BALAKƏNDƏ YENİ MEŞƏLİKLƏR SALINIR
Balakən Meşə Mühafizəsi və Bərpası Müəssisəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, intensiv meşə əkini planına uyğun olaraq cari ilin sonunadək müəssisə tərəfindən 83 hektarda yeni meşəliklərin salınması nəzərdə tutulmuşdur. Bu məqsədlə indiyədək 63 hektar torpaq sahəsi əkin üçün hazırlanmış, 10 hektarda yeni meşəliklər, o cümlədən 2 hektar sahədə yeni fındıq bağları salınmış, 15 hektara yaxın sahədə isə təbii bərpaya kömək tədbirləri həyata keçirilmişdir. Əkin zamanı tez inkişaf edən katalpa, akasiya, qoz, qovaq və digər qiymətli ağac növlərinə üstünlük verilir.
Bundan əlavə, payız-qış mövsümünün gəlməsi ilə əlaqədar olaraq idarə və təşkilatların, habelə şəhid ailələrinin odun yanacağına tələbatını ödəmək məqsədi ilə hazırda müəssisə tərəfindən lazımi tədbirlər davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]