Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanda Neftçilər Günü qeyd edilir

Azərbaycanda Neftçilər Günü qeyd edilir

“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il ötür

Bakı, 20 sentyabr, AZƏRTAC

Bu gün “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” Dövlət Neft Şirkəti (SOCAR) ilə dünyanın aparıcı neft şirkətləri arasında müqavilə imzalanmasından 32 il ötür. Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 16 avqust tarixli Sərəncamına əsasən, müqavilənin imzalandığı tarix - 20 sentyabr Azərbaycanda Neftçilər Günü kimi qeyd olunur.

Azərbaycanın yeni neft strategiyasının uğurlarının başlanğıcı

Təxminən 400 səhifə həcmində və dörd dildə tərtib olunmuş müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adını alıb. Müqavilədə 7 ölkənin 11 ən məşhur neft şirkəti iştirak edib. Bununla da müstəqil dövlətimizin neft strategiyasının və doktrinasının əsası qoyuldu. Bu qlobal layihə Azərbaycanın suveren dövlət kimi öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmini bütün dünyaya göstərdi, dövlət müstəqilliyinin mühüm təminatına çevrildi.

Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış “Əsrin müqaviləsi” respublikamızın salnaməsinə yeni neft strategiyasının şanlı səhifəsi kimi yazılıb. Bu müqavilə həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxildir.

AZƏRTAC ötən 32 ildə Azərbaycan neft sənayesinin keçdiyi inkişaf yolunun əsas mərhələlərinə, qazanılan nailiyyətlərə nəzər yetirir.

1997-ci il noyabrın 7-də “Əsrin müqaviləsi” çərçivəsində “Çıraq” platformasından ilkin neft alınıb. Noyabrın 12-də bu münasibətlə platformada Ulu Öndər Heydər Əliyevin, layihənin əməliyyatçısı olan bp şirkəti və tərəfdaşlarının nümayəndələrinin, xarici ölkələrdən gəlmiş qonaqların iştirakı ilə təntənəli mərasim keçirilib. Bu, Azərbaycanın yeni neft strategiyasının uğurlarının başlanğıcı idi. Bu hadisə ilə eyni vaxtda Azərbaycanın neft sənayesinin əlaqədar olduğu istehsal obyektlərinin beynəlxalq standartlara uyğun qurulmasının təməli qoyulub.

“Əsrin müqaviləsi”ndən sonra xarici şirkətlərlə daha 34 saziş imzalanıb. Bununla yanaşı, “Əsrin müqaviləsi” respublikada neft hasilatının böyük həcmdə artmasına səbəb olub. Neft hasilatı Azərbaycanın tarixində ən aşağı səviyyədən - 1997-ci ildəki 9 milyon tondan 2010-cu ildə 51 milyon tona çatıb. Başqa sözlə, hasilat 5,6 dəfə artıb.

1996-cı ilin yanvarında Azərbaycan neftinin Bakı-Novorossiysk marşrutu ilə nəql olunması haqqında Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında hökumətlərarası saziş imzalanıb. 1997-ci ilin oktyabrında həmin boru xətti istifadəyə verilib. 1998-ci ildə AÇG nefti fəaliyyəti bərpa edilmiş Bakı-Novorossiysk kəməri ilə Qara dəniz limanlarına ixrac edilməyə başlayıb.

“Əsrin müqaviləsi” çərçivəsində hasil ediləcək böyük neft həcmləri ilə müqayisədə bu kəmərin ötürücülük qabiliyyəti məhdud olduğundan ixrac boru kəmərlərinin çoxvariantlılığının zəruriliyi məsələsi gündəmə gəldi və alternativ variantlar üzərində ciddi iş aparılmağa başlanıldı. 1997-ci ildə Azərbaycan neftinin Bakı-Supsa marşrutu ilə nəqli haqqında ölkəmizlə Gürcüstan arasında saziş imzalandı. 1999-cu ilin aprelində Bakı-Supsa neft kəməri və Gürcüstanın Qara dəniz sahilindəki Supsa ixrac terminalı istismara verildi.

Lakin bu da kifayət etmirdi. Bakı-Supsa və Bakı-Novorossiysk boru kəmərləri Azərbaycanın getdikcə artan iri neft həcmlərini dünya bazarına ixrac etmək gücündə deyildi. Məhz buna görə də əsas ixrac neft boru kəmərinin qısa zamanda inşası zərurəti yarandı. Belə olan təqdirdə Ulu Öndər Heydər Əliyev Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft boru kəməri ideyasını gündəmə gətirdi. Respublikamızın həm daxildəki, həm də xaricdəki bədxahları beynəlxalq ictimai rəydə guya Azərbaycanın gələcəkdə bu kəmərlə ixrac etmək üçün kifayət qədər nefti olmayacağı barədə fikir yaratmağa çalışır, bu ideyanı utopiya hesab edirdilər. Lakin zaman Ulu Öndər Heydər Əliyevin bu konsepsiyasının tamamilə real, həm də iqtisadi cəhətdən səmərəli olduğunu göstərdi.

2002-ci ildə Ulu Öndər Heydər Əliyevin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməli qoyuldu. Bundan dörd il sonra Azərbaycan nefti BTC kəməri vasitəsilə Ceyhan limanına çatdırıldı. Hazırda bu kəmərin əhəmiyyəti bütün dünyada birmənalı etiraf olunur.

Bu gün Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri, eyni zamanda, ümumilikdə beynəlxalq enerji təhlükəsizliyi sistemi baxımından, eləcə də neft ixracı sahəsində ölkəmizlə uğurlu tərəfdaşlıq edən ölkələr, xüsusilə Mərkəzi Asiya dövlətləri üçün də müstəsna əhəmiyyət kəsb edir.

Kəmərin illik ötürücülük qabiliyyəti 50 milyon tondur ki, bunu da gələcəkdə 60 milyon tona çatdırmaq mümkündür. 1768 kilometr uzunluğa malik BTC boru kəməri 2006-cı ilin iyunundan istismardadır. Hazırda bu kəmərlə Azərbaycandan əsasən AÇG nefti və “Şahdəniz” kondensatı ötürülür. Bundan əlavə, kəmər vasitəsilə Türkmənistan və Qazaxıstan nefti də nəql olunur.

İndiyədək Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 4,7 milyard bareldən çox neft nəql olunub və Ceyhan limanında 6276 tankerə yüklənərək dünya bazarına göndərilib. Cari ilin yanvar-avqust aylarında bu kəmər vasitəsilə 16 milyon 746 min ton Azərbaycan nefti, həmçinin 3 milyon 28,5 min ton tranzit nefti nəql edilib.

Yarım ildə BTC üzrə əməliyyat xərclərinə 75 milyon dollar, əsaslı xərclərə isə 57 milyon dollar vəsait sərf edilib. “BTC Co.”nun səhmdarları belədir: bp (30,1 faiz), SOCAR (32,97 faiz), MOL (8,9 faiz), TPAO (6,53 faiz), “Eni” (5 faiz), “TotalEnergies” (5 faiz), “Itochu” (3,4 faiz), “ONGC Videş” (3,1 faiz), “ExxonMobil” (2,5 faiz) və İNPEKS (2,5 faiz).

Yeni neft strategiyasının gerçəkləşməsi ilə respublikamızın neft ehtiyatlarının istismarına böyük həcmdə xarici investisiyalar cəlb edildi. Təkcə onu demək kifayətdir ki, Dövlət Neft Şirkəti 15 ölkənin 25 şirkəti ilə imzalanmış hasilatın pay bölgüsü sazişində Azərbaycan dövlətini uğurla təmsil edir. HPBS-lər çərçivəsində 1995-2013-cü illərdə Azərbaycanın neft-qaz sektoruna təqribən 51,6 milyard dollar məbləğində sərmayə qoyulub.

SOCAR bu gün dünya standartlarına cavab verən, lazımi iqtisadi və texniki imkanları olan, Azərbaycandan kənarda da böyük layihələr həyata keçirən müasir bir şirkətdir.

“Yeni Əsrin müqaviləsi” - maraqların balansı

2017-ci il sentyabrın 14-də daha bir tarixi hadisənin şahidi olduq. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirildi. “Yeni Əsrin müqaviləsi” adlandırılan bu sazişi Azərbaycan Hökumətinin, SOCAR-ın, bp, “Chevron”, “Inpex”, “Statoil”, “ExxonMobil”, TP, “Itochu” və “ONGC Videş” şirkətlərinin rəsmiləri imzaladılar.

“Azəri-Çıraq-Günəşli” nəhəng neft yatağının işlənilməsində yeni dövr başladı. Yeni Sazişin ölkəmiz üçün çox böyük əhəmiyyəti var. Əvvəla, “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilədək uzadıldı. İkincisi, bu Sazişin şərtləri Azərbaycan üçün daha əlverişlidir.

2017-ci il həm də ölkəmiz üçün 2 milyardıncı ton neftin hasil edilməsi ilə əlamətdar oldu. Milyardıncı ton Azərbaycan nefti 1971-ci il martın 28-də çıxarılmışdı. Neftin ilk milyard tonunu hasil etməkdən ötrü Azərbaycan neftçiləri bir əsrlik yol keçdilər. Lakin neftin ikinci milyard tonunu çıxarmaq üçün isə qəhrəman neftçilərimizə yarım əsrdən də az bir vaxt - 46 il kifayət etdi. Üçüncü milyard ton neftin təqribən 2060-cı ildə hasil ediləcəyi proqnozlaşdırılıb.

Bir neçə məqama diqqət yetirək. Yeni Sazişə əsasən, SOCAR-ın AÇG-dəki iştirak payı 11,65 faizdən 25 faizə qaldırıldı. Beynəlxalq tərəfdaş şirkətlər Azərbaycan Respublikasının Dövlət Neft Fonduna 3,6 milyard dollar bonus ödəyəcək. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi isə 75 faiz təşkil edəcək. Beləliklə, ölkənin ümumi mənfəət göstəricisi 89,1 faiz təşkil edəcək ki, bu da gələcəkdə yeni strateji layihələrə başlamağa zəmin yaradacaq. 2050-ci ilədək AÇG-yə 40 milyard dollardan çox sərmayə qoyulması potensialı var.

AÇG üzrə əməkdaşlığın hüquqi bazası sonrakı illərdə də genişləndirilib. Belə ki, 2024-cü il avqustun 1-də SOCAR ilə AÇG layihəsində iştirak edən tərəfdaş şirkətlər arasında 2017-ci il tarixli Sazişə İkinci Qoşma imzalanıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2024-cü il noyabrın 29-da həmin İkinci Qoşmanın qəbul və təsdiq edilməsi, eləcə də həyata keçirilməsinə icazə verilməsi barədə Qanunu imzalayıb.

Qanunla İkinci Qoşma və ona əlavə edilmiş iki sənəd təsdiq edilib. Sənədlər AÇG üzrə tərəfdaşların hüquq və öhdəliklərini, eləcə də yataqların işlənilməsi çərçivəsində neft-qaz əməliyyatlarının həyata keçirilməsi ilə bağlı məsələləri tənzimləyir.

Beləliklə, AÇG üzrə 2017-ci ildə əldə edilmiş yeni razılaşmaların hüquqi çərçivəsi 2024-cü ildə imzalanmış və təsdiq edilmiş İkinci Qoşma ilə daha da möhkəmləndirilib.

AÇG-də böyük ehtiyatlar mövcuddur. 1994-cü ildə kontrakt imzalananda təxmin edilən neft ehtiyatları 511 milyon ton olsa da, sonralar yeni qiymətləndirmələrə əsasən, neft ehtiyatı 1 milyard ton həcmində müəyyən edilib.

Cari ilin birinci yarısında AÇG üzrə fəaliyyətlərə təqribən 268 milyon dollar əməliyyat və 733 milyon dollar isə əsaslı məsrəflər xərclənib. Yarım ildə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib, ümumi hasilat gündəlik orta hesabla 323 min barel və ya ümumilikdə təqribən 59 milyon barel, yəni 8 milyon ton olub. İyunun sonuna AÇG-də ümumilikdə 150 neft hasilat quyusu, 51 su və 11 qaz injektor quyusu istismarda olub. Yanvar-iyun aylarında AÇG-də 7 neft hasilatı quyusu, 3 su injektoru və 2 qaz injektoru quyusu qazılıb tamamlanıb.

Birinci yarımildə “bp Azerbaijan” şirkəti “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan Azərbaycan dövlətinə əsasən Səngəçal terminalından, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 11 milyon kubmetr, ümumilikdə isə 2 milyard kubmetr səmt qazı təhvil verib.

2026-cı ilin yanvar-iyun ayları ərzində Dövlət Neft Fonduna “Azəri-Çıraq-Günəşli” layihəsi çərçivəsində 4 milyard 374,9 milyon manat vəsait daxil olub. O cümlədən bu ilin 6 ayında Neft Fondunun “Şahdəniz” yatağı üzrə (qaz və kondensat) əldə olunan gəlirləri 437,1 milyon manat təşkil edib.

Bu uğurlar, eyni zamanda, Azərbaycan neftçilərinin fədakar əməyindən, zəngin təcrübəsindən və peşəkarlığından qaynaqlanır. Neftçilərimiz bütün dövrlərdə öz fədakarlığı, peşəkarlığı ilə cəmiyyətdə çox böyük hörmət qazanıblar. Onların qəhrəmanlığını vəsf edən şeirlər yazılıb, mahnılar bəstələnib, filmlər çəkilib. Neftçi əməyini yüksək qiymətləndirən Ulu Öndər Heydər Əliyevin Fərmanına əsasən “Əsrin müqaviləsi”nin imzalandığı gün - 20 sentyabr ölkəmizdə həm də neftçilərin peşə bayramı kimi qeyd edilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada bahalaşmaya və aşağı əməkhaqlarına qarşı kütləvi etiraz aksiyaları keçirilib

Lənkəranda bıçaqla ehtiyatsız davranan yeniyetmə xəsarət alıb

Marmara Universitetində Türkiyə-Azərbaycan münasibətlərinin mediada işıqlandırılması müzakirə edilib

ABŞ yeni termonüvə bombası hazırlamağı planlaşdırır

UEFA Millətlər Liqası: Danimarka Norveçlə heç-heçə edib, Ukrayna Gürcüstana qalib gəlib

İsveç Ukraynaya hərbi yardımı artırır

Əziz Ələkbərli: Gülarə Əliyevanın zəngin musiqi irsinin yaşadılması mühüm əhəmiyyət daşıyır

Ukrayna “Ramştayn” formatında keçirilən konfransın nəticələrini dəyərləndirib

Rutte: NATO ölkələri Ukraynaya silah alınması üçün ABŞ-yə 10 milyard dollardan çox vəsait ödəyib

Aktoti Raimkulova: Gülarə Əliyevanın yaradıcılığı bütövlükdə Türk dünyasının mədəni sərvəti və irsidir

Salyanda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub VİDEO

Salyanda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub VİDEO

Azərbaycanın Kudo üzrə yeganə dünya çempionu ikinci dəfə Avropa çempionu olub

Tanınmış bəstəkar Gülarə Əliyevanın xatirəsi anılıb VİDEO

Tanınmış bəstəkar Gülarə Əliyevanın xatirəsi anılıb VİDEO

Rusiyada An-12 təyyarəsinin qəzaya uğraması nəticəsində 17 nəfər həlak olub YENİLƏNİB

Qazaxın kəndlərində təsərrüfat sahiblərinin və fermerlərin müraciətləri dinlənilib

MDB ölkələri terror təhlükələrinə qarşı birgə mübarizə sahəsində əhəmiyyətli təcrübə toplayıblar

Alim: Süni intellekt tarixçini əvəz etməyəcək, amma keçmişin öyrənilməsinə yanaşmanı dəyişəcək

Azərbaycan və ABŞ arasında aqrar sahədə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Mobil telefon uşaq üçün bir növ “təsəlli örtüyü”nə çevrilib - Neyropsixiatr Teo Kompernollenin ŞƏRHİ

Qazaxda V İdman Festivalına start verilib

Göyçayda aqrar təsərrüfatlara növbəti baxış keçirilib

Özbək xoreoqraf: Azərbaycan rəqsi ilə ən yaxın oxşarlıqlar Fərqanə məktəbində müşahidə olunur

2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisdə birinci oxunuşda qəbul edilib - YENİLƏNİB VİDEO

2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisdə birinci oxunuşda qəbul edilib - YENİLƏNİB VİDEO

“Nvidia”nın maliyyə hesabatından sonra bazar dəyərində 335 milyard dollarlıq dəyişiklik gözlənilir

Muxtar Babayev: Azərbaycan üçün su təhlükəsizliyi strateji milli prioritetdir

Ankara Dövlət Konservatoriyasında “Nizami” simfoniyası təqdim ediləcək

COP31: Azərbaycan pavilyonunda “Xəzər dənizi üzrə yüksəksəviyyəli tədbir” keçirilib

Yoxlama oyunu: Azərbaycan millisi Omana ikinci dəfə qalib gəlib

Milli Dirçəliş Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

Futbol formasından əlfəcinədək... “Zumerlər” nəyi kolleksiya etməyi sevirlər? –  SORĞU

COP31-də ziyarətçilər 1926-cı və 2100-cü illərin iqlim şəraitini təcrübədən keçirirlər

Türk ekspert: 17 noyabr xalqın öz müqəddəratına sahib çıxmaq iradəsinin tarixə yazıldığı gündür

“Mançester Yunayted” almaniyalı futbolçunu transfer etmək istəyir

Asan yol, yoxsa sağlamlıq riski? VİDEO

Asan yol, yoxsa sağlamlıq riski? VİDEO

COP31 çərçivəsində “Antalya Okeanlar və Dənizlər Razılaşması” əldə olunub

Azərbaycanın yaşıl enerji potensialı Avropa ilə əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır - ŞƏRH

“Sıfır Atık’” Fondunun sədri: Azərbaycan və Türkiyə COP31-də ortaq ekoloji təşəbbüslərlə çıxış edir

İşəgötürənlərin gender bərabərliyinin təmin olunmasında rolu müzakirə edilib

Nyu-Yorkda Azərbaycanın Zəfər Gününə həsr olunan şahmat turniri

Britaniya İordan çayının qərb sahilində tikinti işlərində iştirak edən İsrail şirkətlərinə sanksiya tətbiq edib

Bakıdakı şadlıq saraylarında monitorinq: 47 obyektdən 41-də nöqsanlar aşkarlanıb

Bakı İqlim Fəaliyyəti Həftəsi qlobal İqlim Həftələri əməkdaşlığına qoşulub

Azərbaycan Aİ-nin Brüsseldə keçirilən nazirlər toplantısında təmsil olunub

Almaniyanın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycanda inklüziv təhsilə dəstək məqsədli layihə uğurla tamamlanıb

Birgə Bəyannamə Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni mərhələnin əsasını qoyur ŞƏRH

Şərq intibah poeziyasının Xaqanı - elmi-praktik konfrans

Qubada Şimal-şərqi Azərbaycanda erkən şəhər mədəniyyəti mövzusu müzakirə olunacaq

Azərbaycanlı və almaniyalı tədqiqatçılar plastik çirklənmənin həlli yollarını araşdırıblar

“Azərpoçt”un adından istifadə edilməklə yeni fişinq kampaniyası həyata keçirilir - XƏBƏRDARLIQ

® “Bakcell” gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib

Rusiyanın “Timeweb” hostinq provayderində genişmiqyaslı nasazlıq baş verib

Azərbaycan Ordusunun Baş Qərargah rəisi gürcüstanlı həmkarı ilə görüşüb

Siyasi şərhçi: Azərbaycanın enerji və nəqliyyat sahəsindəki mövqeyi Avropa üçün strateji əhəmiyyət daşıyır

Narkotik asılılığı ilə mübarizədə ailənin rolu: İsmayıllıda valideynlərlə görüş təşkil olunub

Ukrayna Müdafiə Qüvvələri “Qazprom”un neft emalı zavodunu vurub

Bu il 310 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

Mərkəzi Bankın nümayəndələri İsveçrə Milli Bankındakı effektiv iş mexanizmlərini nəzərdən keçiriblər

Zelenski: Krım körpüsü əməliyyatın yeddinci mərhələsində vurulub

İraq Türkiyəyə köhnə boru kəməri ilə neft nəqlini bərpa edib

Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib VİDEO

Prezident İlham Əliyev Almaniyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VİDEO

Dövlət rüsumlarının tətbiqi ilə bağlı qanunvericilikdə islahat: On doqquz sənədə dəyişiklik edilir

Beyin mərkəzləri Orta Dəhliz və Lapis Lazuli marşrutunun uzlaşdırılmasını müzakirə ediblər

“Azərpoçt” ötən il 90 milyondan çox maliyyə əməliyyatı həyata keçirib

"Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 300-ü ötüb

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Rusiya yanacaq təminatının sabitliyi üçün neft emalı zavodlarında təmiri sürətləndirir

“Azərpoçt”un fəaliyyətində süni intellekt və avtomatlaşdırmanın tətbiqi imkanları genişlənir

Poçt şəbəkələri Azərbaycan sahibkarlarının xarici bazarlara çıxışını asanlaşdıra bilər

Alimlər xroniki iltihabın yaranma mexanizmini araşdırmaq üçün yeni alət hazırlayıblar

“İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyinin şamil olunacağı qeyri-neft-qaz mallarının və onların ixrac edildiyi ölkələrin (ölkə qruplarının) Siyahısı”nın, “Bir ixrac gömrük bəyannaməsi üzrə ixrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi məbləğinin Yuxarı Həddi”nin və “İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyinin ödənilməsi ilə bağlı müraciət edilməsi və həmin müraciətlərə baxılması Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

UNEC süni intellekt üzrə regional mərkəzə çevrilməyi hədəfləyir

“İxrac daşıma dəstəyinin şamil olunacağı qeyri-neft-qaz mallarının və onların ixrac olunduğu ölkələrin (ölkə qruplarının) Siyahısı”nın, “İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi ilə bağlı müraciət edilməsi və həmin müraciətlərə baxılması Qaydası”nın və “Müxtəlif nəqliyyat növləri ilə (multimodal) daşımalar zamanı ixrac daşıma dəstəyi məbləğinin hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

AQTA əməkdaşları üçün ətraf mühit və insan hüquqları ilə bağlı təlim təşkil olunub

Aqrar Sığorta Fondu mütəxəssisləri əməkdaşlığa dəvət edir – Bölgələrdə təlimlər başlayır

Əfqanıstan rəsmisi: Azərbaycanla əlaqələrin möhkəmləndirilməsi regional əməkdaşlıq üçün yeni imkanlar yaradır

Tanınmış Formula 1 pilotu yenidən “Dakar” rallisində mübarizə aparacaq

Litva Hərbi Akademiyasının nümayəndə heyəti Azərbaycana səfər edib

“QS Dayanıqlılıq Reytinqi 2027”: UNEC liderdir

Tarixçi-alim: Azadlıq meydanında yüksələn üçrəngli bayraq milli dirçəlişimizin rəmzinə çevrilib

Əmək qanunvericiliyi müasir əmək bazarının reallıqlarına uyğunlaşdırılır

Anar Məcidov: Beynəlxalq poçt əməkdaşlığının dəyəri vətəndaş və biznes üçün yaratdığı real fayda ilə ölçülür – MÜSAHİBƏ

QUAD ölkələri liderlərinin Manilada görüşü keçirilir

Xalqın dirçəlişi onun öz gücünə inanması ilə başlayır - ŞƏRH

Azərbaycan məktəbliləri piko-peyk hazırlayacaqlar

“İpək Yolu Sığorta”nın lisenziyasının qüvvəsi məhdudlaşdırılıb

Azərbaycanın müdafiə naziri Gürcüstanın nümayəndə heyəti ilə görüşüb

Deputat: Milli Dirçəliş Günü xalqımızın azadlıq iradəsinin təcəssümüdür ŞƏRH

“Reuters”: Kennedi ABŞ-də qızılcanın nəzarətsiz yayılmasına yol verib

Gələn il üçün yaşayış minimumu ölkə üzrə 314 manat olacaq  VİDEO

Gələn il üçün yaşayış minimumu ölkə üzrə 314 manat olacaq  VİDEO

Parlament “İşsizlikdən sığorta fondunun 2027-ci il büdcəsi haqqında” qanun layihəsini birinci oxunuşda təsdiqləyib VİDEO

Parlament “İşsizlikdən sığorta fondunun 2027-ci il büdcəsi haqqında” qanun layihəsini birinci oxunuşda təsdiqləyib VİDEO

Mixail Malkin: Komanda hesabında ardıcıl üçüncü dəfə dünya çempionu olmaq böyük qürurdur

DSMF-nin 2027-ci il üzrə gəlirləri 9,2 milyard manatı ötəcək - büdcə layihəsi birinci oxunuşda təsdiqlənib

Bərpaçı: Tarixi eksponata hər müdaxilə onun taleyinə təsir edir

İKTA: İstehlakçılara göstərilən internet xidmətlərinin keyfiyyətinə daha sistemli nəzarət üçün əlavə imkanlar formalaşacaq

DSMF respublika üzrə birdəfəlik müavinətlərin ödənişini başa çatdırıb

Azərbaycan millisi seçmə mərhələni bir xalla başa vurub

Kiberhücumçular qlobal veb-saytlara zərərli kod yeridiblər

567 nömrəli marşrutun avtobusları yenilənir