Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan yeni dünya düzənində ŞƏRH

Azərbaycan yeni dünya düzənində  ŞƏRH

Bakı, 13 yanvar, AZƏRTAC

Yeni dünya düzəni özündə beynəlxalq əməkdaşlıq və təhlükəsizlik sistemini ehtiva edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibədə bu sistemin formalaşdırılmasının prinsipləri və ünsürləri, o cümlədən Azərbaycan Respublikasının bu sistemdə yeri müəyyən edilir. Müsahibəyə uyğun olaraq, yeni beynəlxalq əməkdaşlıq və təhlükəsizlik sisteminin formalaşmasının BMT Nizamnaməsində təsbit olunan və ümumməcburi xarakteri daşıyan beynəlxalq hüququn qəbul edilmiş prinsiplərinə - dövlətlərin suveren bərabərliyi, ərazi bütövlüyü, daxili işlərə qarışmamaq, mübahisələrin dinc yolla həll edilməsi, beynəlxalq əməkdaşlıq və sairə əsaslanmalıdır. Qeyd olunmalıdır ki, yeni təhlükəsizlik sisteminin formalaşmasında beynəlxalq əməkdaşlıq həm hüquqi əsas, həm də beynəlxalq hüququn digər prinsiplərinin realizə vasitəsi qismində çıxış edir. Bu baxımdan beynəlxalq əməkdaşlıq həm dövlətlər arasında ayrı-seçkiliyə, həm də hər hansı meyara əsaslanan irqi ayrı-seçkiliyə yol verilməməsinə, revanşist meyillərdən istifadə edilməməsinə əsaslanmalıdır. Dayanıqlı iqtisadi inkişaf, müasir geostrateji maraqların uzlaşdığı coğrafiyada yerləşməsi, regional siyasi və hərbi gücə malik olması, şərq və qərb arasında enerji və yük daşınması qovşağı olması və digər amillər yeni dünya düzənində Azərbaycan Respublikasının özünün milli maraqlarına uyğun əməkdaşlıq etməyi bacaran fəal aktor rolunda çıxış etməsini şərtləndirir.

Bu fikirləri AZƏRTAC-a Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı hüquq üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev şərhində söyləyib.

Yeni dünya düzənində Azərbaycanın əməkdaşlıq siyasətindən danışan alim bildirib ki, birincisi, ölkəmiz beynəlxalq hüququn müəyyən etdiyi çərçivədə əməkdaşlıq formasını seçməkdə sərbəstdir. Bu kontekstdə qonşu dövlətlərlə münasibətlərdə ikitərəfli əməkdaşlıq ən səmərəli forma hesab edilir. Qeyd olunmalıdır ki, bu formadan təcrübədə istifadə edilməsi istiqamətində Azərbaycan Respublikası Avropa İttifaqının 10 dövləti ilə strateji əməkdaşlıq sazişi imzalayıb. Hərçənd ikitərəfli əməkdaşlıq regional və ya universal səviyyədə həyata keçirilən əməkdaşlığı istisna etmir. Özünün milli maraqlarına uyğun olaraq Azərbaycan Respublikası istənilən regional, subregional və universal beynəlxalq qurumlarda iştirak edir. Təsadüfi deyildir ki, etibarlı əməkdaş olması səbəbindən Azərbaycan Respublikasının 2011-ci ildə üzv olduğu Qoşulmama Hərəkatına 2019-2022-ci illər üzrə sədrliyi bir il uzadılıb. Azərbaycan Respublikasının bu və ya digər beynəlxalq təşkilatda iştirak etməsi, onun eyni sferada fəaliyyət göstərən digər beynəlxalq təşkilatlara üzv olmasını istisna etmir. Belə ki, müsəlman dünyasının bir hissəsi olaraq Azərbaycan Respublikasının İslam Əməkdaşlıq Təşkilatında iştirak etməsi, onun müsəlman dövlətlərinin digər bir birliyi olan D-8 təşkilatına üzv olmasına maneə deyildir. Qapalı xarakterli bəzi beynəlxalq təşkilatlarda iştirak dövlətin iqtisadi və siyasi nüfuzu ilə şərtlənə bilər. Məhz bu səbəbdən Azərbaycan D-8 təşkilatına üzv olub. Bu təşkilat bir milyarddan çox əhalisi olan və müsəlman ölkələrinin iqtisadiyyatının 60 faizini təşkil edən səkkiz müsəlman dövlətini özündə birləşdirir. Azərbaycanın bu təşkilata yeni üzv olaraq qəbul edilməsi, onun iqtisadi sferada əməkdaşlığının genişlənməsinə şərait yaradacaq. Digər tərəfdən Azərbaycan Respublikası Türk dünyasının bir hissəsini təşkil edir. Bu xüsusiyyət onun türk dövlətlərinin yaratdığı beynəlxalq təşkilatlarda iştirak etməsini şərtləndirir. Bundan çıxış edən respublikamız Türk Dövlətləri Təşkilatının yaradılmasında fəal iştirak edib və onun inkişaf etdirilməsində əhəmiyyətli rol oynayır. Bu təşkilat mövcud güc balansını təmin etməklə yeni dünya düzəninin formalaşmasına təkan verəcəkdir.

“İkincisi, yeni dünya düzəninin formalaşması ekoloji təhlükəsizliyin təmin edilməsindən birbaşa asılıdır. Ekoloji təhlükəsizlik müasir beynəlxalq təhlükəsizlik sisteminin əsas ünsürünə çevrilib. Ekoloji təhlükəsizliyin təmin edilməsi kontekstində iqlim dəyişikliyinin qarşısının alınması mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə dövlətlərin əməkdaşlıqdan yayınması və beynəlxalq öhdəliklərinə etinasız yanaşması, nəticə etibarilə ətraf mühiti daha çox cirkləndirən dövlətlərlə (Qlobal Qərb) və bundan əziyyət çəkən dövlətlər (Qlobal Cənub) arasında disbalansın (etimadsızlığın) yaranmasına səbəb olur. Bunun qarşısının alınması və aradan qaldırılması istiqamətində respublikamızın töhfəsini COP29-la müəyyən etmək olar. Azərbaycan Respublikası istixana qazlarının emissiyası baxımından bir o qədər böyük paya malik olmasa da, COP29 vasitəsilə dünya dövlətlərinin bir araya gəlməsini təmin etdi. Belə ki, COP29 karbon bazarı ilə bağlı on il ərzində əldə edilə bilməyən uzlaşma, Paris Sazişinin 6-cı maddəsi üzrə razılaşma əldə edildi. Karbon bazarı üzrə maliyyələşmə məbləği növbəti illər üçün 300 milyard dollar müəyyən edildi. Bu baxımdan “Bakı Nailiyyəti” adlandırılan COP29-u ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində beynəlxalq əməkdaşlığın başlanğıcı hesab etmək olar”, - deyə o əlavə edib.

Yeni dünya düzəninin formalaşmasında enerji təhlükəsizliyinin əhəmiyyətli rol oynadığını vurğulayan Z.Əliyev bildirib ki, bu baxımdan Azərbaycan yaşıl enerjinin istehsalında və Avropa dövlətlərinin bu enerji ilə təchiz olunmasında böyük rola malikdir. Avropanın enerji təhlükəsizliyi müəyyən mənada Azərbaycan Respublikası tərəfindən qaz təchizatının təmin edilməsindən asılıdır. Son dövrdə Cənub Qaz Dəhlizi vasitəsilə qaz təchizatı coğrafiyasının genişlənməsi, Avropanın enerji təhküləsizliyinin təmin edilməsində respublikamızın əhəmiyyətini sübut edir. Belə ki, hazırda 12 ölkə, o cümlədən səkkizi Avropa İttifaqının üzvü olan on Avropa ölkəsinin daxili qaz istehlakının yarısı Azərbaycan qazı ilə təmin edilir.

“Azərbaycanın son illər əldə etdiyi bütün nailiyyətlər və uğurlar həm də onunla bağlıdır ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev hər zaman öz xalqı ilə fəxr edir və xalqının yanında və arxasında dayanır.

Prezident İlham Əliyevin müsahibədə səsləndirdiyi “Mən də bilirəm ki, arxamda Azərbaycan xalqı dayanır. Azərbaycan xalqı da bilir ki, mən onun arxasında dayanıram, yəni bu, xüsusi bir hissdir” fikri qəlblərdə şüara çevrilmiş oldu”, - deyə dekan fikrini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

COP30-dan COP31-ə velosipedlə gələn beynəlxalq qrup iqlim bayrağını Antalyaya çatdırıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İran: AEBA ABŞ-nin və Avropanın bəzi ölkələrinin təsiri altındadır

ADSEA sədri Naxçıvanda bir sıra inzibati binalara baxış keçirib

AK Parti rəsmisi: Azərbaycan–Türkiyə qardaşlığının gələcək nəsillərə ötürülməsi ən mühüm vəzifələrimizdəndir

“Starship” təkrar istifadə edilən raket sınağından uğurla keçib və orbitdən eniş meydançasına qayıdıb

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

İordaniya məhkəməsi kilsədə terror aktı törədən üç nəfəri edam cəzasına məhkum edib

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi – ŞƏRH

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Rəsmi Tehran Körfəz ölkələrini ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına logistik dəstək verməkdə ittiham edib

“The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir

Bu saata olan əsas xəbərlər

Balakəndə əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi olub

Tədqiqat: Dünyanın bütün regionları 1,5°C istiləşmə həddinə yaxınlaşır

Bəhreyn İranın bir neçə hava hücumunun qarşısını aldığını bəyan edib

ÜST Avropanı əqli sağlamlığı iqlim fəaliyyətinin bir hissəsinə çevirməyə çağırıb

FHN təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı maarifləndirmə tədbirləri keçirib

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa

Şəkidə gənclər arasında intellektual yarış keçirilib

APEC-in zirvə toplantısında 12 lider iştirak edəcək

Birjalarda qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

İsmayıllı “DOST Evi”nin 3 illik fəaliyyəti: 150 vətəndaşa xidmət, 80-dən çox layihə

SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqlayıb

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

Ərəb Koalisiyası Ər-Riyada atılan iki ballistik raketi zərərsizləşdirib

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT