AZƏRBAYCANDA İMMUNLAŞDIRMA HƏFTƏSİ BAŞLAMIŞDIR
Bakı, 26 aprel (AZƏRTAC). Azərbaycanda İmmunlaşdırma Həftəsi başlamışdır. Məqsəd uşaqlar arasında respirator xəstəliklərdən ölüm və xəstələnmə hallarının azaldılması üçün yeni vaksinlərin tətbiq edilməsi, planlı immunlaşdırma əhatəsinin genişləndirilməsi ücün əhalinin məlumatlandırılma səviyyəsinin yüksəlməsi, qızılca və məxmərək xəstəliklərinin aradan qaldırılması istiqamətində nəzarətin gücləndirilməsidir.
İmmunlaşdırma həftəsi ərzində planlı immunlaşdırmadan hər hansı bir səbəbdən kənarda qalan uşaqların milli peyvənd təqviminə uyğun peyvəndlərlə əhatə olunması yerli tibbi müəssisələr tərəfindən təmin ediləcəkdir.
Qeyd edək ki, Dünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun İmmunlaşdırma Həftəsi təşəbbüsünə Azərbaycan 2007-ci ildə qoşulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]