Azərbaycanın energetika naziri OPEC-in Baş katibi ilə görüşüb
Bakı, 2 iyun, AZƏRTAC
“Bakı Enerji Həftəsi” çərçivəsində energetika naziri Pərviz Şahbazov ilə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qays arasında görüş keçirilib.
AZƏRTAC Energetika Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, görüşdə Azərbaycanla OPEC+ formatında əməkdaşlıqdan məmnunluq ifadə edilərək, ölkəmizin neft bazarının tənzimləmə prosesində rolu yüksək qiymətləndirilib. Həmçinin enerjiyə artan tələbat fonunda karbohidrogenlər, o cümlədən neft sahəsinə investisiyaların vacibliyi qeyd olunub.
Azərbaycan Prezidentinin enerji növlərinin inkişafına dair rasional siyasəti OPEC-in Baş katibi tərəfindən yüksək qiymətləndirilib.
Söhbət zamanı qlobal neft bazarında inkişaf meyilləri, OPEC və qeyri-OPEC ölkələri tərəfindən hasilat öhdəliklərinin icra səviyyəsi və enerji balansında neftin gələcək roluna dair müzakirələr aparılıb. Azərbaycan iyulda keçiriləcək OPEC Beynəlxalq Seminarına dəvət edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.11.2026 [13:23]
Kənd təsərrüfatı məhsulu istehsalı 1,4 faiz artıb
- 13.11.2026 [13:20]
On ayda sənaye sektorunda 58,5 milyard manatlıq məhsul istehsal edilib
- 13.11.2026 [13:05]