BAKIDA “BİHE-2007” SƏRGİSİ AÇILMIŞDIR
AZƏRTAC xəbər verir ki, noyabrın 6-da Heydər Əliyev adına İdman- Konsert Kompleksində İteca Caspian şirkətinin Səhiyyə Nazirliyi, Ticarət və Sənaye Palatası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Stomatologiya Assosiasiyasının dəstəyi ilə təşkil etdiyi “BIHE-2007” səhiyyə sərgisi açılmışdır.
Səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirdi ki, bu illik səhiyyə sərgisi artıq ənənəyə çevrilmişdir. Bu il sərgidə 25 ölkədən 152 şirkətin məhsulları nümayiş etdirilir. Ekspozisiyanın sahəsi də ötən illərlə müqayisədə 10 faiz artırılmışdır. E.Ağayev dedi: “Prezident İlham Əliyevin siyasəti sayəsində Azərbaycan dinamik sosial-iqtisadi inkişaf yoluna çıxmışdır. İl ərzində tibb sahəsində də çoxlu müsbət dəyişikliklər baş vermişdir.
Hazırda bu sahəni böyük tikinti meydançası ilə müqayisə etmək olar. Ölkənin bütün bölgələrində tibb mərkəzləri, xəstəxanalar və klinikalar tikilir”.
Sərgidə şirkətlər farmakologiya, tibb avadanlığı, təcili yardım, diaqnostika, gigiyena vasitələri sahələrində və başqa sahələrdə məhsul və xidmətlərini təqdim etmişlər. Bir çox şirkət sərgidə ilk dəfə təmsil olunur.
Sərginin açılışında Türkiyə parlamentinin deputatı, Səhiyyə Komissiyasının rəhbəri Cövdət Erdo, Azərbaycan Ticarət və Sənaye Palatasının vitse-prezidenti Mehman Əhmədov, Azərbaycan Stomatologiya Assosiasiyasının prezidenti Rəna Əliyeva və İteca Caspian şirkətinin direktoru Fərid Məmmədov da çıxış etdilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]