AzMİU-da əməkhaqları artırılıb
Bakı, 11 oktyabr, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) əməkhaqlarının məbləği artırılıb.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, bununla bağlı rektor Gülçöhrə Məmmədova tərəfindən irəli sürülən təklif Elmi şurada müzakirə edilib və səsvermə ilə qəbul olunub. Qərara əsasən, universitetin professor-müəllim və inzibati idarəetmə heyətinin əməkhaqqısı 20 faiz, tədris-köməkçi və xidmətedici heyətin əməkhaqqısı isə 15 faiz artırılıb. AzMİU-da vergi tutulmalarından sonra ən aşağı əməkhaqqı 521 AZN təşkil edəcək. Universitetdə professorun əməkhaqqı vergi tutulmalarından sonra 1696 AZN, dosentin əməkhaqqı isə 1404 AZN təşkil edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.11.2026 [13:19]
AzTU-da tələbələrin akademik inkişaf imkanları təhlil edilib
- 16.11.2026 [13:18]
“Oxumaq və unutmaq paradoksu” kitabının təqdimatı olub
- 16.11.2026 [12:57]