isti yay günlərində dincəlmək xoş təsir bağışlayır. Parkın gül ləklərində il ərzində 70 min şitil əkilir. Burada 50-dən çox ağac və kol növü var.

Qəsrin yuxarı terrasından parka və Kestheyin ətraf yerlərinə füsunkar mənzərə açılır. Həmin terrasa dolama dəmir pilləkənlə çıxmaq olar. Buradan bütün şəhər ovcun içi kimi görünür, yaxınlıqda isə üfüqədək uzanan Balaton gölünün suları günəş şüaları altında bərq vurur.

Qəsrdə maraqlı şeylər bəs deyincədir. Məsələn, Karet və Minik Muzeyində XVIII-XIX əsrlərə aid köhnə nəqliyyat vasitələri (50-dən çox karet, kirşə, fayton) nümayiş etdirilir. Stolüstü dəmir yolu modelləri sərgisinin ekspozisiyası çərçivəsində Avropanın ən böyük tarixi dəmir yolu modeli sərgilənir. Təxminən 3 kilometr uzunluğunda relslər üzərində 75 müxtəlif qatar hərəkət edir. Ovçuluq sərgisində isə təbii yaşayış şəraitində beş qitədə ovlanan heyvanlar təqdim olunur.

Maraqlıdır ki, hazırda Vyanada yaşayan Feştetiç nəslinin nümayəndəsi köklərini unutmur, tez-tez Kesthey şəhərinin və ailə qəsrinin qonağı olur.

Bu cür dəbdəbəli mühitdə tarixlə təmasda olmaq çox xoşdur. Lakin qeyri-adi Balaton gölü bizi özünə cəzb edirdi, saraydan gölə qədər isə bir addımlıq yoldur. Velosipedlər bizi sahilə tez çatdırdı və budur, artıq möhtəşəm panorama heyran qalmışıq.

Balıq ovu, qu quşları və moruq limonadı

Mərkəzi Avropanın ən böyük gölünün - Balatonun uzunluğu 79 kilometr, eni 1,2 kilometrdən 12,4 kilometrə qədərdir. Eyni zamanda, göl çox dayazdır: orta dərinliyi 3,6 metr və maksimum dərinliyi isə 12,5 metrdir. Göl dayaz olduğundan onun suyu yayda 26 dərəcəyədək qızır. Təsadüfi deyil ki, sahil xəttində mövsüm boyu adamla dolan çoxsaylı çimərliklər yaradılıb.

Biz yalnız tilovlarını suya ataraq səbirlə ov gözləyən balıqçıları görə bildik. Balatonda balıq ovu ən populyar əyləncədir. Göldə 25 növ balıq var və balıqçılar arasında ən məşhuru karp balığıdır. Su həyatının müxtəlifliyi bura çoxlu sayda quş cəlb edir. Ağ qu quşları xüsusilə gözəl təsir bağışlayır. Həm də bu quşların çoxu insanlara elə alışıb ki, bir dəstə ağ qu quşu bizi görüncə lap yanımıza üzüb gəldi. Görünür, bizdən yem gözləyirdilər. Orada-burada vəhşi ördək və qağayılar vurnuxurdu.

Balaton gölü gəmiçilik üçün yararlıdır. Göldə gəmilərin yan alması üçün 20-dən çox körpü var və gəmilər əsasən sahil boyu hərəkət edir. Elə indi də yavaş-yavaş üzən yelkənli qayıqlar və yerli yaxt-klubun yaxtalarını görmək mümkün idi. Yayda istirahətə gələnlərin qayıqla, katamaranla, su velosipedləri ilə gəzintiyə çıxmaq və ya vindsörfinqlə məşğul olmaq kimi bir sıra idman növlərindən istifadə etmək imkanı var.

Gölün suyu təmiz, şəffaf, yaşılımtıl çalarlıdır, bu rəngi ona burada yaşayan plankton verir. Ümumiyyətlə, necə deyərlər, Balatonun hava şəraitindən və səmanın rəngindən asılı olaraq öz rəngini dəyişmək kimi unikal xüsusiyyəti var. Buludlu gündə göl boz-qurğuşun rəngi alır. Amma günəş çıxan kimi Balaton simasını dəyişir, sahilində parlaq firuzəyi rəng orta hissədə mavi çalarla əvəzlənir. Sanki Fransanın Lacivərd Sahilidir!

Kesthey - Balaton sahilində yerləşən yeganə böyük şəhər deyil. Gölün ətrafında 18-i şəhər olan 179 yaşayış məntəqəsi yerləşir. Kestheydən başqa, Şiofok, Balatonfüred və digərləri böyük şəhərlərdir.

Bu gün göl ətrafında əla otel infrastrukturu yaradılıb, kafe və restoranlar açılıb. Hərçənd sosialist keçmişin yadigarı olan və yeni sahiblərinin onları müasir üslubda bərpa etməsini gözləyən binalar da qalmaqdadır.

Geri qayıtmazdan əvvəl kəmərimizin altını bərkitmək qərarına gəldik və Balaton sahilinə yaxın “Bistro Paletta” restoranına üz tutduq. Məlum oldu ki, bu, bir ailəyə məxsus restorandır. Onun sahibi qonaqlara yaxınlaşıb onların kulinariya zövqləri ilə maraqlanır, bu və ya digər yeməyi tövsiyə edir. Biz püre halında şorba, təzə tutulan, kəsmik və göyərtili Balaton balığı, qaymaqlı biskvit - ənənəvi macar deserti yedik. Hamısı çox dadlı və zərif idi, lakin ev şəraitində otlardan və moruqdan hazırlanmış macarsayağı limonad xüsusilə ləzzət verdi. Bu yerlərə baş çəksəniz, onu mütləq dadın!

Son söz əvəzi

Zənnimizcə, Balatona çimərlik mövsümündə gəlmək daha məsləhətlidir. O vaxt gölün sahilində həyat daha canlı olur: konsertlər, şənliklər, çimərlik voleybolu, yelkənli qayıqla, skuterlə gəzinti və kurortlara xas digər əyləncələr. Əlbəttə, dəbdəbəli qəsr və yaşayış məntəqələrinin yaxınlığında yerləşən koloritli kəndlərdən, dadlı yeməklərdən və gözəl mənzərələrdən də zövq alacaqsınız. Bir də Balaton gölünün öyünə biləcəyi tamamilə şəffaf, xüsusi flüidlərlə dolu havasından!

Emil Eyyubov

Məxsusi AZƏRTAC üçün

Foto: Vitali Nəzərəliyev

Balaton – macarsayağı dəniz VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb

Hörmüz boğazında gəmiçilik trafiki müharibədən əvvəlki səviyyədən 65 faiz azdır

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək

Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər

ABŞ Ukrayna pilotlarının F-16 qırıcılarını idarə etməsi üzrə təlimləri davam etdirir

“Sky News”: Böyük Britaniyadakı ABŞ aviabazası üzərində naməlum dronlar aşkarlanıb

ABŞ-də dörd saatdan çox davam edən uçuş məhdudiyyəti aradan qaldırılıb

İraq ABŞ-nin himayəsi altında Hörmüz boğazından neft ixracını bərpa edib

Yeni Orlean limanı yaxınlığında gəmi qəzası nəticəsində 32 nəfər xəsarət alıb

“Bloomberg”: FTB ABŞ-də uçuşların dayandırılmasını kiberhücumla əlaqələndirmir

UEFA Millətlər Liqası: Niderland Yunanıstan yığmasını böyük hesabla məğlub edib

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteynə qalib gəlib

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub

ABŞ-də bütün hava limanlarında uçuşların dayandırılması barədə qərar verilib

Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb

Fon der Lyayen: Aİ Ukrayna ilə bağlı danışıqlarda atəşkəs və təhlükəsizlik zəmanətlərini prioritet sayır

Tusk: Polşa Ukrayna üçün silah alınmasını maliyyələşdirməyəcək

Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb

Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”

Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq

Aİ Rusiya ilə danışıqlar aparmaq üçün nümayəndə heyətinin tərkibini təsdiqləyib

Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz