Bakıda avtomobillərdən oğurluq edilib
Bakı, 13 mart, AZƏRTAC
Bakıda avtomobildən 3700 manat dəyərində oğurluq edilib.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Xətai rayonu ərazisində “Volvo” markalı bir avtomobildən 3700 manat dəyərində gödəkcə, noutbuk və açar, Nərimanov rayonu ərazisində isə “Mercedes” markalı digər avtomobildən qeyri-aşkar şəraitdə noutbuk oğurlanması barədə polisə məlumatlar daxil olub.
Oğurluq əməllərində şübhəli bilinən Bakı şəhər sakini Fikrət Cəfərov Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində müəyyən olunaraq saxlanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.11.2026 [18:47]
Asan yol, yoxsa sağlamlıq riski? VİDEO
- 17.11.2026 [18:31]
İşəgötürənlərin gender bərabərliyinin təmin olunmasında rolu müzakirə edilib
- 17.11.2026 [18:19]