Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİNİN ŞƏRƏFİNƏ

Xəbər verdiyimiz kimi, avqustun 25-də Berlinin “Adlon” hotelində Almaniyanın məşhur Siemens şirkəti tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə işgüzar şam yeməyi təşkil olunmuşdur.

Almaniyanın tanınmış şirkətlərinin rəhbərlərinin də dəvət olunduqları görüşü Şərqi Avropa Münasibətləri Komitəsi rəyasət heyətinin üzvü, Siemens şirkəti idarə heyəti sədrinin müavini RUDİ LAMPREXT açaraq dedi:

- Cənab Prezident!

Azərbaycandan olan möhtərəm qonaqlar!

Xanımlar və cənablar!

Bu gün xüsusi bir gündür. Yalnız ona görə yox ki, biz sizinlə buradayıq, həm də ona görə ki, cəmi 30 dəqiqə əvvəl Azərbaycan Olimpiya oyunlarında qızıl medal qazandı. Bu hadisə bugünkü axşam üçün yaxşı başlanğıcdır.

Cənab Prezident, böyük şərəfdir ki, bu gün Sizi Şərqi Avropa Münasibətləri Komitəsi adından salamlayıram. Mən məmnunam ki, Almaniya biznesi adından Sizi salamlayıram. Təmsil olunan şirkətlər Azərbaycanla uzun illər boyu iş təcrübəsinə malikdirlər. Bəziləri maraqlı layihələri həyata keçirirlər, bəziləri isə münasibətləri yenicə qururlar. Məmnunam ki, bu görüş Berlində baş tutur. Biz bir ildən çoxdur ki, bu görüşə hazırlaşırdıq. Cənab Prezident, son 8 ildə iki dəfədir ki, Komitə Azərbaycanın ən yüksək nümayəndəsi ilə görüşür.

Hamımıza məlumdur ki, Azərbaycan Almaniya biznesi üçün çox vacib və maraqlı tərəfdaşdır. Avropa Birliyinin genişlənməsi və yeni qonşuluq proqramı ilə onun əhəmiyyəti daha da artır. Zənnimcə, bunu deməklə elə bir sirr açmıram ki, Şərqi Avropa Münasibətləri Komitəsi Avropa Birliyinin daha da genişlənməsi və Cənubi Qafqaz ölkələrini əhatə etməsi planına sadiqdir və bu yöndə işləmək əzmindədir.

Azərbaycan dinamik şəkildə inkişaf edən və genişlənən potensial bazardır. İqtisadi göstəricilər özlüyündə hər şeyi izah edir. Son bir neçə ildə 10 faizdən də çox artan ümumi daxili məhsul Azərbaycan iqtisadiyyatını dünyada ən sürətlə artan iqtisadiyyatlar sırasına daxil etmişdir. Müqayisə etsək görərik ki, ölkənin iqtisadiyyatı Amerika Birləşmiş Ştatlarının iqtisadiyyatından 4 dəfə sürətlə artır və Avropa Birliyi iqtisadiyyatından 12 dəfə sürətlə inkişaf edir. Hətta iqtisadiyyatın miqyasının çox yüksək olmadığını nəzərə aldıqda belə, bunlar çox valehedici rəqəmlərdir. Amma o fakt da vardır ki, iqtisadi artım, əsasən, neftin qiymətindən asılıdır. Bu, neft hasilatı və ixracını təşviq edir, dövlət gəlirlərinin, büdcə mədaxilinin artmasına imkan yaradır. Bununla belə, iqtisadiyyatın davamlı artımı yalnız Azərbaycanın iqtisadi islahatlar siyasətini davam etdirəcəyi və özü də uğurla davam etdirəcəyi təqdirdə mümkündür.

Bu baxımdan neft və qaz sektoru digər sektorları arxasınca apara biləcək lokomotiv rolunu oynaya bilər. Uzunmüddətli baxımdan isə, iqtisadiyyatda özünü təminetmə prinsipi gözlənilməlidir. Digər sektorlar da, belə bir metafora işlətsək, özləri lokomotivə çevrilməlidirlər.

Təəssüflər olsun ki, Qafqaz hələ də sabitlik məkanı deyildir. Bunun da regionun iqtisadi inkişafına mənfi təsiri olur. Biz Azərbaycanın həm ölkədaxili, həm də beynəlxalq sabitliyi təmin etmək səylərini alqışlayırıq. Hökumətin üzərində işlədiyi yoxsulluğun azaldılması proqramı sabitliyin əldə olunmasında əsas rol oynayacaqdır. İqtisadi artım da yoxsulluğa qalib gəlmək yolunda aparıcı rol oynayır. Almaniya biznesi adından mən istərdim ki, davamlı inkişaf əldə etmək işində Sizə uğurlar arzulayım.

Azərbaycan və Almaniya bir-birinə loyal tərəfdaşlardır. Ölkələrimiz arasında ticarət davamlı şəkildə inkişaf edir və hazırda 400 milyon avro həddinə çatmışdır. Bu göstəriciyə baxmayaraq, hamımız bilirik ki, işbirliyi potensialından tam istifadə olunmayıbdır. Azərbaycan Müstəqil Dövlətlər Birliyində bizim 5-ci böyük ticarət tərəfdaşımızdır. Bununla belə, Azərbaycanla ikitərəfli ticarət çox azdır. Sərmayə qoyuluşu da hər iki tərəf üçün qənaətbəxş deyildir. Mən əminəm ki, Azərbaycan iqtisadiyyatı inkişafının ikinci fazasında bu ölkəyə gələn alman şirkətlərinin sayı artacaqdır. Xüsusilə də elektrik stansiyaları, tikinti, yüngül sənaye, informasiya texnologiyaları, telekommunikasiya sahəsində geniş imkanlar mövcuddur. Təhlükəsizlik texnologiyası, kənd təsərrüfatı sahəsində də imkanlar böyükdür.

Son bir neçə il müddətində çoxlu əlaqələr yaradılmış və komitələr müvafiq iş aparmışlar. Hökumətlər arasında sərmayə və ticarət üzrə işçi qrupu vardır. Xüsusi birgə biznes qrupu yaradılmışdır, oraya daxil olan şirkətlərin məqsədi ikitərəfli biznesi inkişaf etdirmək və çətinlikləri aradan götürməkdir. Bir neçə ay əvvəl 17 milyon avroluq yardım təsis etmək qərara alındı ki, bu vəsait də 2004-2005-ci illər üçün ikitərəfli biznes münasibətlərinin genişlənməsinə sərf olunacaqdır. Almaniya İnkişaf Agentliyinin Azərbaycanda ofisi var, onun da əsas məqsədi müxtəlif layihələri, o cümlədən biznes sahəsində olan layihələri həyata keçirməyə yardım etməkdir. Ticarət münasibətlərinin inkişaf etdirilməsi üzrə Almaniya-Azərbaycan Assosiasiyası buna misal ola bilər. Bu təşkilata artıq 40 alman şirkəti daxildir. Təşkilatın məqsədi Almaniya və Azərbaycanın iqtisadi maraqlarını birləşdirmək və hər iki ölkənin maraqlarına uyğun olaraq irəli çəkməkdir. Azərbaycan Ticarət və Sənaye Palatası bu yaxınlarda Berlində ofisini açdı və ölkələrimiz arasında münasibətləri fəal surətdə irəli aparır. Bütün bu deyilənlər onu göstərir ki, biz doğru yoldayıq.

Səmimiyyətlə inanıram ki, mənə Siemensin Azərbaycandakı işi ilə bağlı bir neçə kəlmə deməyə imkan verəcəksiniz. Bizim şirkətin Azərbaycanla xüsusi münasibətləri çox keçmişə gedib çıxır. Hələ 1864-cü ildə Karl Siemens bizim şirkətin təsisçilərinin dəstəyi ilə Gədəbəydə mis mədəni almışdı. Qafqazda uzun illər yaşamış və orada da dünyasını dəyişmiş Karl Siemens Hindistan-Avropa teleqraf xəttini yaratdı və o xətt də Azərbaycandan keçirdi. Bu misal göstərir ki, Siemens hələ o vaxt da, indi də aparıcı rol oynayan şirkətlərdəndir. Hazırda biz 190-dan artıq ölkədə təmsil olunuruq. Biz nəzərdə tutduğumuz xarici ticarətin 2/3-nə nail olmuşuq. Əlbəttə ki, biz ticarətimizi daha da genişləndirmək istəyirik və nəzərdə tutduğumuz ölkələrin ilk sıralarında Azərbaycan və digər MDB ölkələri gedir.

Biz 1997-ci ildən Azərbaycanda təmsil olunuruq. İnanırıq ki, ölkənin biznes imkanları böyükdür. İnfrastruktur şirkəti olaraq biz bu sahədə də töhfə verə və Azərbaycan vətəndaşlarının gündəlik həyatlarına daha çox rahatlıq gətirə bilərik. Buna misal olaraq, tibbi texnologiyanı göstərmək olar. Bizə həvalə olunan xəstəxanaları müasir tibbi avadanlıqla təchiz edirik. Çoxlu sayda energetika texnologiyaları layihələri də həyata keçiririk. Əminəm ki, bizim iştirakımız Sizin ölkənin bundan sonrakı inkişafında müsbət rol oynaya bilər. Mən yalnız Siemensi deyil, ümumiyyətlə, alman biznesinin iştirakını nəzərdə tuturam.

Xanımlar və cənablar, icazə verin çıxışımı yekunlaşdırım. İnanıram ki, bizim biznes münasibətlərimiz uzunmüddətli olacaq və sürətlə inkişaf edəcəkdir. Almaniya iş adamları üçün Azərbaycan cəlbedici məkandır. Alman biznesini təmsil edən çoxsaylı nümayəndələrin burada olması buna parlaq misaldır. Bu görüş iki ölkə arasında əməkdaşlığı irəlilətmək sahəsində daha bir addımdır. Burada işləyən alman biznesinin nümayəndələri artıq Sizin ölkədə müxtəlif sektorlarda layihələrin həyata keçirilməsinə qatılıblar və yaxud da yaxın gələcəkdə mühüm layihələrə başlamaq əzmindədirlər. Komitədəki işimizlə biz gələcəkdə Almaniya-Azərbaycan biznes münasibətlərinin hansı istiqamətdə inkişaf edəcəyini müəyyənləşdirməyi planlaşdırırıq. Cənab Prezident, Sizə, eləcə də ölkənizə, Almaniya-Azərbaycan biznes münasibətlərinə uğurlar arzulayıram. Bizimlə birgə olduğunuza görə çox sağ olun. Qəbul zamanı Sizinlə səmərəli fikir mübadiləsi aparacağımıza ümid edirəm. Çox sağ olun.

X X X

Dövlətimizin başçısı görüşdə nitq sölədi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qeyri-neft-qaz ixracı 2026-cı ilin 10 ayında ötən ilin müvafiq dövrünə nisbətən 20 faizdən çox artıb

Hirkan meşələri – təbiətin möcüzəsi

Bu il 110-dan çox gənc sahibkara 6 milyon manatdan çox kredit ayrılıb

Şərur Olimpiya İdman Kompleksində təmir işləri yekunlaşıb

Bu saata olan əsas xəbərlər

Dövlət payı 51 faizdən az olan texnologiya parklarının rezidentləri üçün 20 illik vergi güzəştləri paketi tətbiq olunacaq

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Ağarçin məbədi

Azər Bayramov: Ələt Azad İqtisadi Zonası sahibkarlara əlverişli biznes mühiti təqdim edir

Naxçıvanda parkda donmuş halda tapılan kişinin həyatını xilas etmək mümkün olmayıb

Təbiətin gizli təhlükəsi: zəhərli göbələklərdən ehtiyatlı olun

Əmirulla Məmmədov: Gənclərin texniki və təbiət elmlərinə yönləndirilməsi vacibdir

Fransada harkilərin faciəli taleyi: Beş ailə yaxınlarının məzarlarının taleyi ilə bağlı məhkəməyə müraciət edib

Nazir müavini: Gələn il dövlət büdcəsinin gəlirləri 1,7 faiz çox olacaq

Azərbaycan və Türkiyə prezidentlərinin şəxsi münasibətləri dövlətlərin strateji tərəfdaşlığının inkişafında mühüm yer tutur

2027-ci ildə bədən tərbiyəsi və idmanın təşkili üçün 35,8 milyon manat vəsait nəzərdə tutulub

Zəfərdən dövlətçilik zirvəsinə: milli kimliyimizin üç mühüm günü ŞƏRH

BDU-da professor Əmirulla Məmmədovun 80 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans işə başlayıb

Himalay Məmişov: 2030-cu ildə cari xərclər tam olaraq qeyri-neft gəlirləri hesabına təmin olunacaq

Gələn il media qurumlarının xərclərinin qarşılanmasına 68,4 milyon manat vəsait ayrılacaq

NESR: Müasir texnologiyaların tətbiqi ilə Azərbaycanın quruda yerləşən yataqlarından səmərəli istifadə edilə bilər VİDEO

NESR: Müasir texnologiyaların tətbiqi ilə Azərbaycanın quruda yerləşən yataqlarından səmərəli istifadə edilə bilər VİDEO

Qvardiola ABŞ millisinin baş məşqçi postuna əsas hədəfdir

Nazir müavini: Növbəti ilin büdcəsi investisiya yönümlülüdür

Nazir müavini: Gələn ilin büdcəsində qeyri-neft ÜDM-in 4,4%-lik real artımı əsas götürülüb

Qlobal bazarlarda süni intellekt şirkətlərinin səhmlərinə maraq kəskin artıb

COP31 Azərbaycanın beynəlxalq nüfuzunu və Türkiyə ilə strateji müttəfiqliyini bir daha nümayiş etdirir - ŞƏRH

Ötən ay qeyri-neft sektoru üzrə ixrac 414 milyon dolları ötüb

İqtisadiyyat naziri Hindistan şirkətlərinin rəhbərləri ilə mümkün birgə layihələri müzakirə edib

Oktyabrda qlobal miqyasda elektrikli avtomobil satışları 2,09 milyona çatıb

Deputat: Konstitusiyamız müstəqil dövlətçiliyimizin hüquqi təməlini, milli iradəmizin əsasını təşkil edir

AQTA sədrinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Özbəkistanın birinci xanımı Antalyada mühüm ekoloji təşəbbüslər irəli sürüb

Qızılın qiyməti 4000 dollar həddindən aşağıdadır

Milli Kitabxanada Konstitusiya Gününə həsr olunmuş virtual və ənənəvi kitab sərgisi açılıb

Neft qiymətləri son iki ayın minimumuna enib

Zabratda qanunsuz fəaliyyət göstərən ət emalı müəssisəsinin fəaliyyəti dayandırılıb

Xankəndidən səslənən Zəfər mesajı Azərbaycanın suveren iradəsinin təntənəsidir - ŞƏRH

“Xilasedici”nin baş məşqçisi: Qarşımızda yeni hədəflər var

İrakli Kobaxidze: Cənubi Qafqaz regionu Avropanı Şərqlə birləşdirən yeganə yoldur

Sankt-Peterburqda avtomobilin partlaması nəticəsində hərbi qulluqçu ölüb

Ötən gün 47 cinayətin açılması təmin olunub

Zərgərlik məmulatlarının əyarlanması və damğalanması ilə bağlı fikir mübadiləsi aparılıb

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub

Şahin Əliyev: Dövlət idarəçiliyində süni intellekt texnologiyalarından istifadə imkanlarının artırılması diqqət mərkəzindədir

Yaxın Şərqdə müharibənin Körfəz ölkələrinə vurduğu maddi zərər 200 milyard dolları ötüb

Alimlər süd vəzi xərçəngini erkən aşkarlayan qan testi hazırlayıblar

Cevdet Yılmaz: Azərbaycan-Türkiyə qardaşlığının qarşısında heç bir qüvvə dayana bilməz

Azərbaycanlı alim Səmərqənd Dövlət Universitetində mühazirə oxuyub

Uitkoff və Kuşner danışıqlar aparmaq üçün Moskvaya gəliblər

Fermer: Birgə mübarizə tədbirləri zərərvericinin yayılmasının qarşısının alınmasına böyük töhfə verəcək

Avropa Kuboku: “Gəncə” Türkiyə klubu ilə qarşılaşacaq

Teymur Musayev: Azərbaycan COP29-a sədrliyi dövründə inklüziv prosesin irəliləməsini təmin edib

Kommersiya qurumlarının sayı 6,4 faiz artıb

Azərbaycanda muzdla çalışan işçilərin sayı açıqlanıb

Qətər: Hörmüz boğazında böhranın qlobal iqtisadiyyata təsiri getdikcə ağırlaşır

Xankəndidə payızın rəngləri - şəhərin gündəlik həyatından FOTOREPORTAJ

Dövlət qulluğuna qəbul üzrə test imtahanına qeydiyyat başlanıb

Azərbaycan Universitetində Xaqani Şirvaninin 900 illik yubileyi qeyd olunub

GDU-da “Uşaq hüquqları” mövzusunda tədbir təşkil olunub

“VIVANT” serialı ilə əməkdaşlıq Azərbaycanın Yaponiya bazarında tanıdılmasına yeni imkanlar yaradır

Millətlər Liqası: Türkiyə Belçika ilə qarşılaşır

ADAU-da Konstitusiyanın dövlətçilik tariximizdəki rolu və əhəmiyyəti vurğulanıb

Birjalarda qızıl və gümüş ucuzlaşıb VİDEO

Birjalarda qızıl və gümüş ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Azərbaycan neftinin qiyməti 100 dolları ötüb VİDEO

Azərbaycan neftinin qiyməti 100 dolları ötüb VİDEO

Şəmkirdə avtomobil yol kənarına yuvarlanıb, sürücü və sərnişin ölüb

Bu gün Dünya Keyfiyyət Günüdür

“Xilasedici” CEV Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksəlib

Konstitusiya Günü: hüquqi ənənələr və gələcəyə baxış

Mütərəqqi dəyərlərə söykənən Azərbaycan Konstitusiyası

Hazırda Bakının hansı yollarında sıxlıq müşahidə edilir?

Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib

Bu gün Konstitusiya Günüdür

“Anthropic” bəzi ölkələrdə xidmətlərindən istifadəyə məhdudiyyət qoyub

“Nvidia” səhmləri baş direktorun mümkün istefası xəbəri fonunda 8,6 faiz ucuzlaşıb

ABŞ və Çin Rusiya ilə üçtərəfli danışıqların keçirilməsini vacib hesab edirlər

Litvada enerji şirkətlərinin fövqəladə mənfəətinə vergi tətbiq ediləcək

Kiyev ballistik raketlərlə vurulub

WSJ: Tramp Vensin İranla dialoqu bərpa etmək cəhdlərinə etiraz etməyib

“Fox News”: Ağ Ev nazirlərin ictimai bəyanatlarına nəzarəti yumşaldacaq

Rusiyada hasil edilən nadir mavi almazın bir karatının qiyməti 1 milyon dolları ötə bilər

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər

Aİ-nin gömrük rüsumu Macarıstan istehlakçılarını Asiya onlayn mağazalarından uzaqlaşdırır

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım edilib

Fikrət Sadıxovun “Diplomat olmaq asandırmı?” kitabı işıq üzü görüb

ABŞ Rusiyadan Avropa ilə təhlükəsizlik sazişinə dair yeni təklif istəyib

Ermənistan borcunu ödədikdən sonra KTMT-də tamhüquqlu iştirakını bərpa edə bilər

Şavkat Mirziyoyev: Özbəkistan iqlim dəyişmələri ilə mübarizə səylərinə qətiyyətlə sadiqdir

Azərbaycan şahmatçısı fenomenal nəticə ilə Avropa çempionu olub

Almaniya hökuməti strateji qaz ehtiyatının yaradılması barədə qərar qəbul edib

Dmitri Nataluxa: Ukrayna yeni aktivlərin əldə edilməsi ilə bağlı Azərbaycanın biznes nümayəndələri ilə danışıqlar aparır - EKSKLÜZİV VİDEO

Dmitri Nataluxa: Ukrayna yeni aktivlərin əldə edilməsi ilə bağlı Azərbaycanın biznes nümayəndələri ilə danışıqlar aparır - EKSKLÜZİV VİDEO

Xudatda avtomobil yanaraq yararsız hala düşüb

Tallində “Ad günü şamları” sənədli filminin dünya premyerası olub

Medina Tuqanova: Türkiyəli dinləyicilər Azərbaycan musiqisini çox sevirlər

Azərbaycanın Niderlanddakı səfiri etimadnaməsini Kral Villem-Aleksanderə təqdim edib

Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib

Dövlət Komitəsi: İrəvan Göy məscidinin mərasim zalına erməni şairin adının verilməsi sülh səylərinə qarşı təxribatdır

Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası

Bu saata olan əsas xəbərlər

UNEC-in yeni rəsmi saytı təqdim olunub