Azərbaycan Dövlət İnformasiya Agentliyi

BAKI BİZNES MƏRKƏZDƏ GÖRÜŞ

Bolqarıstan Prezidenti Georgi Pırvanov oktyabrın 7-də Bakı Biznes mərkəzində Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlığa dair birgə komissiyanın ikinci iclasının iştirakçıları ilə görüşmüşdür.

Azərbaycan Baş nazirinin müavini ABİD ŞƏRİFOV görüşü açaraq demişdir: “Bolqarıstan Prezidentini ölkəmizdə bir daha salamlayıram. Sizi Azərbaycanda görməyimizə çox şadıq və bu görüşdə iştirak etmək üçün vaxt tapdığınıza görə sağ olun. Sizə məlumat verdiyimiz kimi, dünən Azərbaycan-Bolqarıstan komissiyasının birgə iclası keçirilmişdir. Doğrusu, hələlik iqtisadi münasibətlərlə öyünməli bir şey yoxdur. Bu gün qeyd olunduğu kimi, biz gələcək haqqında düşünməliyik. Bizim böyük planlarımız var. Gələcək münasibətlərimizi inkişaf etdirmək üçün görəcəyimiz işlər barədə ümid və inamla məlumat verə bilərik. Çox hörmətli Prezidentimiz də bu barədə Sizə danışmışdır. Bunun üçün Azərbaycanda bütün imkanlar var.

Sonra görüşdə iqtisadi inkişaf naziri FƏRHAD ƏLİYEV çıxış edərək dedi:

- Bolqarıstan Respublikasının Prezidenti çox hörmətli cənab Georgi Pırvanov!

Hörmətli qonaqlar, xanımlar və cənablar!

Avropa ölkələri ilə hərtərəfli münasibətlərin inkişaf etdirilməsi Azərbaycan üçün öncül istiqamətlərdən biridir. Bu mənada, Bolqarıstanla müxtəlif sahələrdə münasibətlərin inkişafı da ölkəmiz üçün maraq doğurur.

İkitərəfli münasibətlərimiz xalqlarımızın mənafelərinə uyğun olan qarşılıqlı surətdə faydalı və bərabər hüquqlu əməkdaşlıq əsasında qurulur.

Azərbaycanda ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış sosial-iqtisadi inkişaf strategiyası həyata keçirilir. Keyfiyyətcə yeni bazar iqtisadi münasibətlərinin yaradılması, mülkiyyət hüququnun təminatı, mülkiyyətin toxunulmazlığı prinsipinə riayət olunması, azad rəqabət şəraitinin yaradılması və bununla makroiqtisadi sabitliyə, ÜDM-in artımına, inflyasiyanın idarə edilən səviyyədə saxlanmasına nail olunması aparılan iqtisadi islahatların nəticəsidir.

Bu gün burada Azərbaycanın və Bolqarıstanın işgüzar dairələrinin nümayəndələri geniş təmsil edilmişlər. Azərbaycanda biznesin inkişafı üçün şəraitin yaradılması və sərmayə mühitinin yaxşılaşdırılması sahəsində aparılan islahatlar haqqında məlumat almaq qonaqlarımız üçün də maraqlı olacaqdır.

İqtisadi islahatların indiki mərhələsində qarşımızda duran vəzifələrin həlli üçün ölkəmizdə sahibkarlığın inkişafını sürətləndirmək, bu sektorun rolunu gücləndirmək və sosial-iqtisadi problemləri həll etmək, buna kömək göstərmək və ölkənin regionlarında sahibkarlığın mövcud potensialını işə salmaq lazımdır.

Təcili həllini gözləyən problemlərin nəzərdən keçirilməsi, sahibkarlarla dövlət orqanları arasında birbaşa dialoq yaradılması, habelə sahibkarlığa dövlət yardımının əsas istiqamətlərinin müəyyənləşdirilməsi məqsədi ilə Prezident Heydər Əliyev hələ 2002-ci ildə yerli və xarici sahibkarlarla görüşlər keçirmişdir. Bu görüşlərin nəticəsi olaraq, bir sıra mühüm fərmanlar imzalanmışdır. Həmin meyil bu gün də davam etdirilir.

Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2004-cü ilin fevralında sahibkarlarla görüşündə onları maraqlandıran bir çox məsələlər tam qarşılıqlı anlaşma və açıqlıq şəraitində müzakirə olunmuşdur. Sahibkarlar görüşün yekunlarını həm biznes mühitinin yaxşılaşmasında, həm də inkişaf üçün yeni imkanlar açılmasında əyani surətdə hiss etmişlər.

Misal üçün, sahibkarların dövlət tərəfindən dəstəklənməsi və maliyyə yardımı sistemi, texniki yardım, informasiya xidmətləri göstərilməsi, məsləhətlər verilməsi üzrə struktur yaradılmışdır. Bununla yanaşı, sahibkarlığın inkişafı və dəstəklənməsi üçün müvafiq qurumlar da təsis olunmuşdur. Bu işin və sərmayələrin qorunması və təşviqi üzrə lazımi normativ-hüquqi baza yaradılması nəticəsində Azərbaycan adambaşına düşən xarici sərmayələrin həcminə görə MDB ölkələri arasında liderlərdən biri olmuşdur.

Deyilənlərdən göründüyü kimi, ölkələrimizin təsərrüfat subyektləri arasında birbaşa əlaqələrin inkişaf etdirilməsi üçün bütün lazımi şərait yaradılmışdır. Bolqarıstanla Azərbaycan arasında gələcək əməkdaşlıq aşağıdakı istiqamətlərdə davam etdirilə bilər: yoxsulluğun azaldılmasına və iqtisadi inkişafa, kiçik və orta sahibkarlığın inkişafına, Azərbaycan regionlarının sosial-iqtisadi inkişafına dair proqramların həyata keçirilməsində Bolqarıstanın dövlət və özəl strukturlarının iştirakı; Azərbaycan müəssisələrinin özəlləşdirilməsində Bolqarıstan şirkətlərinin iştirakı; maşınqayırma, qara və əlvan metallurgiya, kimya sənayesi, yüngül sənaye, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində Azərbaycan sahibkarları ilə müştərək biznes yaradılması; müştərək müəssisələr yaradılması, turizm obyektlərinin tikilməsi və yenidən qurulması. Təbii ki, bundan ötrü müqavilə-hüquq bazasını genişləndirmək lazımdır.

X X X

Sonra görüşdə Bolqarıstan Baş nazirinin müavini, nəqliyyat və kommunikasiyalar naziri NİKOLAY VASİLYEV çıxış etdi. O dedi:

- Çox hörmətli Prezident!

Xanımlar və cənablar!

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Bolqarıstan Prezidenti Georgi Pırvanov Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında Birgə bəyannamə imzaladılar.

Azərbaycan Dövlət Teleqraf Agentliyi (AZƏRTAC) və Bolqarıstan Teleqraf Agentliyi (BTA) arasında əməkdaşlıq haqqında saziş, Azərbaycan Respublikasının hökuməti ilə Bolqarıstan Respublikasının hökuməti arasında səhiyyə və tibb elmi sahəsində, investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında, ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq haqqında, ticarət gəmiçiliyi haqqında, beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında sazişlər də imzalandı.

Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə müştərək komissiyanın ikinci iclasında bir sıra mühüm məsələlər müzakirə edildi və konkret qərarlar qəbul olundu. Tərəflər ticarət, sənaye, sərmayələr, kiçik və orta biznes və iqtisadiyyatın digər sahələrində, habelə təhsil, turizm sahəsində əməkdaşlığın müxtəlif cəhətlərini müzakirə etdilər.

Lakin statistika sahəsində problemlər var. Bolqarıstan mənbələrinin məlumatına görə, ötən il Azərbaycan mallarının Bolqarıstana ixracı cəmi bir neçə on min dollar olmuşdur. Azərbaycan tərəfinin məlumatına görə isə, bu rəqəm onlarca milyon dollara bərabərdir. Odur ki, biz bu problemləri birlikdə həll etməliyik.

X X X

Bolqarıstan Prezidenti Georgi Pırvanov görüşdə nitq söylədi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb

Hörmüz boğazında gəmiçilik trafiki müharibədən əvvəlki səviyyədən 65 faiz azdır

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək

Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər

ABŞ Ukrayna pilotlarının F-16 qırıcılarını idarə etməsi üzrə təlimləri davam etdirir

“Sky News”: Böyük Britaniyadakı ABŞ aviabazası üzərində naməlum dronlar aşkarlanıb

ABŞ-də dörd saatdan çox davam edən uçuş məhdudiyyəti aradan qaldırılıb

İraq ABŞ-nin himayəsi altında Hörmüz boğazından neft ixracını bərpa edib

Yeni Orlean limanı yaxınlığında gəmi qəzası nəticəsində 32 nəfər xəsarət alıb

“Bloomberg”: FTB ABŞ-də uçuşların dayandırılmasını kiberhücumla əlaqələndirmir

UEFA Millətlər Liqası: Niderland Yunanıstan yığmasını böyük hesabla məğlub edib

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteynə qalib gəlib

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub

ABŞ-də bütün hava limanlarında uçuşların dayandırılması barədə qərar verilib

Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb

Fon der Lyayen: Aİ Ukrayna ilə bağlı danışıqlarda atəşkəs və təhlükəsizlik zəmanətlərini prioritet sayır

Tusk: Polşa Ukrayna üçün silah alınmasını maliyyələşdirməyəcək

Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb

Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”

Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq

Aİ Rusiya ilə danışıqlar aparmaq üçün nümayəndə heyətinin tərkibini təsdiqləyib

Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz

DİN yeraltı keçiddən istifadə etməyən piyadalara müraciət edib

Azərbaycanda Geoloji parkın yaradılması istiqamətində işlər davam etdirilir

İraq boru kəmərlərinin mühafizəsi üzrə ixtisaslaşmış təhlükəsizlik qüvvələri yaradıb

Maliyyə Nazirliyinin kollegiyasında dövlət müəssisələri ilə işin təşkili nəzərdən keçirilib

BEA: Qlobal elektrikləşdirmə hədəfinin investorların marağını artıracağı gözlənilir

Aİ liderləri: Avropanın təhlükəsizliyi Ukrayna ilə bağlı sülh danışıqlarının bir hissəsi ola bilməz

® ABB istiqrazlarına investor marağı davam edir: iki buraxılış üzrə sifarişlər 22 milyon manatı keçdi

Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib

NDU-da “Əcəmi 900: İpək Yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb VİDEO

NDU-da “Əcəmi 900: İpək Yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb VİDEO

Almaniya gələn həftə Ukraynanın müttəfiqlərinin sammitini keçirəcək

“Evklid” missiyası 900 milyondan çox qalaktikanı müşahidə edib

Bundestaq Almaniyanın NATO-nun “Sea Guardian” missiyasında iştirakının müddətini uzadıb

İğdırda Zəfər Gününə həsr olunmuş müsabiqələrin qalibləri mükafatlandırılıb VİDEO

İğdırda Zəfər Gününə həsr olunmuş müsabiqələrin qalibləri mükafatlandırılıb VİDEO

Qazaxıstan Prezidenti ölkənin nəqliyyat sektorundakı vəziyyəti tənqid edib

“Sky”: Britaniyada “Microsoft” servislərində problemlər parlamentin və təcili xidmətlərin işinə təsir edib

Azərbaycanla Vyetnam arasında qarşılıqlı investisiyaların təşviqi imkanları nəzərdən keçirilib

Paris küçələrinə 60 minə yaxın etirazçının çıxacağı gözlənilir

Dövlət Komitəsinin sədri COP31 iştirakçılarına Azərbaycanın milli inkişaf prioritetləri haqqında məlumat verib

Dublin Sammiti: Prezident İlham Əliyevin diplomatiyası ölkənin mövqeyini gücləndirir

Bu saata olan əsas xəbərlər