Azərbaycan Dövlət İnformasiya Agentliyi

BAKI ENERJİ SAMMİTİNİN BƏYANNAMƏSİ

Bakı, 14 noyabr 2008-ci il

Biz, 2008-ci il noyabrın 14-də Bakı şəhərində keçirilmiş Enerji Sammitinin iştirakçıları, qlobal enerji təhlükəsizliyinin təmin edilməsinin vacibliyini təsdiqləyərək və Enerji Xartiyasına dair Müqavilədə şərh olunmuş əsas prinsipləri qəbul edərək, enerji daşıyıcılarının və onların beynəlxalq bazarlara çatdırılmasının qlobal siyasi və iqtisadi proseslərdə artmaqda olan rolunu nəzərə alaraq, enerji daşıyıcılarının dünya bazarlarına sabit şəkildə göndərilməsinin və onların nəqlinin təhlükəsizliyinin davamlı inkişafın ən mühüm və zəruri amili kimi bütün beynəlxalq birliyin mənafelərinə uyğun olmasını qeyd edərək, karbohidrogen mənbələrinin və onların istehlakçılara nəql edilməsi yollarının bazar iqtisadiyyatı, şəffaflıq, azad rəqabət və qarşılıqlı faydalılıq prinsipləri əsasında şaxələndirilməsinə tərəfdar olduğumuzu bildirərək, Xəzər regionunun karbohidrogen ehtiyatlarının mənimsənilməsi və enerji daşıyıcılarının beynəlxalq bazarlara nəql edilməsinin iri mərkəzlərdən biri və Avrasiya Neft Nəqli Dəhlizi sistemində ən mühüm element olmasını etiraf edərək, Xəzər regionunun karbohidrogen ehtiyatlarının beynəlxalq bazarlara nəql edilməsi üçün Avrasiya dəhlizi layihəsinin həyata keçirilməsini müsbət qiymətləndirərək və onun vacibliyini təsdiqləyərək,

aşağıdakıları bəyan edirik:

1. Enerji resurslarının hasilatçı ölkələri, tranzit ölkələri, istehlakçı ölkələri arasında qarşılıqlı surətdə faydalı əməkdaşlığın möhkəmlənməsinə və genişlənməsinə, regional investisiya enerji layihələrinin həyata keçirilməsi üçün zəruri əlverişli şərait yaradılmasına tərəfdar olduğumuzu təsdiq edirik.

2. Xəzər hövzəsindən neftin və qazın dünya və Avropa bazarlarına çatdırılması yollarının şaxələndirilməsinə yönəlmiş siyasətin davam etdirilməsini vacib hesab edirik.

3. İştirakçı dövlətlərin tələbatını daha tam təmin etməkdən ötrü Azərbaycanın təbii qazının regional və Avropa bazarlarına nəqli və tranziti üçün çoxvektorlu infrastrukturun yaradılmasına aid layihələrin həyata keçirilməsini dəstəklədiyimizi bildiririk.

4. Razılıq hissi ilə bildiririk ki, Xəzər hövzəsinin çox böyük yataqlarını dünya və Avropa bazarları ilə birləşdirən neftin və təbii qazın mənbələrinin və nəqli yollarının şaxələndirilməsi üzrə həyata keçirilən enerji layihələri regional əməkdaşlığın daha da möhkəmlənməsinə əhəmiyyətli dərəcədə kömək edir, rəqabət mühiti və enerji ehtiyatlarının hasilatçı ölkələri, istehlakçı ölkələri və tranzit ölkələrinin qarşılıqlı surətdə faydalı maraqlarının təmin edilməsi üçün daha əlverişli şərait yaradır.

5. Neftin və qazın dünya və Avropa bazarlarına çatdırılmasını səmərəli şəkildə təmin edən Bakı-Tbilisi-Ceyhan, Bakı-Novorossiysk, Bakı-Supsa neft kəmərlərinin, Bakı-Tbilisi-Ərzurum və Türkiyə-Yunanıstan qaz kəmərlərinin müsbət təcrübəsini və uğurla fəaliyyət göstərməsini qeyd edirik.

6. Avropa bazarlarına neft göndərilməsi üçün Avrasiya neft Nəqletmə Dəhlizi sistemində Odessa-Brodı neft kəmərinin işə salınmasının əhəmiyyətini etiraf edirik.

7. Karbohidrogenlərin etibarlı və təhlükəsiz nəqlinə zəruri şəraitin təmin edilməsi üçün iştirakçı ölkələrin səylərini birləşdirmək məqsədi ilə Xəzər-Qara dəniz-Baltik Enerji Tranziti Məkanının yaradılması təşəbbüslərini alqışlayırıq və bu işin davam etdirilməsinin vacibliyini qeyd edirik.

8. Krakov, Vilnüs və Kiyev enerji sammitlərinin qərarlarının həyata keçirilməsi çərçivəsində, o cümlədən yeni “Sarmatia” beynəlxalq boru kəməri müəssisəsi (BBKM) təşkilati strukturunun yaradılması və Odessa-Brodı-Plotsk-Qdansk neft kəmərinin istismarı üçün zəruri şərait yaradılmasına dair görülmüş təşkilati və əməli tədbirlərdən məmnunluğumuzu bildiririk.

9. Qazaxıstan neftinin Xəzər dənizindən və Azərbaycan Respublikasının ərazisindən keçməklə Avropa və dünya bazarlarına nəql edilməsi sisteminin yaradılmasına dair Xəzər regionunda görülən işləri alqışlayır və bəyənirik.

10. Neftin və qazın nəqli və tranziti üçün ən əlverişli rejim yaradılması və bu işin iqtisadi səmərəsinin artırılmasının əlavə imkanlarının nəzərdən keçirilməsini davam etdirməyi zəruri hesab edirik.

11. Müvafiq nazirliklərin, baş idarələrin, yanacaq-energetika kompleksləri və neft-qaz şirkətləri rəhbərlərinin Bakı Enerji Sammiti ərəfəsində keçirilmiş görüşünün nəticələrini, eləcə də sahəvi əməkdaşlığın möhkəmləndirilməsi və dərinləşdirilməsi, istehsal güclərinin və infrastrukturun inkişafı, enerji effektivliyi və enerjiyə qənaət sahəsində elmi-texniki informasiya və qazanılmış təcrübə mübadiləsi üzrə əldə edilmiş razılaşmaları nəzərə alırıq.

12. Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə yönəlmiş birgə layihələrin, xüsusən qazın nəqlinə, o cümlədən, Türkiyə-Yunanıstan-İtaliya İnterkonnektoru, Nabukko daxil olmaqla, Gürcüstan və Türkiyə ərazisi ilə tranzitinə dair layihələrin və başqa layihələrin həyata keçirilməsi üçün tərəflərin fəaliyyətinin əlaqələndirilməsinə yönəlmiş səyləri davam etdirmək barədə razılığa gəldik.

13. Bu Bəyannaməyə: Azərbaycan Respublikası, Bolqarıstan Respublikası, Macarıstan Respublikası, Yunanıstan Respublikası, Gürcüstan, İtaliya Respublikası, Latviya Respublikası, Litva Respublikası, Polşa Respublikası, Rumıniya, Amerika Birləşmiş Ştatları, Türkiyə Respublikası, Ukrayna, İsveçrə Konfederasiyası, Estoniya Respublikası və Avropa Komissiyası qoşulmuşdur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda aşan ağac səbəbindən evdə köməksiz vəziyyətdə qalan iki nəfər xilas edilib

İran XİN: ABŞ-nin Tehranın tələblərinə cavabları praktik deyil

Frankofoniya sammitində birlik çağırışı: Konqo və Ruanda arasında baş katib postu uğrunda gərginlik

Bu gün Avropa ölkələri Azərbaycanla əməkdaşlığın strateji əhəmiyyətini daha dərindən anlayırlar - ŞƏRH

ABŞ-də 10 mindən çox reysin ləğvindən sonra uçuşlara nəzarət sisteminin yenilənməsi gündəmə gəlib

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb VİDEO

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Bakıda küləyin sürəti 28 m/s-dək güclənib, Xınalığa və Şahdağa qar yağır - FAKTİKİ HAVA

“Mercedes-Benz” Almaniyadakı bəzi zavodlarını bağlamaq planını nəzərdən keçirir

İndoneziyada tufanlar nəticəsində 500-ə yaxın bina zərər görüb

Şon Daffi: ABŞ-də 10 mindən çox reysin ləğvinə səbəb olan nasaz qurğu aşkarlanıb

İsveç şahzadəsi Madlen uşaq serialını təqdim edib

Azərbaycan gimnastı gənclər arasında Dünya çempionatında tarixi bürünc medal qazanıb

Budapeştdə üçüncü Azərbaycan nar festivalı keçirilib

Estoniya Rusiya ilə sərhəd-keçid məntəqələrini bağlayacaq

Danimarkada milyon krondan çox qiyməti olan “Pokémon” kartlarını oğurlayıblar

Almaniyada görkəmli bəstəkar Arif Mirzəyevin xatirəsi anılıb

Gəncədə bağlı qapı arxasında köməksiz qalan azyaşlı xilas edilib VİDEO

Gəncədə bağlı qapı arxasında köməksiz qalan azyaşlı xilas edilib VİDEO

“Kür” komandasının baş məşqçisi: “Çair” komandası ilə cavab qarşılaşmasında həndbolçularımız bacardıqlarını etdilər

Bu saata olan əsas xəbərlər

Prezident İlham Əliyev: Ümummilli Liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur

Prezident: Radio və televiziya dövlətçilik ənənələrimizin, milli kimliyimizin və Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır

Husilər 600 Yəmən əsgərinin azad edildiyini açıqlayıblar

Azərbaycan Respublikasının televiziya və radio işçilərinə

Mixail Ulyanov: Digər ölkələr nüvə sınaqlarını bərpa etsə, Rusiya cavab tədbiri görəcək

Ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA

WP: ABŞ aviasiya tənzimləyicisi modernləşdirmə səbəbindən pozuntular riski barədə xəbərdarlıq alıb

Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb

Ağdam şəhərində gənc tibb işçilərinin konfransı keçirilib

Fransa prezidentliyinə namizəd ölkənin xarici işlər nazirini təlxək və dəli adlandırıb

Körfəzdə neftdaşıyan supertanker batıb

Ağstafada sursat partlayışı baş verib, bir nəfər ölüb

Ordubadda avtobusun aşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB 2 VİDEO

Ordubadda avtobusun aşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB 2 VİDEO

Nazir: Türkiyədə avtomobil yolları PUA-ların uçuş-enməsi üçün uyğunlaşdırılacaq

Milli Kitabxanada “16 Noyabr – Beynəlxalq Tolerantlıq Günü” adlı virtual kitab sərgisi təqdim olunub

ABŞ Yaponiyadakı bazasına F-15EX qırıcı təyyarələri yerləşdirib

Azərbaycanlı alim COP31-də su hövzələrində çirklənməyə dair model təqdim edəcək

Media və Yayım Şurasından XƏBƏRDARLIQ: Söyüdlü ilə bağlı yayılan dezinformasiya ictimai rəyi manipulyasiya etmək məqsədi daşıyır

Azərbaycan NATO-nun xeyriyyə tədbirində iştirak edib

Mesut Özer: SOCAR ilə əməkdaşlıqdan məmnunuq

Qazaxda yanğın hadisəsi baş verib, 3 ton ot yanıb VİDEO

Qazaxda yanğın hadisəsi baş verib, 3 ton ot yanıb VİDEO

“Qaraca qız” tamaşası yenidən Şəki səhnəsində məktəblilərə təqdim olunacaq

Cəlilabadda yaşayış evi yanaraq yararsız vəziyyətə düşüb

Türkiyəli deputat: Ölkələrimizin COP31-də də birgə iştirakı qardaşlığımızın növbəti təzahürüdür

Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan komandası Vətənə qayıdıb

COP30-dan COP31-ə velosipedlə gələn beynəlxalq qrup iqlim bayrağını Antalyaya çatdırıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İran: AEBA ABŞ-nin və Avropanın bəzi ölkələrinin təsiri altındadır

ADSEA sədri Naxçıvanda bir sıra inzibati binalara baxış keçirib

AK Parti rəsmisi: Azərbaycan–Türkiyə qardaşlığının gələcək nəsillərə ötürülməsi ən mühüm vəzifələrimizdəndir

“Starship” təkrar istifadə edilən raket sınağından uğurla keçib və orbitdən eniş meydançasına qayıdıb

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

İordaniya məhkəməsi kilsədə terror aktı törədən üç nəfəri edam cəzasına məhkum edib

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi – ŞƏRH

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Rəsmi Tehran Körfəz ölkələrini ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına logistik dəstək verməkdə ittiham edib

“The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir

Bu saata olan əsas xəbərlər

Balakəndə əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi olub

Tədqiqat: Dünyanın bütün regionları 1,5°C istiləşmə həddinə yaxınlaşır

Bəhreyn İranın bir neçə hava hücumunun qarşısını aldığını bəyan edib

ÜST Avropanı əqli sağlamlığı iqlim fəaliyyətinin bir hissəsinə çevirməyə çağırıb

FHN təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı maarifləndirmə tədbirləri keçirib

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa

Şəkidə gənclər arasında intellektual yarış keçirilib

APEC-in zirvə toplantısında 12 lider iştirak edəcək

Birjalarda qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

İsmayıllı “DOST Evi”nin 3 illik fəaliyyəti: 150 vətəndaşa xidmət, 80-dən çox layihə

SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqlayıb

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

Ərəb Koalisiyası Ər-Riyada atılan iki ballistik raketi zərərsizləşdirib

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir