AZƏRTAC-da bir iş günü - FOTOREPORTAJ
Bakı, 1 mart, AZƏRTAC
Bu gün 102 yaşını qeyd edən AZƏRTAC fəaliyyətini Prezident İlham Əliyevin Sərəncamı ilə tikilərək ötən ilin sonlarında açılışı olmuş dünya standartlarına uyğun, hər cür şəraitə malik yeni binada - Ağasadıq Gəraybəyli küçəsi, 63 ünvanında davam etdirir.
Prezidentin diqqət və qayğısı nəticəsində ərsəyə gəlmiş yaraşıqlı, ən müasir texnika və texnoloji vasitələrlə təchiz olunan binada bütövlükdə 225 əməkdaşın səmərəli çalışması, informasiyanın sürətlə hazırlanması, ötürülməsi və yayılması üçün maksimum imkanlar mövcuddur. Burada müasir üslublu “nyus-rum”la yanaşı, geniş akt və iclas zalları, kitabxana, yeməkxana, idman salonu da var.
AZƏRTAC-ın yeni ofisdəki bir iş gününü əks etdirən fotoreportajı təqdim edirik.