Bakının ticarət dövriyyəsi azalıb
Bakı, 11 yanvar, AZƏRTAC
Ötən ilin 11 ayında Bakıda ticarət dövriyyəsi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,4 faiz azalaraq 19 milyard 202,8 milyon manat olub.
AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata istinadla xəbər verir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,9 faiz artaraq 9 milyard 752,9 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 7,9 faiz azalaraq 9 milyard 449,9 milyon manata bərabər olub. İstehlak məhsullarının 31,4 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 51,1 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 17,5 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.11.2026 [18:22]
ABŞ-nin kommersiya neft ehtiyatları 5 milyon barelədək artıb
- 13.11.2026 [18:08]
Oktyabrda qlobal neft təklifi 2,3 milyon barel artıb
- 13.11.2026 [17:55]
Azərbaycanda qeydiyyata alınmış işsiz şəxslərin sayı açıqlanıb
- 13.11.2026 [17:45]
Doqquz ayda 25,2 milyard manatlıq 4404 repo əqdi bağlanıb
- 13.11.2026 [17:42]