Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCANDA İTAR-TASS GÜNLƏRİ UĞURLA KEÇDİ

AZƏRTAC-ın Moskva müxbiri xəbər verir ki, yanvarın 22-23-də Azərbaycanda keçirilmiş İTAR-TASS günlərində iştirak edən Rusiya nümayəndə heyəti Bakıdan dərin və parlaq təəssüratla qayıtmışdır.

İTAR-TASS-ın baş direktorunun birinci müavini Mixail Qusman AZƏRTAC-ın müxbiri ilə söhbətində səfər barədə xoş təəssüratını bölüşərək demişdir:

- İndi, Azərbaycanda İTAR-TASS günləri başa çatdıqdan sonra, o barədə düşünərkən anlayırsan ki, bu, həyatımızın iki günü, tarixin iki günü olsa da, o qədər zəngin, təəssüratlarla dolu keçmişdir, o qədər səmimiyyət, mehribanlıq və qonaqpərvərlik olmuşdur ki, adama elə gəlir Bakıda iki gün deyil, çox böyük müddət olmusan.

Agentliyimizin bütövlükdə Azərbaycanla, AZƏRTAC ilə çox sıx əlaqələri və əməkdaşlıq münasibətləri vardır. Zənnimcə, hamı xatırlayır ki, Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına ilk dövlət səfəri zamanı iki Prezidentin - Prezident Əliyevin və Prezident Putinin iştirakı ilə İTAR-TASS və AZƏRTAC arasında əməkdaşlıq haqqında saziş imzalanmışdır. Azərbaycanda İTAR-TASS günlərinin keçirilməsi bir növ əlaqələrimizin məntiqi inkişafı, həmkarlarımızla əldə etdiyimiz razılaşmaların məntiqi surətdə həyata keçirilməsidir. Lakin biz bilərəkdən elə etdik ki, günlər təkcə texniki danışıqlar xarakteri daşımasın, insanlarla görüşlərlə, ünsiyyətlə zəngin olsun, nümayəndə heyətimizin tərkibində təkcə jurnalistlər deyil, Rusiyanın aparıcı alimləri, artistləri, idman nümayəndələri də olsunlar və bu, Rusiyanın, Bakının tanınmış və hörmətli adamlarının öz həmkarları, dostları ilə səmimi söhbətinə çevrilsin. Şübhəsiz, azərbaycanlı həmkarlarımız hər şeyi yüksək səviyyədə təşkil etmişdilər və buna görə də bütün iştirakçılar, - onlar isə təxminən 150 nəfər idi, - adından, ilk növbədə, Azərbaycanda İTAR-TASS günlərinin keçirilməsini öz himayəsi altına götürmüş Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevə minnətdarlığımı bildirmək istəyirəm. Biz bilirik ki, o, günlərin təşkilinə dair müvafiq tapşırıqlar vermişdir, ən əsası isə, özü iştirakçılara çox böyük diqqət yetirmişdir. Mən mübaliğəsiz deyə bilərəm ki, dövlət başçısı ilə Prezident sarayında keçirilmiş görüş, Azərbaycanda İTAR-TASS günlərinin iştirakçıları ilə Prezidentin söhbət etdiyi o iki saat müstəsna dərəcədə maraqlı idi. Bu, çox səmimi, çox vacib söhbət idi. Düşünürəm ki, sizinlə indiki söhbətimiz AZƏRTAC xətti ilə yayılanadək, yəqin ki, Bakıda həmin görüşü televiziya ilə göstərəcəklər və hamı özü şahid olacaqdır. Lakin televiziya tamaşaçıları görüş iştirakçılarının hansı təəssüratlarla oradan çıxdığını görməyəcəklər. Təbii, həmkarlarım bilirlər ki, mən Azərbaycan Prezidentini çox yaxşı tanıyıram və ona çox böyük hörmət bəsləyirəm. Buna görə də onlar mənə yaxınlaşmağı və Prezident İlham Əliyevlə ünsiyyətdən aldıqları çox güclü impuls, çox güclü təəssürat barədə fikirlərini bölüşməyi özlərinə borc bilirdilər. Zənnimcə, İlham Heydər oğluna xoş olacaq ki, görüş iştirakçılarının bir çoxu müxtəlif vaxtlarda Heydər Əlirza oğlu Əliyevlə görüşmək, söhbət etmək şərəfinə nail olmuşdur. Bu görüşlər həm bizdə, İTAR-TASS-da, həm də Bakıda olmuşdur... Hamı İlham Heydər oğlunun Heydər Əlirza oğlunun necə gözəl, yüksək dərəcədə layiqli oğlu və onun işinin davamçısı olduğundan, Heydər Əlirza oğlu dühasının, onun məqsədinin, xeyir-duasının İlham Heydər oğlunda necə tam əksini tapdığından danışır. Bu, Prezidentlə görüş zamanı, onun bir sualı belə cavabsız qoymamasında və çox dərin, ən mühüm məsələlərə dair yüksək dərəcədə dəqiq cavab verməsində özünü xüsusilə büruzə verdi. Bu, həqiqətən, çox vacib idi.

Axşam isə o bizimlə qəbulda görüşdü. Burada da öz demokratikliyi, səmimiliyi ilə tədbir iştirakçılarında çox güclü təəssürat oyatdı.

Azərbaycanda İTAR-TASS günləri çox gərgin cədvəl üzrə keçirdi. Çünki tədbirlər çox idi. “Azərbaycan: 100 il TASS obyektivində” fotosərgisi açıldı. TASS fotoqrafları, - bizim agentliyin isə artıq 100 yaşı var, - bütün bu illər ərzində Azərbaycanın salnaməsini aparmışlar və zənnimizcə bu, çox maraqlı fotosərgi idi. O, Bakıdan sonra Rusiyanın müxtəlif şəhərlərində də nümayiş etdiriləcəkdir. Bu, Rusiyada Azərbaycan ili və Azərbaycanda Rusiya ili çərçivəsində olacaqdır. Bir sözlə, sərgi Rusiyanı gəzəcək və onun bir çox şəhərlərində Azərbaycan haqqında söhbət açacaqdır.

Biz Azərbaycan KİV-ləri nümayəndələrinin, iki ölkə politoloqlarının və ictimai xadimlərinin iştirakı ilə birgə informasiya məkanının problemləri və perspektivlərinə həsr olunmuş “dəyirmi masa” keçirdik.

Bütün bunlar onu göstərir ki, bu günlər çox vacib idi və iştirakçıların hamısının xatirində uzun illər qalacaqdır. Sizə bunu səmimi deyirəm, çünki biz təyyarədə uçarkən salon dolu idi və Bakıda keçirilmiş günlərlə bağlı heyrətini ifadə etməyən adam yox idi.

Mən bir daha təkrar etmək istəyirəm ki, biz hamımız Azərbaycan Prezidentinə, onun Aparatına, Aparatın şöbə rəhbərlərinə, respublikanın nazirlərinə çox minnətdarıq. Mənim üçün kimi isə ayırmaq çətindir, çünki onlar hamısı əl-ələ verib bizim üçün çox şey etmişdir.

Fürsətdən istifadə edərək, Azərbaycan Prezidenti İlham Əliyevə şəxsən təltif olunduğum yüksək mükafata görə bir daha səmimi minnətdarlığımı bildirmək istəyirəm. Bu, həqiqətən, mənə verilən çox yüksək qiymətdir. Yəqin ki, mən təltif olunanların çoxunun dediklərini təkrar edəcəyəm, lakin bu, həqiqətən, gələcəyə avansdır. Mən bu mükafata layiq olmaq üçün əlimdən gələni edəcəyəm.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb

Hörmüz boğazında gəmiçilik trafiki müharibədən əvvəlki səviyyədən 65 faiz azdır

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək

Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər

ABŞ Ukrayna pilotlarının F-16 qırıcılarını idarə etməsi üzrə təlimləri davam etdirir

“Sky News”: Böyük Britaniyadakı ABŞ aviabazası üzərində naməlum dronlar aşkarlanıb

ABŞ-də dörd saatdan çox davam edən uçuş məhdudiyyəti aradan qaldırılıb

İraq ABŞ-nin himayəsi altında Hörmüz boğazından neft ixracını bərpa edib

Yeni Orlean limanı yaxınlığında gəmi qəzası nəticəsində 32 nəfər xəsarət alıb

“Bloomberg”: FTB ABŞ-də uçuşların dayandırılmasını kiberhücumla əlaqələndirmir

UEFA Millətlər Liqası: Niderland Yunanıstan yığmasını böyük hesabla məğlub edib

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteynə qalib gəlib

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub

ABŞ-də bütün hava limanlarında uçuşların dayandırılması barədə qərar verilib

Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb

Fon der Lyayen: Aİ Ukrayna ilə bağlı danışıqlarda atəşkəs və təhlükəsizlik zəmanətlərini prioritet sayır

Tusk: Polşa Ukrayna üçün silah alınmasını maliyyələşdirməyəcək

Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb

Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”

Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq

Aİ Rusiya ilə danışıqlar aparmaq üçün nümayəndə heyətinin tərkibini təsdiqləyib

Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz

DİN yeraltı keçiddən istifadə etməyən piyadalara müraciət edib

Azərbaycanda Geoloji parkın yaradılması istiqamətində işlər davam etdirilir

İraq boru kəmərlərinin mühafizəsi üzrə ixtisaslaşmış təhlükəsizlik qüvvələri yaradıb

Maliyyə Nazirliyinin kollegiyasında dövlət müəssisələri ilə işin təşkili nəzərdən keçirilib

BEA: Qlobal elektrikləşdirmə hədəfinin investorların marağını artıracağı gözlənilir

Aİ liderləri: Avropanın təhlükəsizliyi Ukrayna ilə bağlı sülh danışıqlarının bir hissəsi ola bilməz

® ABB istiqrazlarına investor marağı davam edir: iki buraxılış üzrə sifarişlər 22 milyon manatı keçdi

Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib

NDU-da “Əcəmi 900: İpək Yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb VİDEO

NDU-da “Əcəmi 900: İpək Yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb VİDEO

Almaniya gələn həftə Ukraynanın müttəfiqlərinin sammitini keçirəcək

“Evklid” missiyası 900 milyondan çox qalaktikanı müşahidə edib

Bundestaq Almaniyanın NATO-nun “Sea Guardian” missiyasında iştirakının müddətini uzadıb

İğdırda Zəfər Gününə həsr olunmuş müsabiqələrin qalibləri mükafatlandırılıb VİDEO

İğdırda Zəfər Gününə həsr olunmuş müsabiqələrin qalibləri mükafatlandırılıb VİDEO

Qazaxıstan Prezidenti ölkənin nəqliyyat sektorundakı vəziyyəti tənqid edib

“Sky”: Britaniyada “Microsoft” servislərində problemlər parlamentin və təcili xidmətlərin işinə təsir edib

Azərbaycanla Vyetnam arasında qarşılıqlı investisiyaların təşviqi imkanları nəzərdən keçirilib

Paris küçələrinə 60 minə yaxın etirazçının çıxacağı gözlənilir

Dövlət Komitəsinin sədri COP31 iştirakçılarına Azərbaycanın milli inkişaf prioritetləri haqqında məlumat verib

Dublin Sammiti: Prezident İlham Əliyevin diplomatiyası ölkənin mövqeyini gücləndirir

Bu saata olan əsas xəbərlər

Dublində diplomatik gündəm: Azərbaycan faktoru VİDEO

Dublində diplomatik gündəm: Azərbaycan faktoru VİDEO