AZƏRBAYCANLI OFTALMO-VİTREORETİNAL CƏRRAHIN BÖYÜK UĞURU
Bakı, 25 noyabr (AZƏRTAC). Dünyanın ən gənc azərbaycanlı vitreoretinal cərrahı Tural Qəlbinurun oftalmologiya elmi jurnalları arasında ən yüksək reytinqli “British Journal Ophtalmology”nin son nömrəsində elmi işi çap olunmuşdur. Oftalmoloqların diqqətini cəlb edən elmi iş dünyada korluğun əsas səbəblərindən olan yaşabağlı makula degenerasiyalı xəstələrin müalicə probleminə həsr olunmuşdur. Cari ilin oktyabrında San-Fransisko şəhərində Amerika Oftalmologiya Akademiyasının konqresində gənc alimin elmi işi yüzlərlə tədqiqatın içərisindən seçilən ilk orijinal əsər kimi təqdim olunmuşdur.
Tibb elmləri namizədi T.Qəlbinur İsrailin Hebrev-Yerusəlim Universitetinin vitreoretinal cərrahiyə kafedrasında təhsil almışdır. Azərbaycan Prezidenti tərəfindən qəbul edilmiş Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının qalibi olan gənc mütəxəssis hazırda fəaliyyətini Toronto Universitetinin eyniadlı kafedrasında davam etdirir.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]