Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

- Hörmətli xanımlar və cənablar!

Əziz dostlar!

Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür, unudulmaz bir gündür. Bu gün Bakıda, Bakı şəhərinin ən gözəl yerlərindən biri olan bulvarda Muğam Mərkəzinin açılışında sizinlə bərabər iştirak edirik. Bu münasibətlə mən sizin hamınızı ürəkdən təbrik edirəm.

Muğam Mərkəzinin yaradılması çox böyük hadisədir. Xatırlayıram, üç il bundan əvvəl bu yerdə bu gözəl binanın təməlini qoyduq və yəqin o vaxt heç təsəvvür edə bilməzdik ki, nə qədər gözəl bina tikiləcəkdir. Bu binada həm müasirlik öz əksini tapır, eyni zamanda, binaya yuxarıdan baxanda görürsən ki, Azərbaycan xalqının qədim xalq çalğı alətləri burada təsvir olunur. Yəni burada müasirliklə qədim tarix qovuşur, birləşir və bəlkə də, bu, bu gün Azərbaycana xas olan ən önəmli xüsusiyyətlərdən biridir. Azərbaycan uğurla inkişaf edir, bizim çox zəngin, böyük mədəni irsimiz var. Biz öz inkişafımızı milli əsaslar üzərində qururuq və eyni zamanda, irəliyə gedirik, müasirliyə, tərəqqiyə doğru gedirik.

Muğam Mərkəzinin tikintisi işində iştirak etmiş bütün insanlara mən öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Bu bina Azərbaycan xalqına xidmət edəcəkdir. Bu binada gözəl tədbirlər keçiriləcəkdir, gözəl konsertlər, muğam gecələri keçiriləcəkdir. Muğam bizim milli sərvətimizdir, çox böyük dəyərimizdir. Azərbaycan xalqı əsrlər boyu bu sənəti yaşatmışdır və bu gün çox vacibdir ki, bu gözəl sənət, Azərbaycan xalqının milli dəyəri olan muğam nəsildən-nəslə keçir.

Bu gün gözəl gənc nəsil yetişir. Heydər Əliyev Fondu tərəfindən təşkil olunmuş muğam müsabiqələrinin keçirilməsi çox böyük maraq doğurur, çox böyük məna daşıyır. Bu, gənc nəslin vətənpərvərlik ruhunda, milli ruhda böyüməsinə xidmət göstərir. Bizim gənclərimiz milli ruhda böyüməlidirlər. Biz bütün ümumbəşəri dəyərləri bölüşürük, Avropa dəyərlərinə böyük hörmətlə yanaşırıq. Ancaq bizim üçün ən əsas milli dəyərlərimizdir. Baxmayaraq ki, biz əsrlərlə müstəqillikdən məhrum olmuşduq, amma Azərbaycan xalqını onilliklər, əsrlər boyu bir millət kimi qoruyan milli mənəvi dəyərlərimiz, ənənələrimiz olubdur, musiqimiz, ədəbiyyatımız, ana dilimiz, incəsənətimiz olubdur. Bütün bunları muğam sənəti ehtiva edir. Muğam sənəti vətənpərvərlik sənətidir, muğam sənəti sevgi, məhəbbət sənətidir. Vətənə sevgi, ailəyə sevgi Azərbaycan xalqına xas olan xüsusiyyətlərdir.

Mən bu gün burada əyləşən bizim tanınmış muğam ustalarını xüsusi salamlamaq istəyirəm, onları xüsusi təbrik etmək istəyirəm. Bu gün sizin bayramınızdır, bu gün bütün Azərbaycan xalqının bayramıdır.

Mən çox şadam ki, biz bu gözəl mərkəzi, Muğam Mərkəzini istədiyimiz kimi tikə bilmişik. Bir də demək istəyirəm ki, burada işlər çox böyük zövqlə, məhəbbətlə aparılıbdır. Bu tikintidə iştirak edən insanların zövqü yüksəkdir. Eyni zamanda, əlbəttə ki, belə gözəl və böyük layihə çox geniş müzakirələr nəticəsində yaradılmışdır. Ümid etmək istəyirəm ki, bu gözəl binada bizim muğamımız səslənəcək, bu binada çıxış edən gənc ifaçılarımız öz məharətini göstərəcəklər.

Azərbaycan xalqı çox istedadlı xalqdır və muğam sənəti böyük istedad tələb edir. Muğamı gözəl ifa etmək üçün çox böyük istedad olmalıdır və bu istedad bizdə var. Bizim qədim tariximiz, qədim mədəniyyətimiz var. Bu mədəniyyət bu gün dünya üçün də açılır, dünya bizi daha da yaxşı tanımağa başlamışdır. Bu yaxınlarda Bakıda keçirilmiş mədəniyyət nazirlərinin toplantısında Azərbaycanın nə qədər böyük mədəni irsə malik olduğunu bütün dünya ictimaiyyəti bir daha gördü.

Bu gün Azərbaycanda bu sahədə görülən işlər ürəkaçandır. Bizim bütün tarixi binalarımız bərpa olunur, Bakıda yerləşən bütün teatrlarımız, muzeylərimiz ən yüksək səviyyədə təmir olunur, yeni mədəniyyət ocaqları yaradılır. Bu binanın yanında artıq bir müddət bundan əvvəl təməlini qoyduğumuz Xalça Muzeyi də inşa edilməyə başlanmışdır. Bu da gözəl memarlıq abidəsi olacaq, bizim gözəl şəhərimizə əlavə yaraşıq verəcəkdir. Bütün bunları etmək üçün əlbəttə ki, geniş imkanlar lazımdır. Bütün bu gözəl əsərləri, memarlıq əsərlərini yaratmaq üçün maddi imkanlarla bərabər, əlbəttə ki, yüksək zövq lazımdır. Bu amillər birləşəndə bu gözəl əsərlər dünyaya gəlir.

Azərbaycanın ümumi inkişafı, ölkə qarşısında duran bütün vəzifələrin uğurla icra olunması artıq reallıqdır və biz gələcəyə nikbinliklə baxırıq. Biz bu gün 2008-ci ili böyük uğurlarla, böyük nəticələrlə başa vururuq. 2008-ci ildə Azərbaycan daha da sürətlə inkişaf etmişdir, öz mövqelərini daha da möhkəmləndirə bilmişdir. Dünya miqyasında qazanılmış nüfuz və möhkəmlənmiş mövqelərimiz Azərbaycan xalqının maraqlarına xidmət göstərir.

Biz öz siyasətimizi xalqın iradəsi əsasında qururuq. Bizim siyasətimiz açıqdır, aydındır və bir məqsədi güdür - Azərbaycan xalqının rifah halını yaxşılaşdırmaq, Azərbaycanda dövlətçilik prinsiplərini möhkəmləndirmək, Azərbaycanın hərtərəfli iqtisadi və sosial inkişafına nail olmaq və beynəlxalq mövqelərimizi möhkəmləndirmək. Bütün bunlara biz nail oluruq və uğurlu inkişafımız imkan verir ki, Azərbaycan daha da böyük addımlarla irəliyə getsin.

Mən əminəm ki, növbəti illərdə, xüsusilə 2009-cu ildə nəzərdə tutulmuş bütün vəzifələr uğurla icra olunacaqdır. Bilirsiniz ki, 2009-cu il dünyada böyük narahatlıq doğurur. Dünyada hökm sürən maliyyə böhranı və iqtisadi böhran artıq öz mənfi təsirini göstərməyə başlamışdır. Biz Azərbaycanı bu böhranın mənfi fəsadlarından maksimum dərəcədə qorumalıyıq. Ümumiyyətlə, həmişə olduğu kimi, ölkəmizi qorumalıyıq. Ölkəmizin həm siyasi, həm də iqtisadi maraqlarını qorumalıyıq, xüsusilə 2009-cu ildə. Çünki Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatının bir parçasıdır və xaricdə baş verən proseslər istər-istəməz öz növbəsində Azərbaycana da təsir edə bilər.

Biz istər siyasi, istər iqtisadi müstəvidə həmişə çalışmışıq və hesab edirəm, buna nail olmuşuq ki, digər yerlərdə baş verən hadisələr Azərbaycana mənfi təsir göstərməsin. Biz öz ölkəmizdə gedən işlərlə məşğuluq. Bizi aparılan islahatlar, möhkəmlənən iqtisadiyyat, Azərbaycan xalqının rifah halının yaxşılaşdırılması məsələləri düşündürür. Biz bu məsələlərin həlli ilə məşğuluq. Ancaq bununla bərabər, əlbəttə, 2009-cu ildə əlavə tədbirlər görülməlidir ki, Azərbaycan xalqı dünyanı bürümüş iqtisadi və maliyyə böhranını hiss etməsin. Bunu etmək üçün bizim imlanlarımız var, iradəmiz, düşünülmüş siyasətimiz var.

Baxmayaraq ki, indi hətta böyük ölkələr, ilk növbədə, iqtisadi məsələlər haqqında düşünürlər, biz 2009-cu ildə mədəniyyət sahəsində bütün nəzərdə tutulmuş məsələləri həll etməliyik. Azərbaycanda 2009-cu ildə bu sahəyə əlavə vəsait ayrılacaqdır. Təmirdə olan mədəniyyət obyektlərində işlərin yüksək səviyyədə başa çatması məsələləri həll olunacaqdır. Yeni gözəl binalar tikiləcəkdir. Bu binalar, eyni zamanda, memarlıq əsərləridir, necə ki, bu gözəl Muğam Mərkəzi. Yəni bizim planlarımız çoxdur. Dünyada gedən xoşagəlməz proseslər bizim iradəmizə, istəyimizə təsir göstərməməlidir və əminəm ki, biz buna nail olcağıq.

Mən bu gün sizi və bu fürsətdən istifadə edib bütün Azərbaycan xalqını Yeni il bayramı və Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə ürəkdən təbrik etmək istəyirəm, sizə cansağlığı və bütün Azərbaycan xalqına xoşbəxtlik arzulayıram. Sağ olun.

X X X

Mərasim muğam konserti ilə davam etdirildi.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimin sonunda Azərbaycanın qocaman, ustad muğam ifaçıları ilə görüşüb onları bu əlamətdar hadisə münasibətilə bir daha təbrik etdilər.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb

Hörmüz boğazında gəmiçilik trafiki müharibədən əvvəlki səviyyədən 65 faiz azdır

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək

Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər

ABŞ Ukrayna pilotlarının F-16 qırıcılarını idarə etməsi üzrə təlimləri davam etdirir

“Sky News”: Böyük Britaniyadakı ABŞ aviabazası üzərində naməlum dronlar aşkarlanıb

ABŞ-də dörd saatdan çox davam edən uçuş məhdudiyyəti aradan qaldırılıb

İraq ABŞ-nin himayəsi altında Hörmüz boğazından neft ixracını bərpa edib

Yeni Orlean limanı yaxınlığında gəmi qəzası nəticəsində 32 nəfər xəsarət alıb

“Bloomberg”: FTB ABŞ-də uçuşların dayandırılmasını kiberhücumla əlaqələndirmir

UEFA Millətlər Liqası: Niderland Yunanıstan yığmasını böyük hesabla məğlub edib

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteynə qalib gəlib

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub

ABŞ-də bütün hava limanlarında uçuşların dayandırılması barədə qərar verilib

Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb

Fon der Lyayen: Aİ Ukrayna ilə bağlı danışıqlarda atəşkəs və təhlükəsizlik zəmanətlərini prioritet sayır

Tusk: Polşa Ukrayna üçün silah alınmasını maliyyələşdirməyəcək

Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb

Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”

Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq

Aİ Rusiya ilə danışıqlar aparmaq üçün nümayəndə heyətinin tərkibini təsdiqləyib

Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz

DİN yeraltı keçiddən istifadə etməyən piyadalara müraciət edib

Azərbaycanda Geoloji parkın yaradılması istiqamətində işlər davam etdirilir

İraq boru kəmərlərinin mühafizəsi üzrə ixtisaslaşmış təhlükəsizlik qüvvələri yaradıb

Maliyyə Nazirliyinin kollegiyasında dövlət müəssisələri ilə işin təşkili nəzərdən keçirilib

BEA: Qlobal elektrikləşdirmə hədəfinin investorların marağını artıracağı gözlənilir

Aİ liderləri: Avropanın təhlükəsizliyi Ukrayna ilə bağlı sülh danışıqlarının bir hissəsi ola bilməz

® ABB istiqrazlarına investor marağı davam edir: iki buraxılış üzrə sifarişlər 22 milyon manatı keçdi

Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib