Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ
-Hörmətli millət vəkilləri,

hörmətli Baş nazir, əziz dostlar!

Mən çox şadam ki, yenidən qardaş ölkədəyəm.

Bildiyiniz kimi, Azərbaycanda ötən ay keçirilmiş prezident

seçkilərindən sonra mən ilk rəsmi səfərimi Türkiyəyə edirəm. Bu, əlbəttə ki, təbii haldır. Ancaq bununla bərabər, bu, bizim münasibətlərimizin nə qədər yüksək səviyyədə olmasını göstərir. Həqiqətən, Türkiyə-Azərbaycan münasibətləri dünyada bir örnəkdir. İnanmıram ki, dünyada tapılsın başqa ölkələr ki, onların arasında münasibətlər belə səmimi, belə gözəl olsun. Bizim münasibətlərimiz dərin tarixi köklər üzərində qurulubdur. Əsrlər boyu bizim xalqlarımız birlikdə yaşamış, yaratmışlar. Ancaq sonralar dünyada gedən proseslər nəticəsində biz bir-birimizdən ayrı düşmüşdük. Yalnız Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Türkiyə-Azərbaycan münasibətləri qurulmağa başlamışdır. Bu gün iki müstəqil ölkə bir-birinə dəstək verməklə, ikitərəfli münasibətlərin inkişafına xidmət göstərir, eyni zamanda bölgədə gedən proseslərə bizim təsir imkanlarımız güclənir.

Bizim münasibətlərimiz çoxşaxəlidir. Siyasi əlaqələr çox yüksək

səviyyədədir, birgə imzalanmış sənədlər çox gözəl hüquqi baza yaradır. İqtisadi sahədə ticarət dövriyyəsi artır və çoxlu türk şirkətləri Azərbaycanda, Azərbaycan şirkətləri Türkiyədə fəaliyyət göstətir. Bu gün biz artıq qarşılıqlı sərmayələrdən danışa bilərik. Bu da çox önəmlidir. Azərbaycana qoyulan sərmayələr bizim iqtisadiyyatımızı gücləndirir və biz çox şadıq ki, bu sərmayələrin böyük hissəsi Türkiyədən gəlir. Son müddət ərzində Azərbaycan şirkətləri də Türkiyəyə sərmayə qoymağa başlamışdır. Bu, bir tərəfdən Azərbaycanın artan imkanlarını göstərir, digər tərəfdən, yenə də demək istəyirəm ki, bütün bunların təməlində bizim aramızda olan dostluq, qardaşlıq münasibətləri dayanır.

Bizim birgə səylərimiz, təşəbbüslərimiz nəticəsində bölgədə çox önəmli və transmilli layihələr icra olunur. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin uğurla fəaliyyəti həm bölgədə sabitliyin möhkəmlənməsinə, əməkdaşlığın dərinləşməsinə xidmət göstərir, həm də bizim iqtisadi imkanlarımızı gücləndirir. Bu gün biz artıq Şərq-Qərb enerji dəhlizinin uğurlu fəaliyyətini müşahidə edirik. Onun əsasında da bizim təşəbbüslərimiz dayanır. Hər kəs bilir ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi çox mürəkkəb geosiyasi vəziyyətdə həyata keçirilmişdir. Uzun danışıqlardan, bəzi hallarda uzun mübahisələrdən və edilən təzyiqlərdən sonra biz, nəhayət, bu layihənin həyata keçirilməsinə nail ola bilmişik. Biz əfsanəni gerçəyə çevirmişik. Bizim iradəmiz, xalqlarımızın birgə fəaliyyəti, siyasi rəhbərliyin uğurlu və müdrik siyasəti nəticəsində bu, artıq reallıqdır və hər kəs bu reallıqla hesablaşmalıdır. Bu, sadəcə, bir enerji layihəsi, yaxud da ki, iqtisadi layihə deyildir. Bunun çox böyük mənası var. Bu, xalqlarımızı uzun illər bundan sonra üçün iqtisadi maraqlarla birləşdirir, bizim önəmimizi artırır. Artıq bölgədə Şərq-Qərb enerji dəhlizi və enerji təhlükəsizliyi məsələləri Türkiyə və Azərbaycanın iştirakı olmadan həll oluna bilməz.

Xəzər dənizinin təbii ehtiyatları dünya enerji bazarı üçün yeni mənbədir və bunun önəmi getdikcə artacaqdır. Bu mənbənin başında biz dayanmışıq və əlbəttə ki, bunun gözəl nəticələrini biz ondan sonrakı layihələrdə də görürük. Biz “Şahdəniz” layihəsinin uğurla icra olunmasını birlikdə qeyd etmişik. Bu gün Azərbaycan qazı Türkiyə bazarına daxil olur. Bir neçə il bundan əvvəl Azərbaycan təbii qazın idxalı ilə məşğul idi. Bu gün biz bunu ixrac edirik və ilk növbədə, qardaş Türkiyəyə ixrac olunur. Əminəm ki, növbəti illərdə Azərbaycanda qaz ehtiyatlarının işlənilməsi nəticəsində biz buna daha da böyük həcmdə nail olacağıq. Biz öz siyasətimizlə, öz layihələrimizlə bir-birimizi gücləndiririk və belə də olmalıdır. Belə olan halda, bölgədə və dünyada bizim imkan dairəmiz daha da genişlənəcək, təsir imkanlarımız artacaqdır. O cümlədən, iqtisadi və enerji siyasətimizin uğurla aparılması ilə biz öz siyasi maraqlarımızı daha da dolğun şəkildə müdafiə edəcəyik.

Bu gün biz Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi ilə məşğuluq. Bu da tarixi bir layihədir ki, Türkiyə və Azərbaycan üzərindən Avropanı Asiya ilə birləşdirəcəkdir. Türkiyəni Azərbaycanla dəmir yolu ilə birləşdirəcəkdir. Bunun çox böyük tarixi və əlbəttə ki, iqtisadi və siyasi önəmi vardır.

Bütün bu layihələr, deyə bilərəm ki, son illər ərzində tamamlandı. Mən xatırlayıram, dörd il bundan əvvəl, 2004-cü ildə bu kürsüdən Məclis qarşısında çıxış edərkən, bu layihələr barədə danışarkən onların uğurlu icrası haqqında fikirlər söyləmişdim. Ancaq o zaman nə Bakı-Tbilisi-Ceyhan, nə Bakı-Tbilisi-Ərzurum, nə də ki, Bakı-Tbilisi-Qars layihələri nə icra olunmuşdu, nə də ki, icrası başlanmışdı. Bu gün isə bunlar reallıqdlr. Biz tarix baxımından qısa müddət ərzində, müştərək səylərlə, birgə iradə ilə dostluğumuzun, qardaşlığımızın möhkəmlənməsi ilə bunu bacardıq. Mən heç şübhə etmirəm ki, bundan sonra qarşıda duran bütün məsələlər eyni uğurla həll olunacaqdır.

Bu gün Türkiyə-Azərbaycan birliyi bölgədə sabitləşdirici amildir. Cənubi Qafqazda yaşanan hadisələr bizim hamımızı düşündürür və narahat edir. Biz Azərbaycanda çox şadıq ki, Türkiyə bu məsələlərlə bağlı çox fəal siyasət aparır. Cənubi Qafqazda sabitlik və əməkdaşlıq təşəbbüsü ilə çıxış edən Türkiyə bölgədə gedən proseslərə daha ciddi şəkildə müdaxilə edəcəkdir. Bu müdaxilənin ancaq və ancaq müsbət nəticələri olacaqdır. Biz buna çox böyük önəm veririk, bu təşəbbüsləri alqışlayırıq. Əminəm ki, bu təşəbbüslər və bölgədə yerləşən digər ölkələrin xoş niyyəti nəticəsində Cənubi Qafqazda sabitlik və sülh təmin olunacaqdır. Buna böyük ehtiyac var. Biz çox həssas bölgədə yaşayırıq, çox mürəkkəb tarixi dövrdə yaşayırıq və bizim siyasətimizdən bölgənin, geniş mənada bölgənin gələcək taleyi, sabitliyi asılıdır.

Cənubi Qafqazda yaşanan son gərgin hadisələr bir daha onu göstərir ki, bu bölgədə sülh çox həssas məsələdir. Bölgədə, əslində, sülh bərqərar olunmayıbdır. Atəşkəs rejimi mövcuddur. O da imkan vermir tam əminliklə deyək ki, artıq vəziyyət sabitləşibdir. Cənubi Qafqazda və ümumən bölgədə ən böyük təhlükə mənbəyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Uzun illərdir ki, münaqişə öz həllini tapa bilmir. İyirmi ilə yaxındır ki, Azərbaycan torpaqları işğal altındadır. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, etnik təmizləmə siyasəti Azərbaycan torpaqlarının 20 faizinin işğal olunması, 1 milyondan artıq azərbaycanlının öz doğma torpaqlarında qaçqın, köçkün vəziyyətinə düşməsi ilə nəticələnibdir. Bizim ərazi bütövlüyümüz pozulubdur. Bütün beynəlxalq hüquq normalarını pozan Ermənistan, əfsuslar olsun, hələ ki, beynəlxalq davranış qaydalarına riayət etmir. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra etmir. Bu qətnamələrdə Ermənistan qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması nəzərdə tutulubdur. Bu yaxınlarda Birləşmiş Millətlər Təşkilatının Baş Məclisində Türkiyənin dəstəyi ilə qəbul olunmuş qərar erməni silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılmasını tələb edir. O qərar da icra olunmur. Yəni biz burada beynəlxalq hüquq normalarına olan laqeyd münasibəti görürük. Biz ümid edirik ki, bölgədə yaranan yeni vəziyyət münaqişə ilə bağlı olan və məşğul olan bütün tərəfləri daha da fəallaşdıracaqdır. Ümid edirəm ki, Ermənistanın yeni rəhbərliyi bölgədə gedən prosesləri düzgün təhlil edəcək və yeni yaranmış reallıqlarla barışmalı olacaqdır. Bunun nəticəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapa bilər.

Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaqdır və işğaldan, etnik təmizləmə siyasətindən əziyyət şəkən Azərbaycan vətəndaşları öz doğma torpaqlarına qayıda biləcəkdir. Bunu etmək üçün əlbəttə ki, Ermənistan tərəfi siyasi iradə göstərməli və beynəlxalq hüquq normalarına tam şəkildə riayət etməlidir.

Son aylar ərzində bölgədə gedən proseslər, göstərilən təşəbbüslər, Türkiyə tərəfindən irəli sürülmüş təşəbbüs, ondan sonra Rusiyada üç ölkənin prezidentlərinin görüşü və bu görüş nəticəsində qəbul edilmiş siyasi Bəyannamə bizim nikbinliyimizi bir az artırır. Çünki o Bəyannamədə, ilk növbədə, məsələnin beynəlxalq hüquq normaları əsasında həll olunması qeyd edilir. Digər tərəfdən, Bəyannamədə məsələnin mərhələli yollarla həll edilməsi təsdiq olunur.

Bu, həmişə Azərbaycanın mövqeyini əks etdirmişdir.

Biz həmişə demişik ki, məsələ mərhələli yollarla həll olunmalıdır. İlk növbədə, işğal edilmiş ərazilər işğalçı qüvvələrdən boşaldılmalı, Azərbaycan vətəndaşları o bölgələrə qayıtmalıdırlar. Ondan sonra Dağlıq Qarabağın gələcək statusu haqqında söhbət aparıla bilər. Ancaq o da aydındır ki, bu status, gələcək status Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

Bir sözlə, bu məsələnin həll olunmaması, əlbəttə ki, bölgədə əlavə gərginliyin böyüməsinə gətirib çıxarır. Ancaq bununla, bərabər, biz hesab edirik ki, atılan addımlar və gələcəkdə atılacaq addımlar məsələnin həllinə gətirib çıxara bilər. Bir daha demək istəyirəm ki, Türkiyənin bu işlərə çox ciddi yanaşması bizi çox sevindirir, ruhlandırır. Biz Türkiyənin mövqeyini bəyənirik, dəstəkləyirik və əminəm ki, növbəti aylarda biz yeni siyasi addımların şahidi olacağıq.

Bütövlükdə, bir daha demək istəyirəm ki, bölgədə sülh vəziyyətinin yaranması bizim birgə fəaliyyətimizdən asılıdır. Bizim birgə fəaliyyətimiz təkcə bölgədə gedən proseslərlə məhdudlaşmır. Biz bu gün beynəlxalq müstəvidə öz səylərimizi birləşdiririk. Bütün beynəlxalq təşkilatlarda Türkiyə və Azərbaycan vahid mövqedən çıxış edir. Bu fürsətdən istifadə edərək, mən bu yaxınlarda Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi münasibətilə Türkiyəni, bütün türk xalqını ürəkdən təbrik etmək istəyirəm. Bu, böyük qələbədir, böyük uğurdur. Bu, sizin uğurunuzdur, bu, bizim uğurumuzdur.

Biz, eyni zamanda, xaricdə yaşayan soydaşlarımızın birgə fəaliyyəti üçün də əməli-praktik işlər görürük. Azərbaycanda keçirilmiş Türkiyə-Azərbaycan diaspor təşkilatları rəhbərləri forumunun nəticələrini biz çox yüksək qiymətləndiririk. Xaricdə yaşayan soydaşlarımız indi vahid mövqedən çıxış edirlər, birgə tədbirlər keçirirlər. Ölkələrimiz, xalqlarımız haqqında dəqiq, dolğun, ədalətli məlumatı çatdırırlar. Bəzi hallarda bizim haqqımızda süni şəkildə yaradılan mənfi rəy bizim maraqlarımıza təsir göstərir. Əminəm ki, biz xaricdəki diaspor təşkilatlarının birgə fəaliyyəti nəticəsində ölkələrimiz, xalqlarımız, xalqlarımızın tarixi, mədəni irsi, zəngin mədəniyyəti haqqında dünya birliyinə daha dolğun məlumatın çatdırılmasına nail olacağıq. Biz buna çox böyük önəm veririk və mən çox şadam ki, birgə səylərimiz, təkcə ikitərəfli müstəvidə deyil, eyni zamanda, bütün dünyada özünü göstərir.

Biz yaranmış vəziyyətə, əlbəttə ki, reallıq nöqteyi-nəzərindən yanaşmalıyıq. Bu gün reallıq belədir ki, Türkiyə və Azərbaycanın güclənməsi, bizim iqtisadi və siyasi potensialımızın artması nəticəsində bölgədə yeni vəziyyət yaranıbdır. Biz bu gün Xəzər dənizi-Qara dəniz əməkdaşlıq çərçivələrini genişləndiririk. Deyə bilərəm ki, bu gün enerji təhlükəsizliyi məsələləri dünyanın gündəliyində ön sıralardadır. Bu gün nəqliyyat təhlükəsizliyi məsələləri uğurla həll edilir. Bütün bu işlərdə Türkiyə və Azərbaycanın mövqeyi həlledici rol oynayır. Bizim birliyimizdən həm gələcəyimiz asılıdır, həm bölgədə gedən proseslər asılıdır, həm də ki, ölkələrimizin artan siyasi çəkisi və bunun nəticəsində bizim maraqlarımızın daha dolğun şəkildə müdafiə olunması asılıdır.

Mən çox şadam ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Türkiyə-Azərbaycan münasibətləri yüksələn xətlə inkişaf edir, davam edir. Mənim bu səfərim bunun əyani sübutudur. Bizim aramızda çox səmimi dostluq münasibətləri vardır. Biz bu münasibətlərə çox böyük önəm veririk, onları çox vacib amil hesab edirik. Mən şübhə etmirəm ki, növbəti illərdə bizim birgə səylərimiz ölkələrimizi daha da gücləndirəcəkdir.

Hörmətli millət vəkilləri, bu gün mən, eyni zamanda, Azərbaycanda son illər ərzində gedən proseslər haqqında da sizə qısaca olaraq öz fikirlərimi bildirmək istəyirəm. Son beş il ərzində Azərbaycan uğurlu yol keçmişdir. Azərbaycanda siyasi islahatlar çox uğurla aparılmışdır. Azərbaycan dünya birliyinə uğurla inteqrasiya etmişdir. Bizim dünya birliyinə inteqrasiya siyasətimiz çox aydındır, çox dəqiqdir. Bizim üçün, tariximiz üçün, millətimizin mentaliteti üçün məqbul olan bütün müsbət təcrübələri Azərbaycanda tətbiq etməyə çalışırıq. İstər iqtisadi, istər siyasi, yaxud da ki, sosial sahədə. Biz öz gələcəyimizi dərin və zəngin tarixi köklər üzərində qururuq. Bizim üçün milli-mənəvi dəyərlərimiz, ənənələrimiz başlıca rol oynayır. Bu möhkəm mənəvi zəmin üzərində Azərbaycan müasirləşir, yeniləşir və Azərbaycanda aparılan siyasi və iqtisadi islahatlar ölkəmizi gücləndirir.

Bizim müstəqillik tariximiz birmənalı olmamışdır. Müstəqilliyimizin ilk illəri Azərbaycan üçün çox ağır keçmişdir. Hətta deyə bilərəm ki, ilkin mərhələdə bizim gələcək müstəqilliyimiz şübhə altına düşmüşdü. Ölkədə gedən xoşagəlməz proseslər, daxili çəkişmələr, hətta vətəndaş müharibəsi, torpaqlarımızın bir hissəsinin işğal altına düşməsi və bütövlükdə qeyri-sabit vəziyyət Azərbaycanın gələcəyini qeyri-müəyyən edirdi. Ancaq bu gün biz gələcəyə çox böyük ümidlərlə, çox böyük nikbinliklə baxırıq. Azərbaycan bu gün tam şəkildə müstəqil siyasət aparır. Bizim müstəqil siyasət aparmaq imkanlarımız möhkəm iqtisadi əsas üzərində qurulubdur. Çünki iqtisadi müstəqillik olmasa, siyasi müstəqillikdən söhbət etmək mümkün deyildir. Bu gün müstəqil siyasət aparmaqla Azərbaycan bölgədə öz mövqelərini möhkəmləndirir. Bizim xoşməramlı təşəbbüslərimiz rəğbətlə qarşılanır. Son illər ərzində Azərbaycanda siyasi islahatların dərinləşməsi, demokratiyanın inkişafı istiqamətində çox böyük işlər görülüb və bütün dünya bunun şahididir.

Bununla bərabər, iqtisadi islahatlar uğurla aparılır. Bəli, Azərbaycanın çox zəngin təbii ehtiyatları vardır. Neft, qaz və başqa təbii ehtiyatlarımız Azərbaycanın uğurlu inkişafını, ən azı, növbəti 100 il ərzində təmin edəcəkdir. Bütün hesablamalar göstərir ki, təbii qaz ehtiyatları, ən azı, 100 il müddətində bizə kifayət edəcəkdir. Amma bununla bərabər, uğurlu enerji siyasətinin aparılması ilə bərabər, biz iqtisadiyyatın digər sahələrinin inkişafına çox böyük diqqət göstəririk. Bu gün iqtisadiyyatımız çoxşaxəlidir. Qeyri-neft sektorunun inkişafına böyük önəm verilir.

İqtisadi islahatların aparılmasında Azərbaycan çox böyük uğurlar əldə edibdir. Bunun ən gözəl təzahürü ondan ibarətdir ki, bu il 2008-ci ildə Dünya Bankı tərəfindən aparılan tədqiqata əsasən, Azərbaycan dünya miqyasında bir nömrəli islahatçı ölkə kimi tanınıbdır. Bu, böyük bir nəticədir. Bu onu göstərir ki, bizim iqtisadi islahatlarımız çox müsbətdir, iqtisadiyyatımız tam liberallaşıbdır. Ümumi daxili məhsulda özəl sektorun payı 85 faiz təşkil edir. Çox geniş özəlləşdirmə siyasəti aparılmışdır. Azərbaycan son 4 il ərzində iqtisadi artım sürəti baxımından dünya miqyasında birinci ölkədir. Dörd il ardıcıllıqla bizim iqtisadiyyatımız dünyada ən yüksək sürətlə artıbdır. Son beş il ərzində bütövlükdə iqtisadiyyat 2,7 dəfə artıbdır.

Azərbaycanda son beş il ərzində sənaye istehsalı təxminən 3 dəfə artıbdır. Azərbaycanda böyük maliyyə resursları yaradılır. Bu gün bizim maliyyə resurslarımız təxminən 20 milyard dollara bərabərdir. Son beş il ərzində büdcə xərcləri 10 dəfə artıbdır. Sosial ödəmələr 10 dəfə, minimum əmək haqqı 8 dəfə, orta əmək haqqı 4 dəfə artıbdır. Demək olar ki, Azərbaycanda işsizlik problemi əsasən həll olunmuşdur. Son beş il ərzində 740 min yeni iş yerləri açılmışdır və onların tam əksəriyyəti bölgələrdə, qeyri-neft sektorundadır. Biz Dünya Bankı ilə birlikdə yoxsulluğun azaldılması üçün çox vacib addımları atırıq və son beş il ərzində Azərbaycanda yoxsulluğun səviyyəsi 49 faizdən 16 faizə düşmüşdür. Bu, bir tərəfdən, Azərbaycanda gedən sosial siyasətin əlaməti kimi göstərilə bilər, digər tərəfdən,- o da çox önəmlidir, - onu göstərir ki, Azərbaycanda neftdən gələn gəlirlər cəmiyyətdə ədalətli şəkildə bölünür, tam şəffaflıq təmin olunubdur. Əminəm ki, növbəti illərdə bütün bu uğurlu nəticələr davam edəcəkdir.

Əlbəttə ki, problemlər də var, hər bir ölkədə olduğu kimi, Azərbaycanda da bu problemlər var. Biz bu problemlərin həlli üçün çalışırıq. Hər bir sahə üçün xüsusi proqramlar icra olunur və son beş il ərzindəki uğurlu fəaliyyətimiz deməyə əsas verir ki, gələcəkdə də bu müsbət meyillər davam edəcək, Azərbaycan daha da güclənəcək, müasirləşəcək və dünya birliyində daha da möhkəm yer tutacaqdır.

Bütün bunları etmək üçün həm siyasi iradəmiz, konkret proqramlarımız var, həm də bizim dostlarımız var. Dünyada bizim dostlarımızın sayı artır. Ancaq bu dostların arasında, həmişə olduğu kimi, Türkiyənin xüsusi yeri, xüsusi rolu var. Mən əminəm ki, bundan sonra da Türkiyə-Azərbaycan münasibətləri, dostluq, qardaşlıq üzərində qurulan münasibətlər daim inkişaf edəcək, xalqlarımıza sülh, rifah, əmin-amanlıq gətirəcəkdir.

Əziz dostlar, mənə bu fürsəti verdiyinizə görə sizə bir daha öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, Türkiyə-Azərbaycan münasibətləri uğurla inkişaf edəcəkdir.

Yaşasın Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı!

X X X

Millət vəkilləri Azərbaycan Prezidentinin nitqini ayaqüstə alqışladılar.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan dövlətimizin başçısının nitqini parlamentin iclas salonunda dinləmişdir.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb

Hörmüz boğazında gəmiçilik trafiki müharibədən əvvəlki səviyyədən 65 faiz azdır

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək

Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər

ABŞ Ukrayna pilotlarının F-16 qırıcılarını idarə etməsi üzrə təlimləri davam etdirir

“Sky News”: Böyük Britaniyadakı ABŞ aviabazası üzərində naməlum dronlar aşkarlanıb

ABŞ-də dörd saatdan çox davam edən uçuş məhdudiyyəti aradan qaldırılıb

İraq ABŞ-nin himayəsi altında Hörmüz boğazından neft ixracını bərpa edib

Yeni Orlean limanı yaxınlığında gəmi qəzası nəticəsində 32 nəfər xəsarət alıb

“Bloomberg”: FTB ABŞ-də uçuşların dayandırılmasını kiberhücumla əlaqələndirmir

UEFA Millətlər Liqası: Niderland Yunanıstan yığmasını böyük hesabla məğlub edib

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteynə qalib gəlib

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub

ABŞ-də bütün hava limanlarında uçuşların dayandırılması barədə qərar verilib

Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb

Fon der Lyayen: Aİ Ukrayna ilə bağlı danışıqlarda atəşkəs və təhlükəsizlik zəmanətlərini prioritet sayır

Tusk: Polşa Ukrayna üçün silah alınmasını maliyyələşdirməyəcək

Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb

Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”

Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq

Aİ Rusiya ilə danışıqlar aparmaq üçün nümayəndə heyətinin tərkibini təsdiqləyib

Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz

DİN yeraltı keçiddən istifadə etməyən piyadalara müraciət edib

Azərbaycanda Geoloji parkın yaradılması istiqamətində işlər davam etdirilir

İraq boru kəmərlərinin mühafizəsi üzrə ixtisaslaşmış təhlükəsizlik qüvvələri yaradıb

Maliyyə Nazirliyinin kollegiyasında dövlət müəssisələri ilə işin təşkili nəzərdən keçirilib

BEA: Qlobal elektrikləşdirmə hədəfinin investorların marağını artıracağı gözlənilir

Aİ liderləri: Avropanın təhlükəsizliyi Ukrayna ilə bağlı sülh danışıqlarının bir hissəsi ola bilməz