Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİNİN ŞƏRƏFİNƏ

İyunun 3-də Ukrayna Prezidenti Leonid Kuçmanın adından Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə rəsmi qəbul təşkil olunmuşdur.

Prezidentlər Leonid Kuçma və İlham Əliyev qəbulda nitq söylədilər.

UKRAYNA PREZİDENTİ LEONİD KUÇMANIN

NİTQİ

- Çox hörmətli İlham Heydəroviç!

Çox hörmətli Mehriban xanım!

Hörmətli xanımlar və cənablar!

Əziz dostlar!

Azərbaycan Respublikasının Prezidenti İlham Heydəroviç Əliyevi və Mehriban xanımı Kiyevdə salamlamağa ürəkdən şadam.

Qardaş Azərbaycanın rəhbərliyi ilə hər bir görüş zamanı özümü həqiqi dostların və etibarlı tərəfdaşların əhatəsində hiss edirəm.

Son on il ərzində Ukrayna ilə Azərbaycan arasında xüsusilə səmimi və mehriban münasibətlər yaranmışdır. Biz dövlətlərarası qarşılıqlı əlaqələrin yüksək səviyyəsinə nail olmuşuq, əslində, bütün sahələrdə əməkdaşlığın səmərəli mexanizmini qaydaya salmışıq. Nəzərə çarpdırmaq istəyirəm ki, biz ikitərəfli münasibətlərin inkişafında yüksək nəticələrə daha çox Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, Ukraynanın böyük dostu möhtərəm Heydər Əliyevin şəxsi töhfəsi sayəsində nail olmuşuq. Hesab edirəm ki, Kiyevdə abidənin ucaldılması onun nurlu xatirəsinin layiqli rəmzidir.

Belə bir fakt xüsusi ümid doğurur ki, təşəkkül tapmış olan Ukrayna-Azərbaycan dostluğu ənənələrini Azərbaycan dövlətinin indiki başçısı şərəflə davam etdirir və yeni məzmunla dolğunlaşdırır. İlham Heydəroviçin indiki səfəri nəinki yüksək səviyyədə siyasi dialoqun növbəti mərhələsi olmuşdur, həm də Azərbaycanın xarici siyasətinin varisliyini təsdiq edir, respublika rəhbərliyinin Ukrayna ilə strateji tərəfdaşlığı daha da dərinləşdirməyə hazır olduğuna inandırıcı sübutdur. Bu gün bütün danışıqlar Ukrayna-Azərbaycan münasibətlərinin – ticarət-iqtisadi, nəqliyyat sahələrində münasibətlərin yeni öncül vəzifələrini də müəyyənləşdirməyə imkan verdi. Biz mühüm regional layihələrin həyata keçirilməsində ilk növbəli addımları müəyyənləşdirdik.

Mühüm cəhət budur ki, hər iki ölkənin mövqeləri beynəlxalq siyasət sahəsində də, əsasən, uyğun gəlir. Biz sülh və təhlükəsizliyə görə məsuliyyəti dərk edirik, onların möhkəmlənməsinə öz töhfəmizi vermək istəyirik. Bu baxımdan ümumdünya forumlarında, beynəlxalq təşkilat və birliklərdə Ukraynanın mövqeyini dəstəklədiyinə görə Azərbaycan tərəfinə minnətdarlığımızı bildirmək istəyirəm. Əminəm ki, dövlətlərimiz bundan sonra da sadiq müttəfiq və tərəfdaş olacaqlar. Müdrik bir Azərbaycan kəlamında deyildiyi kimi, tək əldən səs çıxmaz. Əminəm ki, biz bugünkü təhdidlərə ancaq əl-ələ verib müqavimət göstərə bilərik. Yalnız qarşılıqlı fəaliyyət göstərməklə müştərək strateji planları gerçəkləşdirə və müasir dünyada layiqli rol oynaya bilərik.

Çox hörmətli cənab Prezident!

Xanım Əliyeva!

Əziz dostlar!

Böyük məmnuniyyətlə sizin sağlığınıza badə qaldırmağı təklif edirəm. Azərbaycanda deyildiyi kimi, bağınız bəhrəli, torpağınız bərəkətli olsun. Ukrayna və Azərbaycan xalqlarının tərəqqisi şərəfinə! Dostluğumuzun və qarşılıqlı anlaşmamızın şərəfinə! Beynəlxalq aləmdə uğurlarımızın şərəfinə!

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

- Çox hörmətli Leonid Daniloviç!

Möhtərəm Lyudmila Nikolayevna!

Əziz dostlar!

Hörmətli Leonid Daniloviç, əvvəla, izn verin, qardaş Ukraynaya dövlət səfərinə dəvət edildiyimə görə Sizə dərin minnətdarlığımı bildirim. Bu səfər artıq indidən çox uğurlu oldu. Bu gün keçirilən təkbətək və geniş heyətdə görüşlər, habelə imzalanmış sənədlər sübut edir ki, Ukrayna ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətləri inkişaf edir və möhkəmlənir. Ölkələrimizin və xalqlarımızın ümummilli liderləri Leonid Kuçma və Heydər Əliyev bu münasibətlərin inkişafına böyük tövfə vermişlər. Onların ölkələrimizin müstəqilliyinin inkişafına və möhkəmlənməsinə yönəlmiş ardıcıl və uzaqgörən siyasəti sayəsində həm Ukrayna, həm də Azərbaycan beynəlxalq aləmdə də, ölkədaxili iqtisadi və sosial vəzifələrin həllində də böyük uğurlara nail olmuşdur. Əlbəttə ki, ölkələrimiz arasında əlaqələrin inkişafı və möhkəmlənməsi işində Leonid Daniloviç Kuçma ilə Heydər Əlirza oğlu Əliyev arasında olan şəxsi münasibətlər böyük rol oynamışdır. Dostluq, qarşılıqlı hörmət, qarşılıqlı kömək, bir-birini dəstəkləmək hissləri ölkələrimiz arasında münasibətlərə həmişə xas olmuşdur. Dövlətlərimizin tarixində elə hal olmamışdır ki, aramızda hər hansı bir fikir ayrılığı, yaxud müəyyən problemə müxtəlif münasibətlər meydana çıxsın. Xalqlarımız ölkələrimizin möhkəmlənməsi və müstəqilliyi kimi yeganə məqsədə doğru birgə addımlamışlar. Ukrayna Prezidentinin qərarı ilə sabah Azərbaycanın ümummilli lideri Heydər Əliyevin abidəsinin açılması faktı Leonid Daniloviçin Heydər Əliyevə dərin şəxsi münasibətini və ölkələrimiz arasında əlaqələrin nə dərəcədə möhkəm olduğunu və bu əlaqələrin heç vaxt, heç kim tərəfindən pozula bilməyəcəyini sübut edir. Bizim vəzifəmiz bu münasibətləri inkişaf etdirmək, möhkəmləndirmək və təkmilləşdirməkdir, elə etməkdir ki, Ukrayna və Azərbaycan uzun illər, əsrlər dost və qardaş ölkələr, strateji tərəfdaşlar olaraq qalsınlar. Ukrayna və Azərbaycan həm ikitərəfli münasibətlərdə, həm də regional miqyasda, habelə mühüm beynəlxalq problemlərin həlli çərçivəsində həmişə çiyin-çiyinədir. Onlar eyni mövqedən çıxış edirlər. Leonid Daniloviçin qeyd etdiyi kimi, beynəlxalq qurumlarda qarşılıqlı yardım bizim qardaşlıq münasibətlərimizə çox parlaq sübutdur.

Bu gün fürsətdən istifadə edərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq normalarının prinsipləri çərçivəsində nizama salınması məsələsində Ukraynanın prinsipial, birmənalı mövqeyinə görə Leonid Daniloviçə bir daha təşəkkür etmək istəyirəm.

İqtisadi baxımdan çox böyük uğurlar var. Əmtəə dövriyyəsi artır, ötən il xeyli çoxalmışdır. İlin əvvəlindən bəri əmtəə dövriyyəsi 70 faiz artmışdır. Bu, çox şey deyir. Əvvəla, ölkələrimizin iqtisadiyyatları inkişaf edir. Deməli, ölkələrimizdə aparılan iqtisadi siyasət uğurludur. İnteqrasiyaya qarşılıqlı səylərimiz və meylimiz də artır. Biz buna çalışırıq. Biz çalışırıq ki, Ukrayna ilə ikitərəfli münasibətlər bundan sonra da inkişaf etsin.

Mən bu yaxınlarda Azərbaycan Prezidenti seçilmişəm. Bütün istiqamətlərdə - daxili siyasətdə də, xarici siyasətdə də Heydər Əliyevin siyasətini davam etdirmişəm və davam etdirirəm. Çünki bu, yeganə düzgün siyasətdir və onun alternativi yoxdur. Azərbaycan xalqı seçkilərdə bu siyasətə səs vermişdir və Azərbaycan millətinin və dövlətinin inkişafının gələcək yüksəlişini yalnız bu siyasət təmin edə bilər.

İkitərəfli münasibətlərimiz çərçivəsində də belədir. Mən bu gün bu barədə Leonid Daniloviçə dedim, ölkələrimiz və onların rəhbərləri arasında təşəkkül tapmış bütün dostluq, qardaşlıq, qarşılıqlı yardım, dəstək ənənələrini davam etdirəcəyəm. Çox sevindirici haldır ki, bütün səviyyələrdə - nazirlər, idarələrin rəhbərləri səviyyəsində də çox yaxşı əlaqələr və qarşılıqlı anlaşma var. Mən çox şadam ki, bu gün dost torpaqda, qardaş Ukraynadayam. Mehriban xanıma, mənə və nümayəndə heyətimizin üzvlərinə göstərilən hərarətli, səmimi qəbula və qonaqpərvərliyə görə çox-çox təşəkkür edirəm.

Çox hörmətli Leonid Daniloviç, bu dəvətə görə, xoş münasibətə, dostluq və qardaşlığı dəstəkləyən səmimi sözlərə görə Sizə bir daha təşəkkür etmək istəyirəm.

Bu badəni çox hörmətli Ukrayna Prezidenti Leonid Daniloviç Kuçmanın, çox hörmətli Lyudmila Nikolayevnanın, ukraynalı qardaşlarımızın şərəfinə qaldırmaq istəyirəm.

Ukraynanın və Azərbaycanın tərəqqisi şərəfinə!

X X X

Rəsmi qəbulun sonunda Ukraynanın incəsənət xadimləri maraqlı konsert proqramı ilə çıxış etdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müharibə veteranı Taleh Qasımov: Zəfər Günü xalqımızın qürur mənbəyidir

Tramp Ağ Evin aparat rəhbərini dəyişir

SOCAR və “Honeywell Technologies” arasında Qlobal Çərçivə Sazişi imzalanıb

Tramp: İranın qarşısını almasaydım, İsrail və Yaxın Şərq mövcud olmazdı

Dmanisi Tədris Mərkəzində tədbir: “Zəfər səsləyir bizi”

Birinci Qarabağ müharibəsi qəhrəmanının obrazını göz yaşları ilə yaradan aktyor – Elnur Vəlizadə

AzTV-nin 100 illik yubileyinə həsr olunmuş ensiklopediyanın təqdimatı olub

“Neftçi” “Kəpəz”ə qalib gəlib

Beynəlxalq Çövkən Federasiyasına 7 yeni ölkə üzv qəbul edilib

“Zəfər sədası” müsabiqəsində ən yaxşı bədii qiraətçilər seçilib

Peşə təhsili müəssisələrinin təhsilverənləri üçün keçirilən ixtisasartırma təlimləri yekunlaşıb

Ağdam, Füzuli və Xocavənd məktəbliləri arasında futbol turniri təşkil olunub

Xoreoqraf Şahar Binyamini: Azərbaycan rəqqasları çox istedadlıdırlar

AzTU-da “Şanlı Zəfər tariximiz” adlı tədbir: “Missiya” filmi nümayiş etdirilib

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə yeni xidmətlərin əlavə olunması planlaşdırılır VİDEO

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə yeni xidmətlərin əlavə olunması planlaşdırılır VİDEO

Qazax Dövlət Dram Teatrında “Səhnədən zəfərə...” tamaşası təqdim olunub

Gənclər və idman naziri Şuşada məskunlaşan sakinlərin müraciətlərini dinləyib

Qırğız Respublikasının Prezidenti Sadır Japarovdan

Nobel qardaşlarının Azərbaycan irsi Helsinkidə elmi müzakirə mövzusu olub

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti İtaliya Prezidenti Sercio Mattarella ilə görüşüb

ADPU-nun Quba filialında Səməd Vurğunun 120 illik yubileyi qeyd olunub

AMEA-nın elmi müəssisələrində bal sistemi əsasında qiymətləndirmə mexanizmi təkmilləşdirilir

“Turan Tovuz” səfərdə “Qarabağ”ı məğlub edib

Avropa Komissiyası: Çexiya miqrasiya təzyiqi təhlükəsi altında olan ölkələr sırasındadır

“Prezidentimizə söz verdim” – CAHANGİRBƏYLİDƏN REPORTAJ

Qələbənin sədası xalq çalğı alətlərində

Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi Ağdərədə vətəndaş müraciətlərini dinləyib

Tbilisidə “Koordinat 44” tamaşasının premyerası olub

Qazaxıstan və Ermənistan TRIPP nəqliyyat dəhlizinin birgə inkişaf perspektivlərini müzakirə ediblər

Praqada 8 Noyabr - Zəfər Günü təntənəli şəkildə qeyd olunub

Zəfər Günü münasibətilə gənclər Əlincəqalaya yürüş ediblər

Zəfər Günü Azərbaycanın gücünün, xalqımızın sarsılmaz birliyinin təcəssümüdür - ŞƏRH

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən

Suriya Türkman Məclisinin sədri, Suriya Xalq Məclisinin üzvü Əbdürrəhman Mustafapaşadan

Türk Dövlətləri Təşkilatının sabiq Baş katibi Kubanıçbek Ömüralıyevdən

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələrin 6-cı raundu keçirilib

NDU-da Zəfər Günü: sərgi, tamaşa və şəhid ailəsinin ehtiramı VİDEO

NDU-da Zəfər Günü: sərgi, tamaşa və şəhid ailəsinin ehtiramı VİDEO

QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

Cahangirbəylinin həyat ağacı - FOTOLAR

MDU-da Dövlət Bayrağı Günü və Zəfər Gününə həsr olunmuş tədbir təşkil olunub

Ağstafada bir ailənin 3 üzvü zəhərlənib

Braziliyada 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir təşkil edilib

Azərbaycan IV Avrasiya Təhlükəsizliyi Konfransında təmsil olunub

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər YENİLƏNİB-3 VİDEO

Azərbaycanın Zəfər Gününə həsr olunmuş “Koordinat 44” tamaşası Tbilisidə səhnələşdirilir

İstanbulda Vətən müharibəsi şəhidlərinin xatirəsinə 44 ağac əkilib

Aygün Attar: Azərbaycançılıq dövlətin ideoloji dayanıqlılığının və milli birliyin əsasını təşkil edir

İşğaldan azad edilmiş ərazilərin bərpası və yerli istehsalın inkişafı dayanıqlı məskunlaşma üçün şərait yaradır

UNEC-də bayram tədbiri: Zəfərin 6-cı ildönümü

Konfutsi İnstitutunun direktoru: Hərtərəfli strateji tərəfdaşlıq Azərbaycan və Çin üçün yeni perspektivlər açır

Milli Məclis komitələrinin birgə iclasında 2027-ci ilin dövlət büdcəsinin layihəsi müzakirə olunub

Bakıda keçirilən BMT İdarəetmə İnnovasiyaları Sammiti başa çatıb – YENİLƏNİB

AzerGold” Zəfər Gününu silsilə tədbirlərlə qeyd edib

Dövlət Komitəsində Zəfər Günü münasibətilə tədbir

FHN-in əməkdaşları Zəfər Gününü qeyd ediblər

Bakı Dövlət Universitetində Zəfər Günü qeyd olunub

Dövlət Agentliyinin sədri: Son iki gündə Bakı səmərəli dialoq platformasına çevrildi

Düşənbədə Zəfər Günü təntənəsi: Səfirlikdə bayram tədbiri

Latviyada Azərbaycanın Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Zəfər Günü münasibətilə tədbir keçirilib

Parlamentin komitəsində büdcə zərfinə daxil olan qanun layihələri müzakirəyə çıxarılıb

BMT rəsmisi: Bakıda qurduğumuz tərəfdaşlıqlar ən böyük nailiyyətlərimizdən və dəyərli imkanlarımızdan biridir

Qarsda voleybol üzrə Zəfər Turniri keçirilib

Qadın voleybolçular arasında Azərbaycan Superliqasında yeni mövsüm start götürüb

AQTİ-nin Rəqəmsal və İnnovativ Təlim Mərkəzi fəaliyyətə başlayıb VİDEO

AQTİ-nin Rəqəmsal və İnnovativ Təlim Mərkəzi fəaliyyətə başlayıb VİDEO

“Alphabet” “Qualcomm” şirkətində yarım milyard dollarlıq pay əldə edib

V4 liderləri Aİ-nin genişlənməsini dəstəkləyib, Ukrayna məsələsində fikir ayrılığı qalır

Şotlandiyada polisə hücum edilib, 7 nəfər saxlanılıb

Əlcəzairdə Zəfər Gününün 6-cı ildönümü qeyd olunub

AQTA-da Zəfər Günü qeyd olunub

Daşkənddə “Humay və sehrli Huma quşu” kitabının özbək dilində nəşrinin təqdimatı olub

Avropada təbii qazın qiyməti həftə ərzində 16 faizədək azalıb

London metrosunda iş şəraiti ilə bağlı tətillər keçiriləcək

Şamaxıda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə keçirilib

Macarıstanın "Gripen" qırıcıları bomba təhdidlərinə görə üç dəfə havaya qaldırılıb

İngiltərə Bankının rəhbəri: Aİ ilə əlaqələrin gücləndirilməsi Britaniya iqtisadiyyatının inkişafına təkan verə bilər

Laçında “Böyük Qayıdışın Zəfər bayramı” adlı konsert proqramı VİDEO

Laçında “Böyük Qayıdışın Zəfər bayramı” adlı konsert proqramı VİDEO

BMT sammitində Bakı Kommünikesi elan edilib

Dövlət Xidmətinin nümayəndələri Koreyada daşınmaz əmlakın kadastrı sahəsindəki rəqəmsallaşdırma işləri ilə tanış olublar

Zəfər Günü münasibətilə Vətən müharibəsində iştirak etmiş vəkillərlə görüş olub

Ağdamda 8700-dən çox ağac və dekorativ kol əkilib

Rəqəmsal transformasiya dövründə Azərbaycan televiziyası: çağırışlar, inkişaf meyilləri və perspektivlər

Ekologiya və Təbii Sərvətlər Nazirliyində Zəfər Günü qeyd olunub

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Müəllim: Musiqi bacarıqları düzgün tədris və müntəzəm məşğələ ilə inkişaf edir

Yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatında növbəti qaliblər məlum olub

BOS su təchizatı sistemi ilə bağlı analizlərin nəticələrini açıqlayıb

Azərbaycan radiosunun 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans başa çatıb

Ədliyyə naziri Samuxda vətəndaşların müraciətlərini dinləyib

Keniyada Zəfər Günü qeyd olunub, Azərbaycanın postmünaqişə dövrü bərpa təcrübəsi təqdim edilib VİDEO

Keniyada Zəfər Günü qeyd olunub, Azərbaycanın postmünaqişə dövrü bərpa təcrübəsi təqdim edilib VİDEO

Zəfər Günü beynəlxalq hüququn bərpası baxımından mühüm tarixi və siyasi əhəmiyyətə malikdir - ŞƏRH

Bomba təhdidi ilə əlaqədar Sofiya hava limanına iki təyyarə eniş edib

Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Milli qürurumuzun təntənəsi – ADPU-nun Şamaxı filialında Zəfər Günü

Prezident İlham Əliyev: Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər

“ASAN xidmət”in və BMT-nin sammitində innovativ idarəetmə həlləri hazırlanıb

Şəhid qardaşı: Mən həm qardaşımı, həm dostumu, həm də döyüş yoldaşımı itirdim

DİM-in verdiyi sertifikat və şəhadətnamələr artıq “mygov”da

Rəşad Eyubov: Futbolçuların əsas milliyə layiq görülməsinə çox şadam