BAKIDA EKSPERTLƏR QRUPUNUN GÖRÜŞÜ KEÇİRİLİR
AZƏRTAC xəbər verir ki, BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin təşkilatçılığı ilə “Avropa” hotelində “Pekin Fəaliyyət Platforması, Minilliyin Bəyannaməsi və Minilliyin İnkişaf Məqsədlərinin həyata keçirilməsi ilə bağlı nailiyyətlər, boşluqlar və çətinliklər” mövzusunda ekspertlər qrupunun görüşü keçirilir. Qadın Problemləri üzrə Dövlət Komitəsi, regional təşkilatlar, qeyri-hökumət təşkilatları nümayəndələrinin təmsil olunduğu və fevralın 10-da başa çatacaq görüş Pekin Bəyannaməsi, Pekin Fəaliyyət Platforması, Minilliyin Bəyannaməsi və Minilliyin İnkişaf Məqsədləri arasında əlaqələrin qiymətləndirilməsinə həsr edilmişdir.
Tədbirdə respublikamızda həyata keçirilən qadın siyasəti, beynəlxalq sənədlərdə nəzərdə tutulan tələblərin icrası ilə bağlı görülən işlər diqqətə çatdırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.11.2026 [17:24]
Milli Məclisin növbəti iclaslarında hansı məsələlər müzakirə olunacaq?
- 13.11.2026 [16:42]
Azərbaycanın Zəfər Günü Sofiyada qeyd olunub
- 13.11.2026 [12:40]