Bakıda 2200 manat dəyərində moped oğurlanıb
Bakı, 15 sentyabr, AZƏRTAC
Xətai Rayon Polis İdarəsinin 36-cı polis bölməsinə sentyabrın 13-də M.Hadi küçəsindən S.Məcidzadənin 2200 manat dəyərində mopedinin oğurlanması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rəşad Cəlilov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.