BAKIDA HAVA BULUDLU KEÇƏCƏKDİR
Bakı, 10 noyabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, noyabrın 11-də paytaxtda hava buludlu keçəcək, əvvəlki günlə müqayisədə temperatur gündüz iki dərəcə artacaqdır. Dağlıq və cənub rayonlarına arabir az yağış yağacaq, ölkənin digər bölgələrində isə hava əsasən yağmursuz keçəcəkdir. Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdləri ürək-damar xəstəlikləri olan insanlar üçün narahat doğurmayacaqdır.
Bakıda havanın temperaturu gecə müsbət 11-13, gündüz 15-17, Naxçıvanda gündüz 17-19, gecə 5-7, aran bölgəsində gündüz 17-19, gecə 12-14, dağlıq zonada gündüz 11-13, gecə 4-6 dərəcə təşkil edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]