Bakıda evdən 25 min manatlıq ətir oğurlanıb
Bakı, 18 sentyabr, AZƏRTAC
Bakıda evdən 25 min manatlıq ətir və 2 ədəd saat oğurlanıb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki mənzillərin birindən 25 min manat dəyərində ətir və 2 ədəd saat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini olan qadın müəyyən olunaraq saxlanılıb.
Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində isə sentyabrın 16-da rayon ərazisində yerləşən hamamdan 4400 manat pul oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini H. Eyvazov müəyyən olunaraq saxlanılıb.
Hər iki fakt üzrə araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.11.2026 [17:22]
“Zəfər əmanətlərinə qayğı ilə” sağlamlıq həftəsi başa çatıb
- 06.11.2026 [17:05]
Təqsirləndirilən daha iki şəxs Azərbaycana ekstradisiya edilib
- 06.11.2026 [16:58]